I gün – Reykyavikə gəliş. Aeroportda qarşılanma. Transfer, oteldə yerləşmə, asudə vaxt.
II gün – oteldə səhər yeməyi. Sonra Reykyaviklə tanışlıq ekskursiyası: bu zaman siz heyranedici İslandiya paytaxtı ilə yaxından tanış olacaq, şəhərin tarixi mərkəzini görəcək, liman, açıq səma altında heykəltəraşlıq muzeyi, kilsə və mənzərəli balaca küçələr boyunca gəzəcəksiniz. Reykyanes yarımadasına səyahət. Bu yarımadanı ölkənin ən “gənc”rayonu hesab edirlər. Siz burada fantastik mənzərələri seyr edəcəksiniz – lava axınları ilə yaradılmış landşaftlar və bu gözəlliyin əhatəsində məşhur Mavi Laquna, təbii geotermal hovuz (burada həm istirahət etmək, həm də çimmək mümkündür). Ekskursiya və istirahətdən sonra Reykyavikə qayıdış.
III gün – oteldə səhər yeməyi. Məşhur Qızıl Dairə ətrafında ekskursiya. Siz Qullfassen vadisini, qeyzerlər vadisini, sönmüş vulkanların kraterlərini və Tinqveller vadisini görəcəksiniz Burada İslandiya tarixinin ən vacib hadisələri baş vermişdir. Ekskursiyadan sonra Reykyavikə qayıdış.
IV gün – oteldə səhər yeməyi. Snayfellsnes yarımadasına səyahət.
Siz İslandiyanın qərb sahillərinin möcüzəli təbiətini seyr edəcək, Atlantikanın sularında uzanan yarımadanı görəcək, ikibaşlı vulkana seyr edəcək (o, həmçinin Jul Vernin “Yerin mərkəzinə səyahət” romanında xatırlanır), sütunlu bazalt xətlərininin şahidi olacaq, planetimizdə yad mənzərələrə heyran qalacaq və mineral su mənbəyinə qalxacaqsınız. Bundan əlavə, həmin gün sizi lava və qızılı qumla örtülmüş füsunkar çimərliklər, quş koloniyaları və ideal yumru formada olan daşlarla örtülmüş sahildə gəzinti gözləyir. Ekskursiyadan sonra Reykyavikə qayıdış.