Inar Travel

Fransa

Əhali 66616416 nəfər

Sahə 640679 km2

Rəsmi dil fransız

Turun qiyməti 1000

Fransa Fransanın şimal-şərqində yerləşən Şampan-Ardenlər regionunun ən böyük şəhəri – Reymsə səyahət. Reymsdə ən böyük şampan evlərinin baş qərargahları yerləşir. Burada biz şampanların dadına baxa bilərik. Şampan istehsalı üçün üzümlükləri ilə məşhur Reyms dağları şəhərin cənubuna və şərqinə bitişikdir. Şəhərin ən qədim abidəsi (e.ə. III əsr) Mars darvazasıdır. Onu romalıların müharibə allahı Marsın şərəfinə inşa ediblər. Reyms kilsəsi demək olar bütün fransız krallarının tacqoyma mərasiminin keçirildiyim məkan kimi məşhurdur. Reymsin digər olduqca məşhur abidələri - Müqəddəs Remigiya Bazilikası, To Sarayı və avtomobil muzeyidir.

Sakre Ker Bazilikası
Ruan kilsəsi
Sen-Malo

1-ci gün. Cümə axşamı

Parisə uçuş. Parisdə seçilmiş kateqoriyalı otelə transfer.
Parisdə oteldə gecələmə.

2-ci gün. Cümə.

Paris. Avtobusla Parisə qısa ekskursiya. Ruhlar muzeyi Fraqonara səyahət. Sakre Ker Bazilikasını ziyarət etməklə, Monmartra piyada ekskursiya. Sərbəst vaxt. Parisdə oteldə gecələmə.

3-cü gün. Şənbə.

Paris. Sərbəst vaxt. Əlavə ekskursiyaları sifariş etmək imkanı. Parisdə oteldə gecələmə.

4-cü gün. Bazar.

Paris-Reyms-Amyen
Fransanın şimal-şərqində yerləşən Şampan-Ardenlər regionunun ən böyük şəhəri – Reymsə səyahət. Reymsdə ən böyük şampan evlərinin baş qərargahları yerləşir. Burada biz şampanların dadına baxa bilərik. Şampan istehsalı üçün üzümlükləri ilə məşhur Reyms dağları şəhərin cənubuna və şərqinə bitişikdir. Şəhərin ən qədim abidəsi (e.ə. III əsr) Mars darvazasıdır. Onu romalıların müharibə allahı Marsın şərəfinə inşa ediblər. Reyms kilsəsi demək olar bütün fransız krallarının tacqoyma mərasiminin keçirildiyim məkan kimi məşhurdur. Reymsin digər olduqca məşhur abidələri – Müqəddəs Remigiya Bazilikası, To Sarayı və avtomobil muzeyidir.

Amyen şəhərinə səyahət. Aymen Fransanın şimalında, Somma çayınıın yeddi qolunun üzərində yerləşən bir şəhərdir. Amen Pikardiya regionunun tarix və müasirlik baxımından əsas şəhərdir.

Orta əsrlərdə Amyen Vermandua və Amyen qraflıqlarının tərkibinə daxil idi. Hər iki dünya müharibəsində bu şəhərə ciddi ziyan dəyib. XVII əsrə aid bələdiyyə binasının, XV əsrə aid Sen-Jermen kilsəsinin və XVI Lyudovikin dövrünə aid teatrın yerləşdiyi şəhər mərkəzi müharibədən sonra bərpa edilib.

Şəhərin ən diqqətəlayiq binası- Amyen kilsəsidir. Bura həcminə görə Fransanın ən böyük qotik kilsələrindən biridir. Con Ryöskin buranı qotikanın ən təmiz nümunəsi adlandırıb. Amyendə oteldə gecələmə.

5-ci gün. Bazar ertəsi.

Ruan-Etreta- Onfler- Dovil
Ruan qədim vikinq və müasir Yuxarı Normandiyanın paytaxtıdır. Qotik memarlığın şah əsəri Ruan kilsəsinə baş çəkmə. Saat qülləsindən və 1431-ci ildə Janna D`arkın yandırıldığı bazar meydanından keçməklə, qədim küçə ilə şəhərin mərkəzində gəzinti.

Etreta – Normandiyanın Alebastr sahillərində yerləşən məşhur təbiət qoruğu və kurortdur. Şəhər dənizin üzərindəki dik qayalıqda yerləşir. Bura XIX əsrdə impressionist rəssamların kətan işləri ilə məşhurlaşıb. Buranın sahil qayalıqlarından dənizin və dalğaların yuduğu güclü tabaşir qayalarına qeyri-adi mənzərə açılır.

