Inar Travel

Davos

Əhali 8211700 nəfər

Sahə 41285 km2

Rəsmi dil Alman, Fransız, İtalyan

Turun qiyməti xxx

Davos Davos dünyanın ən yaxşı yüksək dağlıq kurortlarından biridir. O, 1560 metr yüksəklikdə yerləşən geniş vadidə bərqərar olub və ərazi baxımından iki yerə bölünür: qərbi Davos Platz və şərqi Davos Doft.

Davos
Davos
Davos

Qonşuluğunda bizdə o qədər də tanınmayan, amma Avropada məşhur olan Klosters dağ xizək kurortu açılıb ki, bunu Fransadakı Şimoninin və Amerikadakı Aspenin “qardaşlığı” adlandırırlar. Yamacların sayı və yerləşmə variantları burada kifayət qədər yüksək səviyyədədir və istənilən qonağın tələblərinə cavab verə bilər. Davos həm də müalicəvi kurort kimi də məşhurdur — burada açılmış bir neçə nüfuzlu tibbi klinika tənəffüs yolları xəstəliklərinin, allergiyaların və dəri xəstəliklərinin müalicəsində ixtisaslaşıblar.

Davosa necə getməli

Sürixə reys, oradan qatarla Landkvarta səfər, sonra isə Davos-Platz istiqamətində gedən qatara minik. Transfer müddəti təxminən 3 saata bərabərdir.

Davosda avtobus

Davosun bir rayonundan digərinə pulsuz xizək avtobusunda getmək olar. Kurorta gələn hər bir şəxsə verilən xüsusi qonaq kartı  bu imkanı yaradır. Onun təsir qüvvəsi Davosdan kənarda işləyən avtobuslara şamil olunmur.

Mətbəx və restoranlar

Kurortda məşhur pendirli fondü və yerli yemək növü olan dağ qoyununun qızartmasını yemək məsləhətlidir. “Meierhof” restoranı şərab kolleksiyası ilə seçilir — burada 200-dən artıq şərab növü təqdim olunur.  “Mann & Co”-da isə beş müxtəlif yeməkdən ibarət naharla əməlli-başlı doymaq mümkündür. Bu faktı ən nüfuzlu qastronomik bələdçilər belə qeyd edirlər.

Davosda bunları etmək lazımdır

  1. 10 kilometrlik traslarla dayanmadan sürüşmək və yol boyu füsunkar təbiəti seyr etmək
  2. Yerli 6 fan-parkdan istənilən birində snoubord sənətində özünü yoxlamaq
  3. Yerli yemək növünü — dağ qoyununun qızartmasını dadmaq
  4. Uşaqlığı yada salmaq və bütün sutka boyunca ecazkar xizək traslarında xizək sürmək.

Davos trasları

Avropanın ən yüksək dağlıq şəhəri adlandırılan Davos ətrafındakı yamaclar darıxmağa qoymurlar. İki kurort bir-birindən kifayət qədər uzaqda yerləşsə də, onlar ümumi “ski-pass”-a malikdirlər. Trasların ümumi sayı 99-a bərabərdir və ümumilikdə onlar 320 kilometrlik uzunluğa malikdirlər. Bunların bəziləri ilə zirvədən vadinin dibinə qədər dayanmadan 10 kilometr sürüşmək mümkündür.

Davosda sürüşmək üçün altı ayrı rayon mövcuddur. Vadinin bir tərəfində Pişa (2483 metr), Yakobshorn (2590 metr) və Rinerhorn (2490 metr), digər tərəfində isə bir-biri ilə bağlı Parsen (ən yüksək zirvəsi — Vaysflügipfel – 2844 metr) və Qotşna (2285 metr) rayonlarıdır. Klostersdən arxada bir qədər aralıda Madrisa yüksəlir (2602 metr).

Əsas xizək zonası – Parsen — Davosdan şimalda və Klostersdən qərbdə yerləşir və mərkəzində Vaysflu zirvəsi var. Oraya yalnız üç üsulla yetişmək olar — Davos-Dorfdan Parsenban qaldırıcıları ilə zirvənin altındakı yüyənə qədər, Şatsalpban — Davos-Platsdan yolun ortasında düşməklə, Qotşnaqrat (2285 metr) — Klostersdən Vaysfludan şərqdə yerləşən təpədə keçid ilə. Vaysflüqyoxdan (2662 metr) hər tərəfə orta mürəkkəblikdə traslar gedir.