Benilüksun turist mərkəzlərinin biri balaca Lyej şəhəridir. Belçikanın mədəniyyət və iqtisadiyyat mərkəzi olduğu üçün bu balaca şəhər səyyahların marağına səbəb olur.
Qeyd etmək lazımdır ki, Belçika turlarına endirimlərin çox olduğuna görə, bu ölkədə istirahəti hər istəyən əldə edə bilər. Bundan əlavə onu da demək lazımdır ki, bura hər fəsildə istirahət üçün çox əlverişlidir.
Lyej tarixçəsi VIII əsrdən başlayan bir qədim şəhərdir. Mövcud olduğu zaman ərzində bir neçə dəfə yanğınlara məruz qalmasına baxmayaraq, şəhər hər dəfə bərpa olunmuşdur. Bunlara baxmayaraq, şəhərdə çox sayda muzey və heyrətamiz memarlıq abidələri qorunub saxlanılmışdr. Lyej şəhərinin mərkəzində hər növ nəqliyyat vasitələrinin girişi qadağan olunmuş piyada sahəsi yerləşir. Bu sahə 3 km-dən çox uzunluğa malik olaraq, Avropanın ən uzun piyada sahələrindən biri hesab olunur. Şəhərin bir çox diqqətəlayiq obyekti vardır. Onlardan ən məşhuru yepiskop knyazlarının sarayıdır. XI əsrdə inşa olunmasına baxmayaraq, sara müasir görüşünü XVI əsrdə əldə edib.
Özü özlüyündə maraqlı abidə olan bu saray özündə iki üslubu birləşdirir: zahirən qotika, daxilən isə renessans üslubları. Bu üslubların sintezi sarayı qeyri-adi və təkrarolunmaz edir. Hər ürəyi istəyən bu sarayı ziyarət edə bilər, çünki ən ucuz turlarda belə bu ziyarət səfər proqramına daxildir.
Şəhərin bazar meydanında məşhur Perron fəvvarəsi yerləşir. O, Lyej şəhərinin vizit kartı hesab olunur və daim ətrafında çox sayda turist və şəhər sakini toplayır. Bu fəvvarə bir növ azadlıq rəmzidir. 1967-ci ildə yenidənqurma yaşamış bu fəvvarə hal-hazırda dünyanın ən gözəl fəvvarələri siyahısında ilk yerlərdən birindədir. Sahəni gözəlləşdirən abidələrdən biri də şəhər meydanıdır.
Uzun müddət Lyej şəhəri yepiskopun iqamətgahı olduğu səbəbindən şəhərdə çox sayda kilsə var. Onlardan ən qədimi və məşhuru roman üslubunda inşa edilmiş Sen-Bartelemi kilsəsidir. Sen-Jan kilsəsində turistlər məşhur Delakurun əl işi olan Madonna heykəlini görə bilərsiniz. Populyar kilsələrin sırasına qotik üslubda tikilən və maraqlı interyerə malik olan Müqəddəs Yakob kilsəsi də aiddir.
Şəhər bir sıra biri birindən maraqlı olan muzeylərə sahibidir. Onlardan ən çox ziyarət olunan Vallon həyatı muzeyi və Vallon incəsənəti muzeyidir. Burada XVI-XX əsrlərə aid incəsənət nümunələri təqdim olunmuşdur. Məşhur muzeylərdən biri İctimai nəqliyyat vasitələri muzeyidir. Muzeydə Lyej şəhərinin və ümumiyyətlə Belçikanın tarixi boyunca istifadə olunan nəqliyyat vasitələrinin nümunələri sərgilənib.
Belçikada istirahət sizə xoş sürprizlər gətirəcək və maraqlı və qeyri-adi keçəcəkdir! Və Birləşmiş Ərəb Əmirliklərinə səyahətin bu günümüzdə daha populyar olmasına baxmayaraq, az pul xərcləyərək Belçikada da çox gözəl istirahət etmək olar. Bu ölkəyə bir dəfə səfər edən hər kəs, buraya yenindən geri dönmək istəyir.