Karlovı Varı – gözəlliyi və sakitliyi dəyərləndirən və qəbul edən, sakitlikdə emosiyalar və hisslərin coşqusunu görən insanlar üçün kurortdur. Burada klounlar, diskotekalar və sərxoşluğa yer yoxdur. Burada hər şey alicənabdır. Çoxları Karlovı Varını öz evləri, ruhlarının evi kimi qəbul edirlər.
Yabanı yaşıllıq, ağacların arasından axan çaylar, yerin altından yüksək təzyiqlə qalxan geyzerlər, buğ və minilliklərlə yığılan duzlar. Su və istilik Yer kürəsində həyatın əsasıdır. Şübhəsiz, Karl IV gördüklərindən heyran qalaraq və bir iş adamı olaraq burada yaşayış məntəqəsi təşkil etmişdir. Bu məkan yüz illər keçdikdən sonra da insanlar tərəfindən yaradılmış bu yerlərə mineral sulardan və Yer kürəsinin istiliyi və gözəlliyindən müalicə almaq üçün gələn milyonlarla insanı qəbul edir. Bura doğma ev kimidir, bu yerlər insanın ruhunu isidir. Burada sadəcə olaraq skamyada oturmaq kifayətdir. Oturmaq və fikirə dalmaq: “Bu da belə, daha axtarılası heç nə yoxdur”. Bu, Karlovı Varıdır.
Karlovı Varıda bir sirr vardır; qorxulu və mistik sirr deyil, sadəcə olaraq anlaşılmaz və xoşagələn bir sirr. Əgər siz buraya gələn insanların forumlarda rəylərini oxusanız, siz bu yerin insanlara necə təsir etdiyini hiss edəcəksiniz. Bu nədir? Karlovı Varı memarlığının təsiri? Deməzdim, Karlovı Varı burada baş verən dağıdıcı sellər və hər şeyi külə çevirən yanğınlara görə tarix boyu bir neçə dəfə görkəmini dəyişmişdir. Bütün bunlara baxmayaraq, Karlovı Varı və ya Karlsbad insanları özünə cəlb etməkdə davam edir.