1-ci gün.
Kiyev şəhərinə gəlmə. Yerli bələdçi ilə görüş. Şəhərə transfer. Turistlər əşyalarını otelin saxlama kamerasına qoyurlar. Şəhəriçi baxış ekskursiyası, XI, XII-XVII əsrlərə aid və həmçinin müasir memarlıq abidələri ilə tanışlıq. İlk dayanacaq – XIX əsrinin sonuna aid Vasnetsov, Nesterov, Pimonenko və Vrubelin boyamaları ilə zəngin olan Vladimir məbədi. Növbədə Ukrayna Milli Operası, Qızıl Darvazalar (şəhərin əsas darvazaları), B. Xmelnitski abidəsi, Sofiya, Mixailovskiy və Müstəgillik meydanları ilə tanışlıq. Eləcə də Dnepr çayı sahil kənarı , Poçt və Kontrakt meydanları (dayanacaq), şəhər baniləri- Kiy, Şek, Xotiv və bacıları Libed şərəfinə ucaldılmış abidə (dayanacaq) , “Ana-Vətən” monumenti və s. Oteldə yerləşmə. Sərbəst vaxtkeçirmə.
2-ci gün.
Oteldə səhər yeməyi. Oteldən ayrılma. Dəmir yolu vağzalına transfer – turistlər əşyalarını saxlama kameralarında yerləşdirə bilər. 10:00. Mikrominiatür sərgisinə ziyarət ilə Kiyev-Peçyor Lavrasına ekskursiya. Bura Kiyevin ən tanınan və görkəmli yerlərindən biridir. “Lavra” – pravoslav xristianlığın terminidir, “böyük kişi monastırı” anlamına gəlir. Bu, xalq içində ən çox ehtiram olunan müqəddəs pravoslav ehramdır. Lavra xristianlığın güclənməsi və yayılması məqsədilə 1051-ci ildə Antoniy və Feodosiy rahibləri tərəfindən qurulub. Rahiblər mağaralarda yaşayıb, mərasimləri keçirirdilər. Həmin rahiblər elə məhz Lavrada dəfn olunublar; sonralar, onlar bədənləri mumiyalanmmışdır. Bu vaxta kimi mumiyaların yaxşı vəziyyətdə qalması hamını heyrətləndirir. “Əbədi qalıqlar” möcüzə kimi ehtiram edilib, monastırın şöhrətinin yayılmasına səbəb olmuşdur. 14:30. “Qədim Kiyev” : Andreyevsk enişindən başlayan piyada ekskursiya. Sizi knyaginya Olqa, Vladimir və Müdrük Yaroslav knyazların vaxtlarındakı qədim şəhər ilə, tarixi abidələr ilə (Qızıl darvazalar, “Kiyev Sofiyası” adında XI əsrin Milli Qoruğu, Mixaylov Məbədi, Desyatinnaya kilsəsinin qalığları, knyaz sarayları, V-VI əsrlər vaxtından qalan Kiyev ərazisi) tanışlıq. Piyada ekskursiyamız ya Vladimir dağında, Rusiyanı xristian edən knyaz Vladimirin abidəsi yanında (buradan Dnepr çayı və onun sahillərinə möhtəşəm mənzərə açılır), ya da çoxsaylı suvenir və xalq sənətkarlarının əl işləri təklif olunan “Kiyev vernisajında” yekunlaşır. 17:00. Sərbəst vaxrkeçirmə. Dəmir yolu vağzalına sərbəst yollanma. 22:00. Kiyev-Odessa qatarının yola düşməsi.
3-cü gün.
06:45. Odessanın dəmir yol vağzalına çatma. Bələdçi ilə vaqonun yanında görüş. 07:00. Səhər yeməyi. 08:00.Odessa üzrə avto və piyada baxış ekskursiyası. Şəhərin mərkəzi, Arkadiya, Fransız bulvarı (burada istirahət mərkəzləri və sanatoriyalar, Botanika bağı, şampan şərabları zavodu və Kinostudiya yerləşir), Puşkin küçəsi, Gömrük meydanı, Dəniz vağzalı və şəhərin sair görkəmli yerləşir. Şəhərin piyada məhəllələri ilə gəzinti (Dənizkənarı bulvar, Duma meydanı). Memarlıq abidələri: Opera teatrı, Filarmoniya, şəhər duması, qraf M.S.Vorontsovun sarayı,Teatral və Baş Kilsə meydanları, teatrlar və muzeylər. İtalyan sarayı, Şəhər Bağı və Pale-Royala ziyarət. Memarlıq abidələr və görkəmli şəxsiyyətlər (A. Puşkin, Utyosov, Babel, Katayev, Rişelye, qraf Vorontsov, II Yekaterina) ilə bağlı məzəli əhvalatlar. Mütləq “12 stul”da, Utyosovla bir skamyada oturun, Şəhər Bağında Məhəbbət Ağacını qucaqlayıb, bir arzu diləyin və o mütləq reallaşacaq! Oteldə yerləşmə. Sərbəst vaxtkeçirmə.
4-cü gün.
Oteldə səhər yeməyi. 10:00. Nerubaysk kəndindəki katakombalara avtobus ekskursiyası. Katakombaların yaranma tarixi, XIX-XX əsrin əvvəlində burada baş verən hadisələr. Odessa katakombaların yeraltı dolamaları bütün Odessadan keçir və dəniz kənarına bir çox yerdən çıxır. Böyük Vətən Müharibəsi zamanı partizan hərəkatına həsr olunmuş unikal yeraltı muzey, Odessanın işğalı vaxtı tanınmış kəşfiyyatçı Vladimir Molodsev- Badayevin fəaliyyəti, gizli partizan hərəkatı, sovet partizanlarının Müqavimət hərəkatında rolu, Partizan Şöhrəti muzeyinin katakombalarda yaranma tarixi. Muzey 20 metr dərinliyində yerləşir. Muzeyin ekspozisiyasında partizanların silah-sursatları, məişət əşyaları, partizan düşərgəsi göstərilir. 13:00. Nahar vaxtı. 14:30. “Odessa Sarayları” ekskursiyası. Şəhərin memarlıq landşaftı təkrarolunmazdır. Böyük mərkəz hissəsi öz küçələrində modern və renessans, barokko və ampir, qotika və klassik üslublarını birləşdirən unikal memarlıq qoruğudur. Odessanı “Rus İtaliyası”, “Kiçik Paris” adlandırırlar. Birinci Odessa birjası, “Londonskaya” oteli, Vorontsov sarayı, “Bina-divar”, baron Masın sarayı, Tolstoyların sarayı, Falts-Feyn baronlarının evi ( “Atlantlı ev”), Şah sarayı, Narışkin-Pototskinlərin iqamətgahı (yeraltı mağarası olan Bədii muzey). Ekskursiya Duma meydanından başlayaraq Dənizkənarı bulvar vəVorontsov sarayına kimi, Sabaneyev körpüsündən Teşin körpüsünə, şəhərin köhnə hissəsindən hissəsindən Şah sarayına, Bədii muzeyin binasına kimi uzanır. Sərbəst vaxtkeçirmə.
5 gün.
Oteldə səhər yeməyi. 12:00 Oteldən ayrılma. Sərbəst gün. Odessanın dəmir yoluna və ya aeroportuna transfer.
Proqramın qiyməti – 950 AZN-dir. Aviauçuş əlavə olaraq ödənilir.