Inar Travel

Tailandın çalarları

Əhali 67091120 nəfər

Sahə 513120 km2

Rəsmi dil tailand

Turun qiyməti 1350

Tailandın çalarları Proqrama Böyük Şah sarayı kimi əsas tarixi abidələrinin ziyarəti, milli əyləncəli şoular və Ko Çanq adasında çimərlik istirahəti daxildir. Proqram 13 gün/12 gecəyə hesablanıb.

Turun proqramı:

Banqkok – 2 gecə. Şəhəriçi baxış ekskursiyası (Şah sarayı, Zümrüd Budda Məbədi, Asiyanın ən böyük okeanariumu, “Siam Paraqon” ticarət kompleksi). “Siam Niramit” adlı axşam şousunun müşayiəti ilə şam yeməyi.

Kançanaburi – 1 gecə. Uzunquyruqlu tay qayıqlarında dolama kanallarla üzüb, dirəklər üstündə tikilən ənənəvi tay evlərini və tay bazarını görəcəksiniz. Nahar vaxtı Tay və Avropa mətbəxinin yeməklərindən restoranda dadandan sonra, biz fillər kəndinə yollanacağıq. Burada balaca fillərin  əyləncəli şousu nümayiş olunacaq. Sizi cəngəlliklərdə və çay boyu fillər üstündə unudulmaz gəzinti gözləyir. Sonra bizim yolumuz məşhur  “Ölüm yolu” adında dəmir yoluna düşəcək. Burada onun yanmasının kədərli tarixçəsini öyrənəcəksiniz. Siz tanınmış Rahib mağarasını ziyarət edib bütpərəst adətlərini seyr edəcəksiniz. Ən cəsarətlilər isə mağaranın dərinliyinə düşüb öz auralarını yoxlaya bilərlər.

İndi isə biz çay üstündə yerləşən və dirəklər üstündə evlərdən ibarət olan otelə yollanırıq. Buranın interyeri ağac və bambukun birləşməsindən ibarətdir. Axşam sizi möhtəşəm şam yeməyi (bufet) gözləyir. Məşhur Sayok Noi şəlaləsinin və termal mədənlərinin ziyarəti.

Ko Çanq- 4 gecə.

Dünyanın ən təmiz çimərliklərində istirahət. Qonşu adaların ziyarəti.

Pattayya-4 gecə. Burada siz Timsah fermasını və milyon yaşlı daşlar bağçasını görəcəksiniz. Məşhur Tay heyvanxanası dünyanın ən yaxşılarındandır. “Nong Nooch” tropik bağçası. Axşam isə transvestitlərin “Tiffani” kabare-şousuna gəzinti.

Otellərdə yerləşmə

Banqkok: BANGKOK PALACE HOTEL 3*

Pattayya: WONGAMAT PRIVACY RESIDENCE & RESORT  3* (Superior Room)

Ko Çang: CENTARA KOH CHANG TROPICANA 4* (Superior Room)

İkinəfərlik proqramın qiyməti- 1350 AZN

Əlavə olaraq aviauçuş və viza rüsumu ödənilir.