1-ci gün
Madridə gəlib çatma. Otelə transfer. Asudə vaxt. Madridin qədim küçə və meydanlarında gəzinti. Gecələmə.
Barselonaya gəlib çatma. Dayanacağa transfer (əşyalarınızı saxlama kamerasında təqribən 4 avro ödəməklə təhvil verə bilərsiniz). Barselonanın qədim yerlərinə piyada gəzinti. ABE sürət qatarı ilə turistik-klass vaqonlarda Madridə səfər (3 saat). Gecələmə.
2-ci gün
Səhər yeməyi. Madrid və yaxud Barselonanın əsas görməli yerlərinə ekskursiya. 21: 00 – Mərakeşə uçuş. 21:15-də Mərakeşə gəlib çatma. 5* otel və ya Mədinədə mərakeşlilərə məxsus Riad adlı ev-otel kompleksinə transfer. Şam yeməyi və gecələmə.
3-cü gün
Səhər yeməyi. Mədinədən Mərakeşə qədər piyada ekskursiya. Siz yol boyu bazar və digər şərq atributları ilə Mərakeşin ecazkar ritm və ruhunu hiss edəcəksiniz. 800 illik Qütbiyyə məscidi, Sevilyadakı Hiralda ilə əkiz qüllə, Baxiyyə sarayı, Cema Əl Fna meydanı – görməli olduğunuz yerlərin sadəcə bir neçəsidir. Milli restoranda nahar yeməyi. Asudə vaxt. Məşhur “Chez Ali” restoranında «Fantaziya»* gecəsi. Açıq havada tamaşa: rəqs, ifa, musiqi, at yürüşləri. Ənənəvi üslubda şam yeməyi. Gecələmə.
4-cü gün
Səhər yeməyi. Mükəmməl mənzərəli Atlas dağlarına (təqribən 400 km) 4×4 tipli ciplərdə ekskursiya. Titska yüksək dağ yolları ilə hərəkət edərək, yaşıl dünyadan ay mənzərəli dünyaya keçid. UNESCO tərəfindən Dünya Mədəni İrsinə daxil edilmiş məşhur Kasba Ait Ben Haddu qayalıqlarına səyahət. Qeyd edək ki, burada «Qladiator» və «Ərəbistanlı Lourens» və d. filmlər çəkilmişdir. Yolüstü nahar. Uarzazatedən keçərək, «Minillik Dözümlülük Yolu» kimi də tanınan qızılgül vadisinə çatırıq. 1621 m hündürlükdə, Quşlar vadisində yerləşən 4* “Xauca Dades” otelində gecələmə üçün yerləşmə şam yeməyi.
5-ci gün
Səhər yeməyi. Atlas dağlarının yüksəkliklərinə ekskursiya. Biz zamanın sanki dayandığı Butafhrar və Asmskar kimi dərə və vadilərə, mağara və berber məntəqələrinə baş çəkəcəyik. Nahar (piknik). Qarqantas de Mqoun dərəsində yaddaşlardan silinməyəcək təbiət mənzərələri ilə səyahətin davamı. Şam yeməyi və gecələmə.