Inar Travel

Kalyari

Əhali 60795612 nəfər

Sahə 301340 km2

Rəsmi dil italyan

Turun qiyməti xxx

Kalyari Kalyari ( italyanca Cagliari, Sardiniya dilində isə Casteddu - "saray") adanın nisbətən böyük şəhəridir. O, öz çoxəsrlik tarixi ilə cazibədar, qədim saray, kilsə, muzey, isti dəniz və çimərlikləri ilə heyrətamiz, qədim teatr, yaşıl parkları ilə unikal, müxtəlif müasir barlar, diskotekalar, restoranlar, lüks mağazaları və möhtəşəm otelləri ilə məşhurdur. Şəhərin cəzbedici tarixi var: dəfələrlə Kalyari müxtəlif sivilizasiyalar tərəfindən zəbt olunmuşdur. Onlardan hər biri şəhərin tarixində yetərincə iz buraxmışdı. XIV-XIX əsrlərdə Kalyari Sardiniya Krallığının paytaxtı idi. Həmin dövrlərdə şəhər dövlətin dini, mədəni, təhsil və siyasi mərkəzi idi.

Sardiniya adasında yerləşən Kalyariyə səyahət hər kəsə əsl cənnət təəssüratını bəxş edəcək.

Kalyari ( italyanca Cagliari, Sardiniya dilində isə Casteddu – “saray”) adanın nisbətən böyük şəhəridir. O, öz çoxəsrlik tarixi ilə cazibədar, qədim saray, kilsə, muzey, isti dəniz və çimərlikləri ilə heyrətamiz, qədim teatr, yaşıl parkları ilə unikal, müxtəlif müasir barlar, diskotekalar, restoranlar, lüks mağazaları və möhtəşəm otelləri ilə məşhurdur. Şəhərin cəzbedici tarixi var: dəfələrlə Kalyari müxtəlif sivilizasiyalar tərəfindən zəbt olunmuşdur. Onlardan hər biri şəhərin tarixində yetərincə iz buraxmışdı. XIV-XIX əsrlərdə Kalyari Sardiniya Krallığının paytaxtı idi. Həmin dövrlərdə şəhər dövlətin dini, mədəni, təhsil və siyasi mərkəzi idi.

İkinci dünya müharibəsi zamanı Kalyari demək olar ki tamamilə dağıdılmışdır. Sonralar əhalinin səyləri və əməyi nəticəsində şəhər bərpa olundu və hal hazırda öz qeyri-adi gözəlliyi ilə turistləri heyran edir.

Sardiniyanı paytaxtını şərti olaraq 2 şəhərə bölmək olar – köhnə və təzə, özü də onların hər birində səyahətçinin diqqətini minlərlə mənzərələr cəlb edəcək. Köhnə şəhərə ekskursiyanı Orta əsrlər qalası və San Remi bürcündən başlamaq olar. Keçmiş zamanlarda adanın sakinləri tərəfindən Su Casteddu adlanan Il Castello divarları mühafizə funksiyasını yerinə yetirirdilər və şəhəri bütövlükdə əhatə edirdilər. Bu günə onlardan qalan yalnız iki qədim ağbəniz qaladır. San Remi bürcü XIX əsrdə tikilən nəhəng qurğudur. Bu qurğu hündür tağı və gözəl uzun pilləkənləri ilə Yuxarı və Aşağı Kalyarini birləşdirir və bununla köhnə şəhərin orta əsrlər divarının davamını təşkil edir. Bürc şəhərin ən məşhur seyr meydançası (Terazza di Umberto) sayılır. Bürcdə yerləşən rahat bar və restoranlarda mavi dəniz mənzərəsi və ən dadlı qəhvə və şərablardan həzz almaq olar.

