Inar Travel

Kralsayağı Krakov

Əhali 38483957 nəfər

Sahə 312679 km2

Rəsmi dil polyak

Turun qiyməti 350

Kralsayağı Krakov Krakovda qısa piyada “Köhnə şəhər və Vavel Kral sarayı” ekskursiyası (rusdilli bələdçi ilə): Bazar meydanı – əfsanələrin və tarixi hadisələrin qovuşduğu yer, Mariaski kilsəsi, Sukennise tarixi bazarı, Kral yolu, Vavelski təpəsində Kral sarayı və kilsə.

Krakov
Krakov
Krakov

1-ci gün – bazar günü

Krakova uçuş (“Aeroflot” a/şirkəti SU 2004 reysi). Mehmanxanaya qrup şəklində transfer. Mehmanxanada müstəqil yerləşmə. Krakovda qısa piyada “Köhnə şəhər və Vavel Kral sarayı” ekskursiyası (rusdilli bələdçi ilə): Bazar meydanı – əfsanələrin və tarixi hadisələrin qovuşduğu yer, Mariaski kilsəsi, Sukennise tarixi bazarı, Kral yolu, Vavelski təpəsində Kral sarayı və kilsə. Axşam asudə vaxt.

2-ci gün, Bazar ertəsi

Səhər yeməyi. Hədiyyə olaraq! “Krakov suveniri” – Krakovda əyləncəli gəzinti. Sizi Krakovun küçələrində gəzməyə , milli Polşa suvenirlərinin xüsusiyyətləri ilə tanış olmağa dəvət edirik. Krakovun küçələrində rəngarəng suvenirlərin bolluğu, Polşanın ləziz taamları və içkiləri adamın gözlərini qamaşdırır. Düzgün seçimi necə etmək olar? Bələdçi ilə gəzinti zamanı siz Krakovun məşhur dükanlarına baş çəkəcəksiniz, Boleslavesdə məşhur saxsı qab istehsalına dair master-klassa tamaşa edəcəksiniz, yerli şirniyyatçıların qonağı olub, onların işini qiymətləndirəcəksiniz, hər an dadına baxıb, məşhur Krakov suvenirlərini, əsl Krakov kolbasalarını və pendirləri, şokolad, meyvə və giləmeyvələrini ala biləcəksiniz… Rusdilli bələdçi  ilə avtobusla Veliçkaya ekskursiya. Veliçka – Krakovdan 13 kilometr aralı yerləşən balaca bir şəhərdir. Burada Avropanın ən böyük və ən qədim duz mədənlərindən biri yerləşir. Mədənin dərinliyi 340 metr, dəhlizlərin ümumi uzunluğu isə 350 kilometrdən çoxdur. Yeraltı mədənin gözəlliklərini seyr etmək üçün dünyanın bütün nöqtələrindən bura turistlər axışır. Bundan başqa, mədənin havası müalicəvi xüsusiyyətlərə malikdir; yerin altında isə sanatoriya istismara verilmişdir. Krakova qayıdış.

3-cü gün, Çərşənbə axşamı

Səhər yeməyi. Fakültativ olaraq, Promnisdə ov qalas, Pşina qalası və Tınse abbatlığına  avtobus-piyada ekskursiya. Pşina Qalası – “Şərq Luvru” – 1636-cı ildən bəri ingilis və intibah üslublarında salınmış landşaft parkı ilə təkraredilməz park ansamblını yaradır. Əvvəllər Xexberqovlara aid olan Pşina Saray və Promnisdə ov qalası Polşada ən gözəl və ən yaxşı qorunub saxlanılmış abidələrdən biridir. Tınsedə təxminən 1044-cü ildə knyaz Kazimir Bərpaedici tərəfindən əsası qoyulmuş Benedikt abbatlığı bir sıra abidələr kompleksindən ibarətdir. Tınse abbatlığı ölkənin əsas mənəvi təhsil mərkəzi rolunu oynayır.

4-cü gün, Çərşənbə

Səhər yeməyi. Vaveldə Kral Sarayına və Krakovda Əsas Bazarın zirzəmilərinə ekskursiya. Kral Sarayı (UNESCO tərəfindən qorunan abidə) XI-XVII əsrlərdə Polşa hökmdarlarının iqamətgahı idi. Vaveldə İqamətgahın daxili bəzəyi intibah dövr üslubunda kral tərtibatında yaradılmışdır. Sarayda kral taxtı, taxt-tac zalı, silah anbarı və xəzinə yerləşir. 2010-cu ildə bazar meydanında açılmış “Krakovun Zirzəmiləri” muzeyi bir arxeoloji parkdır; burada siz orta əsrlərin səs-küylü şəhərinin həyatını əks etdirən şəkillər görə bilərsiniz. Layihə müəllifləri müasir texnologiyaların köməyi ilə orta əsr şəhərlərinin canlı illüziyasını yaradıblar.

