Inar Travel

İrlandiya – Keltlər ölkəsi

Əhali 4609600 nəfər

Sahə 70273 km2

Rəsmi dil irland, ingilis

Turun qiyməti 2200

İrlandiya – Keltlər ölkəsi Dublində avtobusla şəhərlə tanışlıq ekskursiyası. Səyahət zamanı peşəkar bələdçi sizi İrlandiyanın ən görməli yerləri ilə tanış edəcək: Müqəddəs Patrik kilsəsi, Triniti Kollec, Dublin qalası, Templ Bar küçəsi və Qraffton ticarət küçəsi, Liffi sahilyanı, Teniks Parkı, Oskar Vayldın evi və s. Ginnes zavoduna ekskursiya: burada siz məşhur pivənin yaranma tarixi və istehsal üsulu haqda məlumat ala və pəncərələrindən Dublinə möhtəşəm mənzərənin açıldığı orijinal restorana baş çəkə bilərsiniz.

I gün

Dublinə çatma. Qarşılanma. Mehmanxanada yerləşmə.

II gün

Dublində avtobusla şəhərlə tanışlıq ekskursiyası. Səyahət zamanı peşəkar bələdçi sizi İrlandiyanın ən görməli yerləri ilə tanış edəcək: Müqəddəs Patrik kilsəsi, Triniti Kollec, Dublin qalası, Templ Bar küçəsi və Qraffton ticarət küçəsi, Liffi sahilyanı, Teniks Parkı, Oskar Vayldın evi və s. Ginnes zavoduna ekskursiya: burada siz məşhur pivənin yaranma tarixi və istehsal üsulu haqda məlumat ala və pəncərələrindən Dublinə möhtəşəm mənzərənin açıldığı orijinal restorana baş çəkə bilərsiniz.

III gün

Rahat avtobusla Keşel qəsrindən keçərək, ölkənin cənub qərbinə səyahət. Mərkəzi İrlandiyanın miniatür şəhəri Keşelin üzərində qaya ucalır. Onun yamaclarında nə vaxtsa mövcud olmuş Münster krallığına aid antik dövrün qalıqları qorunur.
Qədim rəvayətə görə, yüz illər öncə burada Müqəddəs Patrik Kral III Korku xristianlığa gətirmişdir. Sonra istiqamət Blarni qəsrinədir. Bu qəsr İrlandiya və irland irsinin ayrılmaz simvoludur. Qəsrdə ən populyar qiymətli əşya Skaun abbatlığından əfsanəvi daşdır. O, qədimdə Şotland krallarının tacqoyma mərasimində istifadə olunurdu. Əfsanəyə görə, daşı öpərək bəlağətli danışıq qabiliyyətinə yiyələnmək olar. Kenri qraflığında gecələmə. Oteldə şam yeməyi.

IV gün

Daha çox Kerri dairəsi adı ilə tanınan İvera yarimadasının ətrafı ilə İrlandiyanın ən məşhur mənzərəli marşrutları ilə səyahət. Bu, şübhəsiz, İrlandiyanın ən möcüzəli yerlərindəndir. Əzəmətli dağlar və sahilyanı mənzərələr sizi bütün marşrut boyu müşayiət edəcək; bununla belə, burada maraqlı görməli yerlər var: İrlandiyanın milli qəhrəmanı Daniel O’Konnelin şərəfinə adlandırılmış qədim katolik kilsəsi olan Kaersivin şəhəri, e.ə III-IV əsrlərdə tikilmiş Steyc qalası, Çarli Çaplinin çox sevdiyi Uotervil şəhərciyi (burada həmçinin sahil boyunca gəzmək olar).

Kerri dairəsi boyunca marşrut Killarni Milli parkında sona çatır. Burada 3 gölün səfalı görüntüsündən və Tork şəlaləsindən zövq almaq, Makross ərazisinə baş çəkmək, at çapmaq və suvenir əldə etmək olar. Limerik qraflığında gecələmə. Oteldə şam yeməyi.

V gün

Günün birinci yarısında Banratti qəsrinə gəzinti. Bu qəsr dramatik və qanlı tarixə malikdir. XV-XVI əsrə aid interyerə sahib olan bu qəsr, o dövrə aid tamamilə saxlanılmış nadir tikililərdəndir. Folk parkının yanında XIX əsrə aid irland kəndində ölkənin hər yerindən gətirilmiş tikililər var: həkim evi, məktəb, lombard, bar, baqqal evi, poçt və s.

Qəsri və kəndi ziyarət etmək ölkə tarixinin ən maraqlı iki dövrünə baş vurmaq, həmin mühiti hiss etmək imkanı verir. Sonrakı istiqamət Atlantik okeanına – Moer uçurumlarınadır. Məşhur İrland qayaları hələ eramızdan 6 min əvvəl formalaşıblar. Onlar burada məskunlaşan ilk sakinləri – skifləri, ingilisləri, şotlandları və danimarkalıları xatırlayır. Buradan 200 m hündürlükdən Atlantik okeana gözəl mənzərə açılır. Uçurumun başında tənha O’Brayn qülləsi ucalır. O, 1835-ci ildə irland kralı Brian Borun nəslindən olan Kornelius O’Brayan tərəfindən inşa olunub.

Moyer qayalarının yanına “Harry Poter” filminin bəzi səhnələri çəkilib.

Dublinə dönmə. Oteldə yerləşmə.

VI gün

Hava limanına yola düşmə.

Proqramın qiyməti (aviauçuş xaric) – ikinəfərlik yerləşmə ilə adambaşı 2200 AZN-dən başlayaraq.