Öz möhtəşəmliyi ilə heyrətləndirən və Saray meydanında yerləşən Kafedral kilsə və yaxud Müqəddəs Mariya Kilsəsi. Öncədən (XIII əsrdə) kilsənin yerində möhkəmləndirilmiş bürc yerləşirdi. 1258-ci ildə Kalyari və bütün Sardiniya adası Piza tərəfindən zəbt edilmişdi. Nəticədə, şəhər söküntülərə məruz qalmışdı. Bu hadisələr zamanı Müqəddəs Mariya Kilsəsi Kafedral kilsə statusunu aldı. O, bu günə qədər öz memarlıq görkəmi ilə əcnəbilərin diqqətini cəlb edir və artıq neçənci əsrdir ki möhtəşəm naxışlı tavanlar, qədim divarüstü rəsmlər, zərif sütunlar və inanılmaz heykəltəraşlıq əsərləri flamand və roman incəsənətinin gözəlliyini əks etdirir. Kilsədə hər şənbə klassik və dini musiqi konsertləri keçirilir.

Arsenal meydanında Kalyarinin əsas muzeyi – Milli Arxeoloji Muzey yerləşir. Burada Allahların qədim daşüstü təsvirləri, birinci bəzək əşyaları, birinci heykəllər və həmçinin Roma sivilizasiyasının xəzinələri -imperatora bəxş edilən qiymətli hədiyyələr, keramika və şüşədən düzəldilmiş ilk əşyalar, qızıl və rəngarəng bəzək əşyaları ilə tanış olmaq olar.

Öncələr yarışların keçirildiyi məkan, qladiatorların döyüş meydançası, vəhşi heyvanlara ov səhnəsi olan antik teatr öz meydanı ilə II əsrə aid olan Kalyarinin ən qədim tikililərindən biridir. O, düz qayanın içində inşa edilib və 6000 m2 ərazisi ilə 10 mindən artıq insan toplaya bilirmiş. Qurğunun əsas mühüm hissələri seçilərək sonradan tikilən binalarda istifadə olunub. Amma qədim amfiteatr bu günə qədər həm turistlər, həm incəsənət həvəskarları arasında çox məşhurdur. Burada mütəmadi olaraq müxtəlif konsert və açıq səma altında festivallar təşkil olunur.

Kalyari tək tarixi məkanları ilə deyil, həmçinin böyük sayda nəbatat parkları ilə zəngindir. Kalyaridə istirahəti həm piyada, həm Molentardjus parkında velosiped gəzintisi ilə təşkil etmək olar. Kalyari Avropada çox yüksək qiymətləndirilir. Onun ərazisində ağ cücələr, qara qarabatdaqlar, qara qanadlı leyləklər və məşhur çəhrayı flaminqolar yaşayır.

Şəhər həmçinin öz Botanika bağı ilə məşhurdur. Ən maraqlısı budur, ki öncələr zibillik olan bu ərazidə XX əsrdə 400-ə yaxın, hal hazırda isə 1000-dən artıq bitki növləri var. Kalyariyə tur öz yerli çimərlik zonalarında istirahət ilə unudulmazdır. Onların arasında əsası və ən məşhuru olan Poetto çimərliyidir. Burada 8 km uzunluğunda qumluq, sahil barları və təpələrdəki köhnə xarabalıqlar çox yüksək qiymətləndirilir. Sakitliyə üstünlük verənlər üçün Mari Pintau məkanı unudulmaz təəssürat bağışlayacaq.

Ekstrim sevən səyahətçiləri Kalyari “Diverland” aquaparkına dəvət edir. Bu, əsl su şəhəridir. Burada yetərincə əylənmək, üç ulduzlu oteldə gecələmək, bar və restoranlarda taamları dadmaq, fitnes-klublarda güc toplamaq, alış-veriş etmək, diskoteka və restoranlarda canlı musiqidən həzz almaq mümkündür. Alış-verişi sevənlər Via Roma küçəsini ziyarət edə bilərlər. Orada çoxsaylı mağaza və butiklərə, və eləcə də “La Runascente” qastronomuna rast gəlmək olar.

Sardiniyanın paytaxtı gecələr yatmır: çoxsaylı bar, kafe, restoran və diskotekalar səhərə qədər ziyarətçilərin xidmətindədir. Kalyari həyatın orta əsrlər divarları arxasında qaynadığı bir şəhərdir. Ağbəniz çimərliklərində dərdləri unudub, ağacların kölgələrində isə özünüzü nağıllardakı kimi hiss edəcəksiniz.

Kalyari – dincəlməyə layiq olan bir şəhərdir!