5-ci gün, Cümə axşamı

Səhər yeməyi. Fakültativ ekskursiyalar üçün asudə vaxt. Nedzise qəsri və Dunaets çayı boyunca gəzinti. Sizi Polşa və Slovakiya arasında təbii sərhəd Dunaets çayı boyunca gəzintiyə dəvət edirik. Dunaets Polşanın cənubunda əhəngdaşı dağları arasından axır. Pieninı dağ massivi Milli parkın insan ayağı dəyməmiş təbii qoruqdur. Su marşrutu 15 kilometrlik məsafədə sizə təbiətin gözəlliyindən həzz almaq imkanını verəcək. Ekskursiya zamanı siz Nedzisedəki Saraya baxa bilərsiniz. Bu saray XIV əsrdə Dunaets vadisində fin-macar tayfaları tərəfində ticarət yollarının müdafiəsi üçün tikilmişdir (ingilis dilində müşayiət ilə; tarixlər – may-sentyabr ayları, 19.06.14-dən başqa). Axşam asudə vaxt. Arzu edənlər üçün “folklor ansamblının müşayiəti ilə milli restoranda şam yeməyi” (fakültativ).

6-cı gün  Cümə günü

Səhər yeməyi. Krakovda gəzinti, alış-veriş  və ya fakültativ ekskursiyalar üçün asudə vaxt.  “Yəhudi Kazimeji və Podquje” piyada ekskursiyası (seçənəkli). Kazimej rayonunun tarixi 1335-ci ildən başlayır. Həmin il Böyük Kazimir kralı onun adını daşıyan şəhərin hüquqi statusunu tənzimləyən imtiyaz vermişdir. Hal-hazırda Kazimej zəngin tarixi və ənənələri ilə  Krakovun ən məşhur rayonu hesab olunur.  Onun qərb hissəsində qotik kilsə, Müqəddəs Katajina və Paulin Ataları kilsəsi var. Polşanın ən qədim etnoqrafiya muzeyi  Kazimejin Bazar meydanında yerləşir.

Şəhərin şərq hissəsində keçmiş yəhudi rayonu yerləşir.  Burada 7 sinaqoq, İudaizm Muzeyi, XVI əsrin yəhudi qəbiristanlığı var.  Vislanin o biri sahilində Podquje rayonunda yəhudi gettosunun yerində İkinci Dünya müharibəsindən qalma “Qartalın altında Aptek” və “Şindlerin Muzeyi” var. Kazimej və Podqujedə Stiven Spilbergin məşhur  “Şindlerin Siyahısı” filminin səhnələri çəkilib. Axşam asudə vaxt. Arzu edənlər üçün Kazimej restoranında Şam yeməyi və yəhudi musiqi konserti (seçənəkli).

7-ci gün   Şənbə günü

Səhər yeməyi.  Asudə vaxt. Zakopaneyə avtobusla ekskursiya. Zakopane – Polşanın cənubunda Tatra dağlarının ətəyində yerləşən  balaca şəhərdir. Polşanın məşhur kurortlarından biri yay vaxtı dağda gəzintini sevənləri cəlb edir  (ən məşhur zirvələr — Svinis, Qevont), qışda isə ən məşhur dağ xizək kurortu xizəkçilər və snoubordçuların mərkəzinə çevrilir.

Zakopane öz təkraredilməz folkloru, memarlığı, təbiəti və milli mətbəxi ilə maraqlıdır. Ekskursiya vaxtı  şəhərin  ən əhəmiyyətli  görməli  yerlərinə baş çəkmək təklif edilir (şəhərin ürəyi – Krupuvka küçəsi, Kşeptovkaxda kilsə, Qubaluvka dağından şəhərin panoraması, Velka Krokev tramplini).

Osvensimə (seçənəkli) avtobusda  ekskursiya.  Krakovdan qərbdə, 60 kilometr aralıqda kiçik Osvensim şəhəri yerləşir. Burada 1940-cı ildə alman həbs düşərgə (konslager) kompleksi yaradılmışdır. Osvensim   Hitlerin  ən böyük  həbs düşərgəsi olub;  orada, İkinci Dünya müharibəsi dövründə 1,5 milyondan çox dustaq saxlanılıb. Osvensim UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilib.  Bura  bəşəriyyətə  qarşı edilmiş cinayət haqqında xatirə kimi  toxunulmaz olaraq saxlanılıb.

Muzeyə krematorilərin xarabalıqları,  qaz kameraları, dəmiryolu platforması və keçmiş həbs düşərgəsinin başqa obyektləri daxildir.

8-ci gün  Bazar günü

Səhər yeməyi. Krakov hava limanına qrup şəklində transfer. Moskvaya uçuş  (“Aeroflot” a/k-ı SU 2005 reysi).

Proqramın qiyməti – adambaşı 350 AZN-dən başlayaraq.

Qiymətə daxildir:

mehmanxanada yerləşmə (Krakovda 7 gecə);

qidalanma – səhər yeməkləri;

proqram üzrə qrup transferləri;

Hədiyyə! “Krakov suveniri” – Krakovda əyləncəli gəzinti.