Inar Travel

Kataloniya

Əhali 46464052 nəfər

Sahə 505990 km2

Rəsmi dil katalon, ispan

Turun qiyməti 1600

Kataloniya Kataloniya və İspaniya meydanları, Montjuik dağı, Kolumb abidəsi, Porto, Saqrada Familiya kilsəsi, Qrasiya meydanı və Güel parkına ziyarət daxil olmaqla Barselona üzrə ekskursiya. «Tsisterian monastrlarının yolu» ekskursiyası. UNESCO tərəfindən Dünya Mədəni İrsi siyahısına daxil edilmiş XII əsr katalon memarlığına aid olan unikal abidələr - Santa Kreus* və Poblet*. Şərab hazırlanması ilə məşğul olan Sadurni de Anoya regionuna baş çəkməklə məşhur çaxır anbarlarının birində katalon şampanından* dadmaq imkanı.

Kataloniya
Kataloniya

1-ci gün

Barselonaya gəlib çatma. Qarşılama və otelə transfer. Qotik kvartalı üzrə piyada ekskursiya. Katalon üslubunda inşa edilmiş muzeydə açıq səma altında şam yeməyi və musiqili “Möcüzəvi Fəvaarə” şousu. Gecələmə.

2-ci gün

Səhər yeməyi. Kataloniya və İspaniya meydanları, Montjuik dağı, Kolumb abidəsi, Porto, Saqrada Familiya kilsəsi, Qrasiya meydanı və Güel parkına ziyarət daxil olmaqla Barselona üzrə ekskursiya. Asudə vaxt. Gecələmə.

3-cü gün

Səhər yeməyi. «Tsisterian monastrlarının yolu» ekskursiyası. UNESCO tərəfindən Dünya Mədəni İrsi siyahısına daxil edilmiş XII əsr katalon memarlığına aid olan unikal abidələr – Santa Kreus* və Poblet*. Şərab hazırlanması ilə məşğul olan Sadurni de Anoya regionuna baş çəkməklə məşhur çaxır anbarlarının birində katalon şampanından* dadmaq imkanı. Tarraqon/Kosta Dorada rayonunda şam yeməyi və gecələmə.

4-cü gün

Səhər yeməyi. Müasir irsi qoruyub saxlayan Antonio Qaudi şəhəri, Arxeoloji prospekt* və Reus küçələrində gəzərək keçmiş adı Tarrako olan, indiki Tarraqon şəhərinə ekskursiya. Şam yeməyi. Gecələmə.

5-ci gün

Səhər yeməyi. Mənzərəli təbiət qoruqlarında yerləşən orta əsrə aid San Migel de Fay* və San Pere de Kaseres* monastrlarına ekskursiya. Kafedral kilsəyə baş çəkməklə Vik şəhərində qalmaq. Fiqeyrosa/Rozas/Saqaro/Lloret rayonlarında gecələmə.

6-cı gün

Səhər yeməyi. Qaçaqmalçıların keçmiş sığınacağı olan Tavertet və Rupit dağlıq kəndlərinə ekskursiya. Santuario del Far ziyarətgahı ilə sərhəddə yerləşən qayaların zirvəsində restoranda nahar. Asudə vaxt. Şam yeməyi. Gecələmə.

7-ci gün

Səhər yeməyi. Kosta Brava sahili boyu ekskursiya: Empuria Brava – katalon Venesiyası adlandırılan, bir çox kanalların keçdiyi dəbdəbəli kurort (əllə idarə olunan katerdə kanalların gəzintisi* nəzərdə tutulub), 2 əsrdən çox tarixi sahib keçmiş yunan-roma müstəmləkəsi olmuş Empurias və mükəmməl mənzərəsi olan orta əsrlərə aid olan Pals şəhərciyi. Yay vaxtı bir çox turistlərin hələ ayaq basmadığı plyajda istirahət. Şam yeməyi. Gecələmə.

8-ci gün

Səhər yeməyi. Aeroporta transfer. Turun sonu.

Turun qiyməti: qeyri- mövsüm vaxtı – 1600 AZN-dən, mövsümün qaynar vaxtlarında isə – 1900 AZN-dən başlayan qiymətlərlə.

Qiymətə daxildir:
* oteldə yerləşmə (səhər yeməyi daxil)
*6 şam yeməyi
*1 nahar yeməyi
*marşrut üzrə nəqliyyat
*rusdilli bələdçi ilə ekskursiyalar
*muzeylərə giriş biletləri*
*bütün transferlər
*tibbi sığorta

Qiymətə daxil deyil:
*bələdçi və sürücüyə bəxşiş (çaypulu)
*muzey və abidələrə daxili ekskursiyalar
*proqramda qeyd edilməmiş digər xidmətlər
*aviabilet
*viza

DİQQƏT:
Bu turda tam fərdi xidmət nəzərdə tutulmuşdur.
3-cü gündən 7-cü günə qədər hər ekskursiyaya görə 108 AZN endirimlə istənilən ekskursiyanın ləğv olunması mümkündür.
4 nəfərlik səyahət zamanı endirim 378 AZN
6 nəfərlik səyahət zamanı endirim 486 AZN