Inar Travel

Krakov və Varşava

Əhali 38483957 nəfər

Sahə 312679 km2

Rəsmi dil polyak

Turun qiyməti 550

Krakov və Varşava Elmi multimedia “Kopernik mərkəzinə” qrup ekskursiyası. Bu mərkəz Polşada və Şərqi Avropada ən böyük elmi mərkəzlərdən biridir. Vislanın sahilində yerləşən böyük mərkəzdə istənilən şəxsin özünün fiziki və kimyəvi təcrübələr keçirə biləcəyi, təbiət hadisələrinə müdaxilə edə biləcəyi və innovativ kəşflərlə tanış ola biləcəyi unikal eksponatlar mövcuddur. Mərkəzin ziyarətçiləri özləri beş ballıq zəlzələni hiss edə, adətən dağsiçanlarının qaçdığı böyük təkərdə qaça, ildırım çaxdıra və ya insanların deyil, robotların rol oynadığı tamaşalara baxa bilərlər.

Varşava
Varşava
Krakov

1-ci gün

Bazar günü Varşavaya çatma. Otelə müstəqil yerləşmə. Sərbəst vaxt.

17:00 Elmi multimedia “Kopernik mərkəzinə” qrup ekskursiyası. Bu mərkəz Polşada və Şərqi Avropada ən böyük elmi mərkəzlərdən biridir. Vislanın sahilində yerləşən böyük mərkəzdə istənilən şəxsin özünün fiziki və kimyəvi təcrübələr keçirə biləcəyi, təbiət hadisələrinə müdaxilə edə biləcəyi və innovativ kəşflərlə tanış ola biləcəyi unikal eksponatlar mövcuddur.

Mərkəzin ziyarətçiləri özləri beş ballıq zəlzələni hiss edə, adətən dağ siçanlarının qaçdığı böyük təkərdə qaça, ildırım çaxdıra və ya insanların deyil, robotların rol oynadığı tamaşalara baxa bilərlər. Müddət: təxminən 2 saat. Asudə vaxt. Oteldə gecələmə.

2-ci gün

Bazar ertəsi. Oteldə səhər yeməyi.

Varşavada qrup şəklində piyada ekskursiya. Kral Siqizmunq III Vazanın sütunu yerləşən qalaçalı meydan, XV əsrdə tikilmiş qotik Müqəddəs Yan kilsəsi. Kilsənin altında mazovek knyazlarının sərdabələri və bir çox məşhur polşalıların məzarları yerləşir. Yayda kilsədə Beynəlxalq Orqan musiqisi festivalı çərçivəsində konsertlər keçirilir. Bazar meydanı, Varşavada ən qədim Müqəddəs Məryəm kostyolu, Əzəmətli Kral qalası.

Asudə vaxt. “Kiçik Versal” adlanan Vilyanuv sarayına fakültativ ekskursiya (böyüklər üçün – 55 avro, 12 yaşına qədər uşaqlar üçün – 50 avro). Vilyanuv kral III Yan Sobeskinin xanımına doğma Fransanı xatırlatmalı idi. Sarayın içində möhtəşəm bəzədilmiş otaqlar, unikal mebel kolleksiyası, rəsm və heykəltəraşlıq əsərləri və cəngavər zirehləri var. Oteldə gecələmə.

3-cü gün

Çərşənbə axşamı. Oteldə səhər yeməyi. Qrup şəklində Varşava şəhər vağzalına transfer. Varşava-Krakov qatarı ilə gediş. Oteldə yerləşmə. Qrup şəklinə Krakov dəmir yolu vağzalından otelə transfer.

Qədim şəhər Krakov və Vavel kral qalasına qısa ekskursiya. Krakov əsl Polşa məişətini özündə qoruyub, saxlayıb. Bu şəhərdə hər addımda Polşa tarixinin hadisələrinə rast gəlmək olar. Vaveldə Kral qalası, Polşa krallarının tacqoyma mərasiminin keçirildiyi kilsə, Sukeniça ticarət sıraları; Avropanın ən qədim və ən prestijli təhsil müəssisələrindən biri olan Yaqellon universitetinə, o cümlədən Mariaçki kostyoluna baxış. Akvaparka müstəqil gediş (adambaşı 10 avro). Təəssürat və adrenalin dənizi! 768 metr hündürlükdən aşağı düşən sürüşkənlər və “trubalar”.

