Inar Travel

Küveyt

Əhali 4044500 nəfər

Sahə 17820 km2

Rəsmi dil ərəb

Turun qiyməti xxx

Küveyt Turistlər ərəb dünyasının bütün turistik ölkələrini gəzdikdən sonra daha az məşhur olan ölkələrə diqqət yetirməyə başlayır. Küveytdə dincəlməyi elə bu halda seçirlər. Bu siyasi vəziyyəti sabit olan ölkə dincəlmək üçün çox münasib yerdi. Qonşu ölkələrdəki kimi, burada turistlər möhtəşəm məscidləri, qədim və çox da qədim olmayan hökmdar saray və qəsrlərini ziyarət edib, əsl ərəb bazarlarını gəzib yerli Küveyt sakinlərinin həyatını görə bilərlər.

Küveyt
Küveyt

Turistlər ərəb dünyasının bütün turistik ölkələrini gəzdikdən sonra daha az məşhur olan ölkələrə diqqət yetirməyə başlayır. Küveytdə dincəlməyi elə bu halda seçirlər. Bu siyasi vəziyyəti sabit olan ölkə dincəlmək üçün çox münasib yerdi. Qonşu ölkələrdəki kimi, burada turistlər möhtəşəm məscidləri, qədim və çox da qədim olmayan hökmdar saray və qəsrlərini ziyarət edib, əsl ərəb bazarlarını gəzib yerli Küveyt sakinlərinin həyatını görə bilərlər. Təcrübəli turistləri Küveytdəki istirahət öz qeyri-turist abu-havası ilə cəlb edir .Burada yerli sakinlər gələn qonaqlara şou göstərmədənsə, öz fani həyatlarını yaşayırlar. Səyyahlar istirahət zamanı təşkil edilmiş ekskursiyalarda verilən məlumatlardan çox Küveytlilərin adi həyat tərzini müşahidə edərək, dünyanın bu gözəl guşəsi haqda daha ətraflı informasiya əldə edirlər. Lakin Küveyti kütləvi turizm üçün çox da maraqlı ölkə kimi hesab etmək olmaz. Burada maraqlı ekskursiyalar və mənzərəli yerlər az olduğundan, ölkəyə turları əsl səyahət sevənlərə təklif etmək olar. Eyni zamanda, Küveytə perspektiv istiqamət kimi baxmaq olar. Burada  görkəmli çimərliklərlə bərabər sualtı üzgüçülük üçün əla şərait yaradılıb; otellərə gəldikdə isə, rəylərə görə, xidmət və keyfiyyət səviyyəsinə görə onlar Avropa kurortlarının hotellərindən daha üstündür.

Turların qiyməti mövsümdən asılı olaraq fərdi şəkildə hesablanır.