Inar Travel

İtaliya (lüks)

Əhali 60795612 nəfər

Sahə 301340 km2

Rəsmi dil italyan

Turun qiyməti 1000

1-с gün

İtaliyaya uçuş. Hava limanında müşayiətçi tərəfindən qarşılanma. Müşayiətsiz Venesiyada otelə transfer. Oteldə yerləşmə. Asudə vaxt.

2-ci gün

Oteldə səhər yeməyi. San-Marko meydanında qrup ilə görüş. Venesiya üzrə bələdçi ilə piyada ekskursiya. Asudə vaxt və yaxud bələdçi ilə Doj Sarayına əlavə ekskursiya (giriş bileti ödənişə daxil deyil).
Əlavə ekskursiya “Laquna Tur”. Əlavə olaraq, qandola üzərində gəzinti təklif olunur. Otelə dönüş. Şam yeməyi (yarım-pansion qidalanmanı sifariş edib ödəniş edənlər üçün).

3-cü gün

Oteldə səhər yeməyi.
Əşyalarla birlikdə avtobusa minik, Florensiya istiqamətində hərəkət. Siena üzrə bələdçi ilə piyada ekskursiya. Florensiyaya hərəkət. Şəhərə çatdıqda, Florensiya üzrə bələdçi ilə piyada baxış ekskursiyası. Oteldə yerləşmə. Şam yeməyi (yarım-pansion qidalanmanı sifariş edib ödəniş edənlər üçün).

4-cü gün

Oteldə səhər yeməyi. Asudə vaxt. Lukka və Piza üzrə bələdçi ilə əlavə ekskursiyalar. Rubakonte restoranında tipik toskan naharı. Asudə vaxt. Uffiçi qalereyası və yaxud Pitti sarayı üzrə bələdçi ilə ekskursiya. Palasso Borgeze restoranında əlavə olaraq dirçəliş dövrü üslubunda teatrlaşdırılmış şam yeməyi təklif olunur. Şam yeməyi (yarım-pansion qidalanmanı sifariş edib ödəniş edənlər üçün).

5-ci gün

Əşyalarla birlikdə avtobusa minik və Roma istiqamətində hərəkət. Kyanti əyalətində şərab dequstasiyası məqsədilə dayanacaq.
Romaya çatma zamanı oteldə yerləşmə. Roma üzrə bələdçi ilə piyada baxış ekskursiyası. Asudə vaxt. Şam yeməyi (yarım-pansion qidalanmanı sifariş edib ödəniş edənlər üçün). “Roma axşamları” bələdçi ilə əlavə ekskursiya.

6-cı gün

Oteldə səhər yeməyi.
Müəqddəs Pyotr kilsəsi və Vatikan muzeyinə bələdçi ilə ekskursiya (giriş bileti ödənişə daxil deyil və əlavə olaraq ödənilir). Romada asudə vaxt. Borgeze qalereyasına bələdçi ilə əlavə ekskursiya. Şam yeməyi (yarım-pansion qidalanmanı sifariş edib ödəniş edənlər üçün). Teatr-restoranda şam yeməyi təklif olunur.

7-ci gün

Oteldə səhər yeməyi. Romada azad gün. Neapol və Pompeyə bələdçi ilə avtobusla əlavə ekskursiya(Pompeyin arxeoloji zonasına giriş bileti ödənişə daxil deyil və əlavə olaraq ödənilir). Şam yeməyi (yarım-pansion qidalanmanı sifariş edib ödəniş edənlər üçün).

8-ci gün

Oteldə səhər yeməyi. Əşyalarla birlikdə avtobusa minik. Aeroporta hərəkət.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 1000 AZN təşkil edir.

Qiymətə daxildir(3* tur üçün):
-Yerləşmə:
-Venesiyada 2 gecə
– Florensiya (şəhərin tarixi mərkəzinə 1-3 km qədər)* (2 gecə)
– Roma – şəhərin mərkəzi hissəsi (3 gecə)
– Qidalanma: kontinental səhər yeməkləri və yaxud yarım-pansion.
– Venesiya, Siena, Florensiya, Uffiçi qalereyası, Roma, Vatikan Muzeyinə bələdçi ilə ekskursiya.
– Ziyarət: Rubakonte restoranında nahar, Kyanti məkanında şərabların dequstasiyası.
– Transfer: qrup şəklində transfer qarantiya olunur.

Venesiyada: SU-2596/AZ-7181, UN-393 Moskva-Venesiya reysləri üzrə;

Romada: Rusiya və Ukraynadan birbaşa mütəmadi reyslər üzrə.
-Qrupla marşrut boyu müşayiətçi.
-Tibbi sığorta
-Qayıq: San-Marko meydanına qədər Cudekka kanalı üzrə qayıqla Venesiyada gəzinti (hər iki istiqamətdə)

Xidmətlərin qiymətinə daxil deyil:
– yarım-pansionun sifarişi təqdirində: şam yeməkləri zamanı şərab, şirə və mineral sular.
– bəxşiş (çaypulu) və həmçinin hal-hazırdakı qiymətə daxil olmayan hər şey.
Diqqətinizə çatdırmaq istərdik ki, Italiyada müşayiətçi və sürücülərə 1-2 avro arında bəxşiş (çaypulu) saxlamaq adət olunub.
-Şəhər vergisi
-Aviauçuş və viza rüsumu.