Büdcənizə uyğun olaraq Cənubi Amerika ölkələrini gəzmək xəyalını reallaşdırmağa yardımçı olacaq zəngin bir proqram! Siz nəinki səyahət edəcəyiniz ölkələrin görməli yerlərinə baş çəkəcəksiniz və standart turist marşrutu üzrə hərəkət edəcəksiniz. Yox, siz həm də peşəkar tarixçi bələdçilərimizin müşayiəti ilə unudulmaz günlər yaşayacaqsınız! Siz Kolumbiya istilaçılarının keçdiyi tam marşrutu gəzəcəksiniz, dünyanın ən böyük kələbək qoruğu, payızgülü bağı, Günəş Məbədi, müstəmləkə Lima şəhəri, Cənubi Amerikanın ən böyük monastırı, və proqramın ən mühüm və maraqlı məkanı – Syerra-Nevada tropik cəngəlliklərinə ziyarət edəcəksiniz.
Proqramın qiyməti – 800 AZN təşkil edir.
Qiymətə daxildir: proqram əsasında hotellərdə yerləşmə, hotellərdə səhər yeməkləri, proqrama uyğun olaraq transfer, qidalanma, ekskursiya və muzeylərə giriş biletləri
Qiymətə daxil deyil: aviauçuşlar
Əlavə mümkün ekskursiyalar:
Kitoya ekskursiyadan sonra Qalapaqos adalarına kruiz (4 gün/3 gecə) mümkündür. Kruiz özünə ingilisdilli bələdçi, Baltra hava limanından otelə transfer (və əksinə), oteldə yerləşmə, nahar və şam yeməkləri, eləcə də yerli vergiləri daxil edir.