Inar Travel

İslandiya saqası

Əhali 329100 nəfər

Sahə 102775 km2

Rəsmi dil island

Turun qiyməti 1950

İslandiya saqası Füsunkar ölkə -vulkanlar və qeyzerlər, aysberqlər və buzlaqlar, yaşıl vadilər və termal sular diyarı...
İslandiya təbiətinə toxunun və dünyanın qırağında olmaq duyğusunu hiss edin. Burada səma okeanla birləşir.

I gün – Reykyavikə gəliş. Aeroportda qarşılanma. Transfer, oteldə yerləşmə, asudə vaxt.

II gün – oteldə səhər yeməyi. Sonra Reykyaviklə tanışlıq ekskursiyası: bu zaman siz heyranedici İslandiya paytaxtı ilə yaxından tanış olacaq, şəhərin tarixi mərkəzini görəcək, liman, açıq səma altında heykəltəraşlıq muzeyi, kilsə və mənzərəli balaca küçələr boyunca gəzəcəksiniz. Reykyanes yarımadasına səyahət. Bu yarımadanı ölkənin ən “gənc”rayonu hesab edirlər. Siz burada fantastik mənzərələri seyr edəcəksiniz – lava axınları ilə yaradılmış landşaftlar və bu gözəlliyin əhatəsində məşhur Mavi Laquna, təbii geotermal hovuz (burada həm istirahət etmək, həm də çimmək mümkündür). Ekskursiya və istirahətdən sonra Reykyavikə qayıdış.

III gün – oteldə səhər yeməyi. Məşhur Qızıl Dairə ətrafında ekskursiya. Siz Qullfassen vadisini, qeyzerlər vadisini, sönmüş vulkanların kraterlərini və Tinqveller vadisini görəcəksiniz Burada İslandiya tarixinin ən vacib hadisələri baş vermişdir. Ekskursiyadan sonra Reykyavikə qayıdış.

IV gün – oteldə səhər yeməyi. Snayfellsnes yarımadasına səyahət.
Siz İslandiyanın qərb sahillərinin möcüzəli təbiətini seyr edəcək, Atlantikanın sularında uzanan yarımadanı görəcək, ikibaşlı vulkana seyr edəcək (o, həmçinin Jul Vernin “Yerin mərkəzinə səyahət” romanında xatırlanır), sütunlu bazalt xətlərininin şahidi olacaq, planetimizdə yad mənzərələrə heyran qalacaq və mineral su mənbəyinə qalxacaqsınız. Bundan əlavə, həmin gün sizi lava və qızılı qumla örtülmüş füsunkar çimərliklər, quş koloniyaları və ideal yumru formada olan daşlarla örtülmüş sahildə gəzinti gözləyir. Ekskursiyadan sonra Reykyavikə qayıdış.

V gün – oteldə səhər yeməyi, Cənub sahilyanını ekskursiya mənzərəli şəlalələrə, açıq səma altında vulkan muzeyinə, buzlaqlara və okean sahilindəki qayalara baxış, İslandiyanın ən cənub qəsəbəsinə ziyarət, buzlaqlar səhrasından və lava sahəsindən keçid. Axşam sizi heyranedici fermer mehmanxanasında şam yeməyi və gecələmə gözləyir.

VI gün – səhər yeməyi. Cənub sahilyanı səyahətiniz davam edir; siz Sakfdaffel Milli parkına baş çəkəcəksiniz. Burada səfalı və mənzərəli yerlərdə piyada gəzəcək, bazalt qayalıqlardan suyu tökülən Svartifos şəlaləsinə gedəcəksiniz. Növbədə buzlağa ziyarət və aysberqli gölün yanında dayanacaqdır. Axşam – mehmanxanaya qayıdış, şam yeməyi və gecələmə.

VII gün – səhər yeməyi. Hündür dağ vadisi Landmannalyoyqar vadisinə ekskursiya – siz burada rəngarəng dağlar, lava sahələri, çaylar və göllər (burada həm də çimmək mümkündür) görəcəksiniz. Ekskursiyadan sonra Reykyavikə qayıdış.

VIII gün – hava limanına transfer və Reykyavikdən uçuş.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 1950 avro təşkil edir. Aviabilet əlavə olaraq ödənilir.