Tur proqramı:
I gün. Uçuş. Havay adalarının paytaxtı Honoluluya çatma. Hava limanında qarşılama, transfer. Oteldə yerləşmə.
II gün. Oahu adası ətrafı ekskursiya. Adanın ən maraqlı yerlərinə səyahət. Tantalus dağından Honolulnun möhtəşəm mənzərəsi; “Diamond Head” vulkanının krateri; Kahala rayonunun dəbdəbəli evləri. Hanauma Limanı – kraterin içərisindən uzanan mərcan rifli möhtəşəm çimərlik, Halona – əsl okean qeyzeri və “Buradan sonsuzluğa qədər” çimərliyi. Waimanalo – tropik çimərlikdə istirahət və okeanda üzmək imkanı. Nahar yeməyi üçün menyuya məşhur Havay mətbəxinin yeməkləri daxil edilmişdir. Məbədlər vadisində yerləşən Byodo buddist məbədi, yeni dərilmiş ekzotik meyvələrin və makadamiya qozu ilə əsl Havay qəhvəsinin dadına baxmaq imkanı. Mormon məbədləri və məşhur Şimal sahilində peşəkar sörfinq çimərlikləri. Ananas ağacları, tropik meyvələrin və bitkilərin nəhəng plantasiyaları.
III gün. ABŞ üçün II Dünya Müharibəsinin başlandığı yer – məşhur “Pearl Harbour” hərbi dəniz bazasına ziyarət. Bütün amerikalılar üçün müqəddəs yer hesab olunan Arizona memorialına gəmi ilə səyahət. Honolulunun mərkəzinə ekskursiya, ABŞ-da Kral sarayı hesab olunan yeganə yer – İolani sarayına, Kral Kamexamex və Kraliça Liliuokalaninin abidəsinə, Senat və Qubernatorun iqamətgahına və Çin şəhərinə səyahət. “Punchbowl” vulkanının kraterində yerləşən memorialın ziyarəti (tur günün birinci və ya ikinci hissəsində təşkil edilə bilər).
IV gün. Səhər – çimərlikdə istirahət. Polineziya mərkəzinə ekskursiya – Polineziya xalqlarının zəngin mədəniyyəti ilə tanış olma imkanı. Yeddi kənd – Tonqa, Taiti, Fici, Havay, Yeni Zenlandiya, Samoa və Markiz adaları. Təkrarolunmaz göstərilər – milli geyimlər, musiqi alətləri, əsrarəngiz rəqslər. Qonaqpərvər və dostsevər polineziyalılar sizə öz qədim sivilizasiyalarının sirlərini açacaqlar – odun kibritsiz qalanması, kokosun bir zərbə ilə yarılması və palma ağacına dırmanmaq üsulları, Xula rəqsinin ifası. Siz kanoedə gəzib, I-MAX kinoteatrında filmə baxacaqsınız. Restoranda nahar; bufet sistemi – Havay və Avropa yeməklərinin geniş seçimi. Axşam yay teatrında unudulmaz və maraqlı “HORIZONS” şousunu izləyəcəksiniz. Axşam saat 22:00 otelə geri dönmə (nahar qiymətə daxildir).