1-ci gün: Londona gəlmə. London dəmiryolu vağzalına transfer. Qlazqoya gəlmə. Qlazqoda otelə transfer. Otelə yerləşmə. Asudə vaxt.
2-ci gün: Oteldə səhər yeməyi. Ekskursiya avtobusunda Qlazqoda müstəqil gəzinti. Qlazqo — Şimali Britaniyanın ən böyük şəhəridir. Burada siz Klayd çayının sahillərini, universiteti, Kelvinqrouv qalereyasını, Qlazqo kilsəsini, köhnə limanda sərgi mərkəzini görəcəksiniz. Şəhərin ən qədim hissəsi şərq tərəfidir. Məhz burada qotika üslubunda tikilmiş Qlazqo məbədi yerləşir ki, bu məbəddə Müqəddəs Munqo dini həyat və incəsənət muzeyi və şəhərin ən qədim evi olan Provandz Lordşip bərqərardır.
3-cü gün: Oteldə səhər yeməyi. Ekskursiya avtobusunda Qlazqoda müstəqil gəzinti. Şəhərin qərb hissəsi XVIII əsrin Ticarət şəhərinin kommersiya binalarının qorunub saxlandığı hissə hesab olunur. Soçiholl Sent keçəsində gözəl evlərin sırası ilə gəzmək olar ki, burada Çarlz Renni Makintoşun Art Nuvo üslubunda şedevrləri qorunur. Həmçinin burada hələ də fəaliyyətdə olan Villou çay otağı yerləşir. Tenement isə sizi XX əsrin əvvəllərində orta sinfin şəhər həyatına götürəcək özünəməxsus zaman maşınıdır.
4-cü gün: Oteldə səhər yeməyi. Otağın boşaldılması. Dəmiryolu vağzalına transfer. Edinburqa gəlmə. Otelə transfer. Yerləşmə. Asudə vaxt.
5-ci gün: Oteldə səhər yeməyi. Edinburqda avtobusla tur. Ekskursiya dəmiryolu vağzalından başlayır.
Edinburq qəsrinə gəzinti, giriş biletlərinin qiyməti turun qiymətinə daxildir.
Edinburq qəsri — yalnız kral qəsri deyil, ilk növbədə qala tipli tikilidir. Buna şahid olmaq üçün hər cür bəzək-düzəkdən, təmtəraqdan uzaq olan, lakin möhkəmliyi ilə diqqəti cəlb edən qala divarlarına, onların üstündə quraşdırılmış qədim silahlara, o cümlədən məşhur Mons Meq topuna (daha dəqiq desək, bombardasına) baxmaq olar. Bu top 1457-ci ildə qurulub. Günorta vaxtı daha müasir toplardan biri ənənəvi atəşin açılması üçün istifadə olunur. Edinburq qəsrinin mühafizəsi Şotlandiya qvardiyasının vəzifələrindəndir. Edinburq qəsrində hələ də Şotlandiya kralının varidatı (Crown Jewels of Scotland) saxlanılır. İndi bunlar Britaniya tacının atributlarıdır. Günün ikinci yarısında Kral nəbatat bağında gəzmək olar.
6-cı gün: Oteldə səhər yeməyi. Edinburqda avtobus turu. Ekskursiya dəmiryolu vağzalından başlayır.
Britaniya adlı kral yaxtasını ziyarət (giriş biletlərinin qiyməti turun qiymətinə daxildir). Günün ikinci yarısında Holirudhaus sarayının ziyarəti (giriş biletlərinin qiyməti turun qiymətinə daxildir).
Holirudhaus sarayının (Müqəddəs xaçın evi) tikintisi 1498-ci ildə IV Ceyms tərəfindən XII əsr abbatlığının yaxınlığında (onun xarabalıqları indiyə kimi qalıb) başlanıb. Mariya Stüart həyatının böyük hissəsini bu sarayda yaşayıb, 1745-ci ildə isə burada İngiltərə şahzadəsi Çarlz Edinburqu işğal etməsinin şərəfinə bal təşkil edib. İndi sarayda yerləşən muzeydə qədim mebellərin, qiymətli əşyaların və 100-dən artıq Şotlandiya kralının portretlərinin gözəl kolleksiyası mövcuddur. Saray Edinburqun yerləşdiyi yeddi təpədən ən yüksəyinin (250 metr) zirvəsində “Calton Hill”-i Arturun taxtı ilə birləşdirən xəttin üzərində salınıb.
7-ci gün: Oteldə səhər yeməyi. “The Scotch Whisky Experience” ekskursiyası. Ekskursiya The Scotch Whisky Experience-dən (354 Castlehill, The Royal Mile, Edinburgh) başlayır. Unudulmaz təəssüratlar qazanmaq üçün Şotlandiya viskisi mərkəzini ziyarət edin! Əyri-üyrü gözlənilməz marşrutla çəlləyin içində səyahət sizə viskinin hazırlanması prosesini birbaşa hiss etməyə imkan verəcək. Yol boyunca hər udumda siz bu sehrli incəsənət barədə məlumat alacaqsınız, bu məlumatları sizə bələdçilər və viski ilə işləyən peşəkarlar verəcək. Biz sizə şərait yaradacağıq ki, fərdi keyfiyyətlərinizə uyğun dad və ətirlərlə tanış olasınız və özünüzə uyğun ideal Şotlandiya viskisini tapasınız. Şotlandiyanın ən məşhur ixracat məhsuluna belə yaxın yanaşma sizə bu içkinin tarixini öyrənməyə və bu istehsalatın kustar üsullardan dünya miqyaslı istehsalata necə gəlib çıxdığını bilməyə şərait yaradacaq. Sonda isə siz dünyanın ən zəngin Şotlandiya viskisi kolleksiyasına tamaşa edəcəksiniz. Şotlandiya viskisi mərkəzinə bu gün baş çəkin və bu içkinin ətrafında dolaşan əfsanələri unudun. Bu, doğrudan da unudulmaz təəssüratlardır.
8-ci gün: Oteldə səhər yeməyi. Hesabat vaxtına uyğun otaqların boşaldılması. Dəmiryolu vağzalına transfer. Londona gəlmə. Hava limanına transfer. Moskvaya uçuş.
Proqramın qiyməti – adambaşı 800 AZN-dən başlayaraq.
Qiymətə daxildir: transferlər, oteldə yerləşmə, yerdəyişmələr, ekskursiyalar.
Aviauçuş və viza xərci əlavə ödənilir.