Inar Travel

Latviya

Əhali 1997500 nəfər

Sahə 64589 km2

Rəsmi dil latış

Turun qiyməti 220

Latviya Köhnə şəhər olan Riqa üzrə səyahət- Ratuş meydanı, Qarabaşlılar Sarayı, Konvent küçəsi, qala divarları, Müqəddəs Pyotr kilsəsì və Dom kilsəsi. Azadlıq heykəli, bulvar çarxı və parklar şəhərin mərkəzi sayılır. Asudə vaxtdan səmərəli istifadə edərək Köhnə şəhərin dar küçələri boyunca gəzişmək, Riqa kafelərində məşhur balzamlı qəhvə və şokoladın dadına baxmağa məsləhət görürük. Nahardan sonra əlavə ödəniş əsasında Zemqale Sarayına ekskursiya mümkündür.

Riqa
Yurmala

1-ci gün (Çərşənbə)

Moskvada Riqa vağzalından Riqaya yola düşmə.

2-ci gün (Cümə axşamı)

Riqaya çatma. Dəmiryol vağzalında baş qatarın yanında şirkət nümayəndəsi tərəfindən qarşılama. Oteldə nömrələr boşaldıqca yerləşmə. Köhnə şəhər olan Riqa üzrə səyahət- Ratuş meydanı, Qarabaşlılar Sarayı, Konvent küçəsi, qala divarları, Müqəddəs Pyotr kilsəsì və Dom kilsəsi. Azadlıq heykəli, bulvar çarxı və parklar şəhərin mərkəzi sayılır. Asudə vaxtdan səmərəli istifadə edərək Köhnə şəhərin dar küçələri boyunca gəzişmək, Riqa kafelərində məşhur balzamlı qəhvə və şokoladın dadına baxmağa məsləhət görürük. Nahardan sonra əlavə ödəniş əsasında Zemqale Sarayına ekskursiya mümkündür. Asudə vaxt. Oteldə gecələmə.

3-cü gün (Cümə)

Səhər yeməyi. Riqada azad gün. Riqanın ən maraqlı muzeylərinə ziyarət etməyinizi məsləhət görürük: Riqa tarix muzeyi, Yugendstil, Etnoqrafik və digər muzeylər.
Axşam yüzillik tarixi olan “Darling” və nisbətən cavan olan “Maria” və “Rebeka” gəmiləri sizi şəhər kanalı və Dauqava çayı boyunca, park və köhnə şəhərin mənzərəsinə seyr edərək gəzintiyə dəvət edirlər. Mehmanxanada gecələmə.

4-cü gün (Şənbə)

Səhər yeməyi. Riqada azad gün. Əlavə ödəniş əsasında Latviyanın ən gözəl şəhərlərindən biri olan Siquldaya ekskursiya mümkündür. Asudə vaxt. Mehmanxanada gecələmə.

5-ci gün (Bazar günü)

Səhər yeməyi. 12:00 qədər nömrələrin boşaldılması. Riqada azad gün. Əlavə ödəniş əsasında Yurmalaya ekskursiya mümkündür. Yola düşmə.

Proqramın qiyməti (aviauçuş və viza rüsumu xaric) – ikinəfərlik yerləşmə ilə adambaşı 220 AZN-dən başlayaraq.