Onflerə səyahət. Onfler Normandiyanın qədim liman şəhəridir. Kanadanı tədqiq edib, Kvebekin əsasını qoymuş məşhur Samuel de Şempelen məhz buradan səyahətə çıxmışdı. İndi şəhər bütün dünyada mənzərəli limanı və şəhərin gözəlliyi qarşısında daim təzim edən rəssamları ilə tanınır. Eləcə də siz burada sidr və kalvadosun dadına baxmaq imkanını qazanacaqsınız.

Dovil – Klod Leluşun “Kişi və qadın” filmində göstərilmiş möhtəşəm qum çimərliyi olan, Fransanın “çiçəkli sahilində” yerləşən elit kurortdur. Dünyanın bir çox məşhurları burada istirahət etməyə üstünlük verir. Şəhərin məşhur taxta hasarlı sahilində gəzinti və sahilin ən eleqant kazinosuna ziyarət.

Dovildə və ya Truvildə və ya onların ətrafında gecələmə.

6-cı gün. Çərşənbə axşamı

Mon-sen-Mişel-Sen-Malo-Anjer
Mon-sen-Mişel. Müqəddəs Mixail adasını əbəs yerə dünyanın səkkizinci möcüzəsi adlandırmırlar. Yerlə suların görüşdüyü yerdə qeyri-adi memarlıq ansamblı – Müqəddəs Mixail Abbatlığı ucalır. Lakin onu da qeyd edək ki, arxitektura möcüzəsi həm də təbiətin qeyri-adi əsərini tamamlayır: müqəddəs Mixail dağı Normandiya və Bretaniyanın sərhədində, dünyada ən yüksək amplitudda qabarma və çəkilməsinin baş verdiyi suların sahilində yerləşir (qabarma dördnala çapan at sürəti ilə baş verir). Bura həmçinin xristian dünyasında ən məşhur ziyarətgahlardan biridir. Orta əsrlər abbatlığını ziyarət və adanın küçələrində gəzinti.

Sen-Malo- əfsanəvi tarixə malik Bretan qalası və dəniz quldurları şəhəri. Bu şəhər daim müstəqilliyini qoruyub saxlayıb, hətta XVI əsrdə özünü respublika da elan etmişdir. Bura ən yaxşı dəniz gəmilərinin, balıqçılarının, tacirlərin və “quldur limanlarının” beşiyidir. Qədim Sen-Maloya: bütün qədim şəhəri əhatə edən qala divarlarına, keçmiş adaya, Müqəddəs Vinsent kilsəsinə, balıq və buğda bazarlarına, adadakı çoxsaylı buxtalara və fortlara piyada ekskursiya.

Anjer şəhərinə- Anjuy qraflığının paytaxtına səfər. Hələ də şəhərin üzərində görünən, olduqca əzəmətli qala divarları və Plantagenetlərin qalasında dayanacaq.
Anjerdə gecələmə.

7-ci gün. Çərşənbə.

Tur-Ambuaz- Şambor-Şenonso-Paris
Tur- Luara vadisi regionunun və Turen qraflığının paytaxtı. Turenin paytaxtına ekskursiya – nəşləri hələ də kilsədə saxlanılan Müqəddəs Martinin bazilikasına baxış və XIII əsrə aid, Müqəddəs Qatyen kilsəsinə ziyarət. Luara vadisi boyunca gəzinti və ən məşhur qalalara səyahət. Ambuaz qalası- XV əsrə aid krallıq qalası. Qalanın təməli VIII Karl tərəfindən qoyulmuşdur. Qala həm də ona görə məşhurdur ki, kiçil kilsədə Leonardo Da Vinçinin nəşləri saxlanılır. Şərabdüzəltmə müəssisələrinə ekskursiya və turen şərabının dadına baxılması. Parisdə gecələmə. Luar vadisi üzrə ən məşhur krallıq qalalarına- Şambor və Şenonsoya ziyarət. Parisdə gecələmə.

8-ci gün. Cümə axşamı.

Aeroporta transfer. Parisdən uçuş.

Proqramın qiyməti- adambaşı 1000 AZN təşkil edir.

Tur qiymətlərinə daxildir:

Otellərdə (Parisdə 4 gecə, əyalətlərdə 3 gecə) yerləşmə (səhər yeməyi daxil);
Proqram üzrə bütün ekskursiyalar
Proqram üzrə professional nəqliyyat və bələdçi xidmətləri
Tibbi sığorta

Tur qiymətlərinə daxil deyil:
Aviauçuş
Səfirlikdə konsulluq rüsumu (adambaşı 60 avro)
Qalalara və muzeylərə giriş biletləri və şərabların dadına baxmaq üçün (Parisdən kənarda) bilet pulu, təxminən 50 avro.