Xurqada Misirin ən köhnə kurortlardan biri, ölkəyə can atan xarici turistlərin kütləvi axını üçün açılan ilk məkandır. Xurqada Qırmızı dənizin qərb sahili boyunca fasiləsiz otellər zənciri şəklində 40 km boyunca uzanır. Xurqadada istirahət istənilən turistə xoş əhval bağışlayacaq. Burada həm dəniz, fəal istirahət, ekskursiyalar, həm də otel istirahəti həvəskarları üçün hər şey təqdim olunmuşdur. Şirkətimiz Xurqadaya hər kəs üçün cəlbedici turlar təşkil edir.
Xurqadaya səyahət əsasən ailəvi istirahət sevənlər arasında populyardır. Uşaqlara Luksor ekskursiyası maraqlı gələcək – burada Qədim Misirin irsi saxlanır. Unutmayın ki, şirkətimiz müştərilərə unikal servis təklif edir – “Tukan” uşaq klublarının animatorları istənilən yaşda uşaqları əyləncəli və maraqlı oyunlarla məşğul edəcəklər. Bundan əlavə, uşaqlara xüsusi menyu təqdim olunur. İki böyük yerləşdiyi zaman, şirkət uşaqlardan birincisini pulsuz yerləşdirir. Biz Xurqadaya ailəvi turları daha xoş və sərfəli edirik.
“Min bir gecə” unikal işıq-musiqili şou qeyri-adi təsəvvür bəxş edir. Bu, Qədim Misir dövründə fironların həyatı barədə əla tamaşadır. Əgər havası o qədər də xoş keçməyən Moskva sizi bezdiribsə, Xurqada yenidən sizi enerji, xoş əhval və yeni təəssüratlarla zənginləşdirəcək.
Xurqadanın ən məşhur restoran və diskotekalarının çoxu otellərin ərazisində yerləşir. Ən məşhur otel diskotekaları bunlardır: Sindbad Beach, Intercontinental, Hilton Plaza və Hilton Resort. Ağzının dadını bilən adam üçün Felfela restoranları və Grand Hotel-in yaxınlığında yerləşən balıq restoranı əsl qastronomik cənnətdir. ziyarət etməyə dəvət edirik. Yaxınlıqda bir neçə Çin mətbəxi restoranı da var. Və təbii ki, McDonald’s və Pizza Hut-ın qapılarını üzünüzə hər zaman açıqdır.
Ekskursiyalar
Xurqadadan siz bütün Mİsir boyunca ən maraqlı ekskursiya marşrutlarını seçə və insan əllərinin yaratdığı Misiri bütün dünyaya məşhurdur edən ecazkar tikililəri görə bilərsiniz: Qahirə, qədim Luksor, möcüzəli İsgəndəriyyə…
Səhranın qəlbinə getmək istəsəniz, biz sizi inanılmaz sərgüzəştə dəvət edə bilərik. Biz Xurqadada safariyə yollanacağıq! Kvadrasikl sürmək, dəvəyə minmək, terrariuma baş çəkmək, teleskoplardan ulduzlara tamaşa etmək – tamamilə yeni təəssüratlar yaşamaq üçün bu səyahəti sınaqdan keçirməyə dəyər! Sualtı dünyanın bütün çalarlarını siz çoxsaylı dəniz ekskursiyalarından birində görə bilərsiniz.
Səyahətin qiyməti fərdi olaraq hesablanır və turistin öz seçim və arzularından asılıdır. Uçuş təfərrüatları da qiymətə təsir edir. Məsələn, Bakıdan Xurqadaya reys yoxdur. Buna görə də, ən əlverişli variant kimi Xurqadaya Tbilisidən, və yaxud Dubay, Qətər, İstanbul, Moskva və ya Kiyevdən uçmaq olar.
Uçuş nəzərə alınmadan turun adambaşı minimal qiyməti 200 AZN-dir.