Genuya şəhərinin tarixi mərkəzi Orta əsr Avropasının ən böyük mərkəzlərindən sayılır. Liquriyanın paytaxtı “Qürurlu Genuya” əsrlər boyu ölkənin ticarət və siyasi mərkəz hesab olunub. Tarixi heykəllərlə zəngin bu şəhər gözoxşayan mənzərəyə malik diyarda yerləşir. Porto-Antiko limanı ilə əhatə olunan, dənizin sahilində yerləşən şəhər qitəyə tərəf uzanır. Kiçik meydanlar, küçələr (“karruci”) və pilləkənlərdə şəhərin minillik tarixi gizlənir. Burada vaxtilə Genuyanın tanınmış zat ailələrinin növbə ilə təşrif buyurmuş yüksək mövqeyə sahib qonaqlarını qəbul etdiyi iqamətgah rolunu oynamış saraylar yerləşir. Genuya “Saraylar şəhəri” adını da elə burdan almışdır. 42 saray 2006-cı ildə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir. Şəhəri gəzərkən müxtəlif dövrlərin yaxşı qoruyub saxladığı, öz incəsənət üslubu ilə seçilən çoxsaylı türbələrə rast gəlinir. Öyrənməyə, zamanın sirlərinə bələd olmağa can atan hər bir kəsi şəhər özünə valeh edir.
Ekskursiyanın qiyməti – 100 AZN təşkil edir.