Frankfurt-Mayn Almaniyanın maliyyə mərkəzi və böyüklüyünə görə Almaniyanın sayca beşinci şəhəridir. IX əsrdə məhz Frankfurt-Maynda Almaniyanın tarixi həll olunurdu. Belə ki, şəhərin mərkəzində – Römer təpəsində yerləşən Müqəddəs Bartolomey kilsəsində seçkilər, kral və kayzerlərin tacqoyma mərasimi keçirilirdi.
Frankfurt-Maynda Almaniyanın dahi yazıçısı İohann Höte anadan olmuşdur. Burada onun ev-muzeyini ziyarət edə bilərsiniz.
XII əsrdən etibarən şəhərdə Avropanın ən nüfuzlu yarmarkaları keçirilir. XVI əsrdən etibarən isə şəhərdə qitənin ən iri fond birjası fəaliyyət göstərir. Bu fond birjasının binası önündə qiymət tənzimlənməsinin simvolları – öküz və ayı quraşdırılmışdır.
Frankfurt-Mayn şəhəri nadir memarlıq abidəsi – Qədim Opera teatrı ilə tanınır. Burada dünyanın ən məşhur musiqiçilərinin konserti həyata keçirilir. Axşamlar köhnə Zaksenhauzen (AltSachsenhausen) restoranlarının yerləşdiyi kvartala baş çəkməyi məsləhət görürük. Burada siz əsl alman mətbəxi və məşhur Frankfurt-Mayn alma şərabının dadına baxa bilərsiniz.
Ekskursiyanın qiyməti – 250 manat.
Tarixi və müasir Frankfurt-Mayn: biz sizə alman kayzerlərinin keçmiş tacqoyma məkanlarının görkəmli yerlərini və müasir Avropa bank mərkəzini göstərəcəyik.
“Römer” tarixi mərkəzi, köhnə şəhər bələdiyyə idarəsi, kafedral kilsə və Paulskirxe.
Römerplats və Alt Zaksenhauzenə ziyarət etmək üçün dayanacaq. Siz Hötehausu görə biləcəksiniz; burada dahi yazıçı Höte doğulmuşdur. Eyni zamanda şəhərdə beynəlxalq sərgi mərkəzi yerləşir (Messe).
Qədim Opera Teatrı (Alte Oper) və Avropada ən hündür göydələnlərə malik maliyyə mərkəzi. Avropa Mərkəzi Bankı, Hauptvahe və əsas ticarət küçəsi olan “Zeil”.
Keçmiş şəhər qala divarlarının qüllələri, muzeylər, Avropanın ən iri dəmiryol stansiyalarından biri və s.
Gözləntilərinizdən daha çox zövq təklif edən şəhər!
Ekskursiyanın dəyəri – adambaşı 75 manat.
Bu tur gündə 3 dəfə keçirilir:
10:00 13:00 16:30
Ekskursiyanın başlanğıc məkanı
ETS Greenline Tours, Wiesenhüttenstraße 39, 60329 Frankfurt
Qiymətə daxildir:
Ingilisdilli bələdçi
Qiymətə daxil deyil:
Oteldən və otelə transfer (Frankfurt-Mayn otelləri üçün mümkündür. Dəyər: adambaşı təxminən 5 avro).