Inar Travel

Kapri 

Əhali 60795612 nəfər

Sahə 301340 km2

Rəsmi dil italyan

Turun qiyməti xxx

Kapri  Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar.

Kapri
Kapri

Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir.

Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.

Kapridə otellər adanın 4 zonasında yerləşir:

-Marina Qrande turistik liman rayonunda – materikdən gələn bərələr buraya lövbər salır və ada ətrafına və məşhur Mavi Mağaraya yollanan kruizlər yola düşür;
-Kapri şəhərinin mərkəzi – burada həm də dünyaca məşhur brendlərin mağazaları və gecə klubları, və eyni zamanda təbiət qoruğu yerləşir;
-Marina Pikkola buxtası rayonunda – burada adanın əksər çimərlikləri yerləşir;
-Anakapri otelləri.

Adətən Kapridə üç və dörd ulduzlu otellər arasında qiymət fərqi ya çox cüzi, ya tamamilə yoxdur. Bu səbəbdən adada dörd ulduzlu otelləri bronlaşdırmaq mənasızdır; Anakapridə yerləşən otellər kiçik istisna təşkil edir – burada yerləşən üç ulduzlu otellərin qiymətləri nisbətən qənaətli və əlverişlidir. Beş ulduzlu otellər isə Kapri şəhərinin mərkəzində və Anakapridə yerləşir.

Kapri elit kurort adası sayıldığından, buradakı otel qiymətləri qonşu kurortlara nisbətən (İskya, Sorrento, Amalfina sahili) daha yüksəkdir.