Alpinist divarları: qayaya dırmanma sevənləri artıq divardan düz suya yıxıla, və bunu yenidən dənəyə bilər. Hidromassaj –  əzələ və oynaqlar üçün əsl balzamdər. “Cır çay” –  yəqin ki, məhz o, sizi cəlb edəcək. Cakuzi – köpüklü masaj səadəti və orijinal anti-stress terapiyası. Uşaqlar üçün hovuz: qala, isti sulu fəvvarə və əsl nağıllar dünyası. Asudə vaxt. Oteldə gecələmə.

4-cü gün.

Çərşənbə. Oteldə səhər yeməyi. Zakopaneyə fakültativ ekskursiya (adambaşı 75 avro. Qiymətə daxildir: transfer, bütün ekskursiya boyu lisenziyalı rusdilli bələdçi, giriş biletləri). 9-10 saat davam edir. Zakopane Polşanın ən hündür dağ şəhəridir (dəniz səviyyəsindən 750-1100 metr hündürlükdə), Tatra və Qubaluvki dağları arasındakı qobuda yerləşir.

Zakopane nəinki buz trassları ilə, həmçinin qural folkloru və gözəl taxtadan düzəldilmiş memarlıq inciləri ilə də məşhurdur. Kirayə buzda sürüşmə alətlərinin böyük seçimi sizin xidmətinizə təqdim ediləcək. Şəhərin düz ürəyində qarşınızda doyunca və dadlı yemək yeyə biləcəyiniz, o cümlədən xizəkdə sürüşə biləcəyiniz (Şimaşkova kompleksi) gözəl restoranların qapısı açılacaq. Krakova qayıdış.

5-ci gün

Cümə axşamı. Oteldə səhər yeməyi. Oyçova gediş (adam başı 50 avro, qiymətə daxildir: transfer, lisenziyalı rusdilli bələdçi, giriş biletləri). Davam etmə müddəti 3-4 saat. “Qartal yuvası” qalasına baxış, milli qoruğun ərazisində mənzərəli qayalıq, o cümlədən Oyçov qalasına gediş. Orta əsrlərə aid interyer əşyalarından ibarət ən yaxşı ekspozisiyalardan biri. Arzu edənlər restoranda nahar edib, təzə foreldən hazırlanmış yemək yeyə və qjaneç içə bilərlər (içkilər istisna olmaqla, nahar qiymətə daxildir).

Veliçkaya ekskursiya proqramı (böyüklər üçün – 35 avro, 12 yaşına qədər uşaqlar üçün – 30 avro). Duz mədənlərinə səyahət. Bura dərinliyi 320 metr, uzunluğu 4 kilometr və eni 1 kilometr olan böyük, yeddi mərtəbəli şəhərdir. Mədənə ekskursiya 2,5 saat çəkir və heykəllərlə bəzədilmiş ərazidən, qalereya və çayları olan böyük zallardan keçir. Burada siz krallıq xəzinəsinin əsas mənbəyi olan duzun necə əldə edildiyini kəşf edəcəksiniz. Oteldə gecələmə.

6-cı gün

Cümə. Oteldə səhər yeməyi. Otaqların boşaldılması. Oteldən qrup şəklində Krakov dəmiryol vağzalına transfer. Krakov-Varşava qatarı ilə gediş. Qrup şəklində dəmiryol vağzalına və ya Varşava hava limanına transfer. Evə qayıtma.

Proqramın qiyməti- iki nəfərlik yerləşdirmə ilə adambaşı 550 AZN-dən başlayaraq.

Qiymətə daxildir:

  • 2*,3*,4*,5* otellərdə yerləşmə
  • Proqram üzrə nəqliyyat xidmətləri
  • “Intercity” elektroqatarında Varşava-Krakov-Varşavaya istiqamətində səyahət biletləri
  • “Hər şey daxil” sistemi üzrə qidalanma
  • Geniş ekskursiyalar
  • Varşavada “Kopernik mərkəzinə” gediş
  • Bütün marşrut boyunca bələdçi-rəhbərin müşayiəti.

Əlavə olaraq aviauçuş və viza üçün ödəniş edilir.