1-ci gün. Moskva / Bişkek – İsıkgöl
22:40 – Moskvadan uçuş , reys SU179
05:10 – Bişkekə eniş
Hava limanında qarşılama
Hotelə Transfer
“Asia Mountains ” qonaq evində yerləşmə
Səhər yeməyindən sonra Bişkek üzrə ekskursiya : Ala–Too mərkəzi meydanı, incəsənət qalereyası, tarix muzeyi, Opera və Balet teatrı, Filarmoniya, “kurak” düzəltmə studiyası , saxsı əşyalar qalereyası , Oş bazarı , Palıdlar Parkı və suvenirlər dükanına baş çəkmə.
Bişkek restoranında nahar
Nahardan sonra İsıkgöl gölünün şimal sahili ilə yola çıxırıq
Çatdıqda “ Kapriz ” hotelində yerləşmə
Şam yeməyi
2-ci gün. İsıkgöl – Çolpan-Ata- Semyonov kanyonu – Karakol
Səhər yeməyi
Çolpan-Atada ekskursiya : qayaüstü rəsmləri (petroqliflər) olan açıq səma altında muzey və Diyarşünaslıq muzeyi
İsıkgöl gölünə qayıqla səyahət (əlavə ödənişlə)
Semyonov (Ağsu) kanyonuna ekskursiya. Bu, Qırğızıstanın ən gözəl kanyonlarından biridir. Burada həm də alaçıq düşərgəsi yerləşir; qonaqpərvər sahiblər siz alt belində gəzinti təklif edəcəklər, həmçinin yabanı yaklara və milli sənət ustalarının işlərinə baxmaq olar
Gözəl dağ mənzərəsi olan açıq havada piknik (lunch-box )
İsıkgölün şimal sahili ilə Karakol şəhərinə səfər. Yolüstü Prjevalski muzeyinə ekskursiya
Şəhərə gəlmə və qonaq evində yerləşmə
Şam yeməyi
3-cü gün. Karakol – Ceti-Öküz – Karakol
Səhər yeməyi
Karakoldan 35 kilometr cənub-qərbdə yerləşən Ceti-Öküz kanyonuna səyahət. Kanyonun qabağında yeddi qırmızı gil qayası yerləşən vadi var. Odur ki, vadi “7 öküz vadisi” adlanır. Kanyonun yaxınlığında yerləşən bir qaya haçalanıb və bundan ötəri “Sınmış ürək ” adlanır. Kanyonun üzərində Tiyan-Şanın zirvələrindən biri olan Öküz-Başı yerləşir. Şam ağacları yamaclarından yuxarıda buzlu piramida – Armstronq piki yerləşir. Bu qayalar İsıkgölün rəmzləridi, rəssam və fotoqrafların sevimli yeridir.
Qartal şousu (qartal ilə dovşan ovu) (əlavə ödənişlə)
Karakola geri dönmə
Dunqan ailəsində nahar
Karakol şəhəri boyunca gəzinti : Dunqan məscidi, mismar istifadə olunmadan tam ağacdan tikilmiş Rus Pravoslav kilsəsi, Kolonial üslubda tikilən evlər, bazar.
Şam yeməyi və qonaq evində gecələmə
4-cü gün. Karakol – Bişkek
Erkən səhər yeməyi
Bişkekə İsıkgölün cənub sahili ilə qayıtmaq . Yol üstü XI əsrin sənət əsəri olan Buran qalasına baxış. Bu qala İtaliyada yerləşən “tayı”, Piza qalasından əvvəl inşa olunub.
Milli qırğız ailəsində nahar
Don-Arıq kəndində sırmaqların hazırlanmasına baxış (əlavə ödənişlə)
Bişkekdə “ Asian Mountains ” qonaq evində yerləşmə.
Restoranda şam yeməyi.
Folklor konserti (əlavə ödənişlə)
5-ci gün. Bişkek – Moskva
Hava limanına transfer
06:30 – Moskvaya uçuş (reys SU 1883)
08:10 – Moskvaya eniş
Proqramın qiyməti – adambaşı 960 AZN-dir. Aviauçuş əlavə olaraq ödənilir.