Inar Travel

Haaqa

Əhali 16919139 nəfər

Sahə 41543 km2

Rəsmi dil holland

Turun qiyməti 250

Haaqa Təəssüf ki, turistlərin əksəriyyəti əbəs yerə Haaqadan yan keçir. Haaqa Cənubi Hollandiya əyalətinin paytaxtı, kral sarayının və Niderland hökumətinin iqamətgahıdır. Burada Sülh Sarayı, Beynəlxalq Tribunal, səfirliklər, konsulluqlar, nazirliklər və müxtəlif beynəlxalq təşkilatlar yerləşir. Haaqa "Dünya və beynəlxalq hüquqlar" şəhəri adlanır. Haaqada görməli çox şey var. Əgər Amsterdam Niderlandlın ürəyi və paytaxtıdırsa, Haaqanı da Niderlandın tacı adlandırmaq olar. Bütün xarici və daxili siyasi qərarlar məhz burada qəbul edilir.

Haaqa
Haaqa

Haaqa – alicənablıqla dolu, Kraliçanın idarə etdiyi və Sülh Sarayının yerləşdiyi şəhərə ekskursiyada sizi:

  • Ofislərlə dolu işgüzar kvartal,
  • İqamətgah (“De residentie”)
  • Yeni Meriya,
  • Spay Meydanı,
  • Anton Filips konsert zalı,
  • Rəqs teatrı,
  • Təzə kilsə,
  • Rembrandt və Vermeyerin əsərlərinin qorunduğu Maurisxaus muzeyi və muzeyin yaxınlığında yerləşən Hollandiya hökumətinin çalışdığı qüllə,
  • Binenxof  kompleksi, cəngavər zalı,
  • Ən gözəl göllərindən biri Xoffeyver,
  • Oranlı Villemin heykəli,
  • Həbsxana muzeyi,
  • Qryunmarkt meydanı,
  • Qrotekerk kilsəsi,
  • Eşar muzeyi,
  • Kraliçanın çalışdığı Noordeynd sarayı,
  • XIX əsrə aid şəhərin ən qədim pasajı və kral ailəsinin üzvlərinin geyindikləri elit dükanlar gözləyir.

Ekskursiyanı  növbəti məkanlara ziyarət ilə kombinə etmək mümkündür:

  • Delfta – iki şəhəri bir gündə görmək şansı,
  • Açıq səma altında yerləşən “Madurodam” parkında Hollandiyanın miniatür modelinə baxmaq imkanı,
  • Şimal dənizinin elit sahili – Sxeveninqenə səyahət.

Piyada ekskursiya 3-4 saat davam edir.

Amsterdamdan nəqliyyat xidmətinin istifadəsi ilə ekskursiya 5-6 saat davam edəcək.

Əlavə ödənişə:

  • Muzeylərə və parklara giriş biletləri,
  • İctimai nəqliyyatda gediş.

Ekskursiyanın qiyməti– 250 AZN təşkil edir.

Təəssüf ki, turistlərin əksəriyyəti əbəs yerə Haaqadan yan keçir. Haaqa Cənubi Hollandiya əyalətinin paytaxtı, kral sarayının və Niderland hökumətinin iqamətgahıdır. Burada Sülh Sarayı, Beynəlxalq Tribunal, səfirliklər, konsulluqlar, nazirliklər və müxtəlif beynəlxalq təşkilatlar yerləşir. Haaqa “Dünya və beynəlxalq hüquqlar” şəhəri adlanır. Haaqada görməli çox şey var. Əgər Amsterdam Niderlandlın ürəyi və paytaxtıdırsa, Haaqanı da Niderlandın tacı adlandırmaq olar. Bütün xarici və daxili siyasi qərarlar məhz burada qəbul edilir.

Haaqa da, Amsterdam kimi, uzun bir tarixə malikdir. Amsterdam yalnız Napoleonun dövründə Niderlandın paytaxtı olub, bundan əvvəl Haaqa 400 ildən çox Niderlandın Birləşmiş Əyalətlərin baş şəhəri idi. Ən qədim arxeoloji tapıntılar burada Binnenxovenin yanında tapılmışdır və miladdan əvvəl 3000-ci ilə təsadüf edilər.  Müasir Haaqanın tarixi 1230-cu ildə – Hollandiya qrafı İkinci Villem Binnenxovenin  sarayın tikilməsinə əmr verdikdən sonra başlayıb. Gəzintimiz zamanı Haaqanın çoxsaylı zəngin tarixə malik məkanlarından keçəcəyik. İndiyə qədər yaxşı saxlanmış, dövlət tərəfindən qorunan qədim memarlıq abidələrinin yanından keçəcəyik. Qraf gölü, Cəngavər qalası, Binnenxoven və həbsxana limanı Ümumdünya mədəni irsi siyahısına salınmışdır və UNESCO tərəfindən qorunur. Siz qarşınızda diplomatlar və səfirlər şəhəri görəcəksiniz. Ekskursiyamızdan sonra Siz qürurla deyə biləcəksiz ki, bəli, mən Haaqada olmuşam, onu görmüşəm və onu tanıyıram!

Ekskursiyanın qiyməti – 250 AZN təşkil edir.