Inar Travel

Lissabon

Əhali 10427301 nəfər

Sahə 92212 km2

Rəsmi dil portuqal

Turun qiyməti 550

Lissabon Lissabonda 4 saatlıq ekskursiya: VII Eduard Parkı, Kafedral kilsə, Müqəddəs Georqun qəsri, Alfama məhəlləsi, Rossio və Kommersiya meydanları. Prezident iqamətgahının və İlk Kəşf Edənlər abidəsinin yerləşdiyi Belen rayonuna, Belen qəsrinə və Jeronimuş monastırına səfər.

Lissabon
Lissabon
Lissabon

Şənbə günü:  Lissabona çatma, otelə transfer, oteldə yerləşmə, Lissabonda sərbəst gün. Günorta saat 12:00-dan Lissabonda 4 saatlıq ekskursiya: VII Eduard Parkı, Kafedral kilsə, Müqəddəs Georqun qəsri, Alfama məhəlləsi, Rossio və Kommersiya meydanları. Prezident iqamətgahının və İlk Kəşf Edənlər abidəsinin yerləşdiyi Belen rayonuna, Belen qəsrinə və Jeronimuş monastırına səfər. Ekskursiyadan sonra ticarət mərkəzlərinə alış veriş və okeanariuma baş çəkmək üçün asudə vaxt.

Bazar günü: səhər yeməyi. Gününüzü Evora şəhərini kəşf etməklə keçirin; bu, əsl tarix və ənənələr koleydoskopudur. Siz Lissabonu tərk edib, Teja çayını iki yerə bölən körpüdən keçərək, səyahətinizi UNESCO-nun Ümumdünya irs siyahısına daxil Evora şəhər-muzeyinə zeytun və palıd ağacları və üzümlüklərdən ibarət çox gözəl kənd mənzərələrini seyr edərək çatacaqsınız. Ağardılmış evlər noyunca keçən ensiz küçələri piyada gəzərək, siz ən mühüm tarixi abidələrə –  Roma məbədi, Kafedral kilsə və “Sümüklər üstə” kapellası ilə Müqəddəs Fransisk kilsəsinə – baş çəkəcəksiniz. Naharı tipik restoranda yemək və yerli şərablarla edəcəksiniz. Lissabona dönüş. Asudə vaxt.

Bazar ertəsi: səhər yeməyi. Kuimbraya (180 km) yola düşmə, yol boyu orta əsr şəhər qalası Obiduşa və balıqçılar qəsəbəsi Nazareyə baş çəkəcəksiniz. Tipik balıq restoranında məşhur şərabla nahar. Alkobas, Batalya və bütün katolik zəvvarların ziyarət yeri Fatimaya baş çəkmə. Kuimbraya gəlmə və otelə yerləşmə. Asudə vaxt.

Çərşənbə axşamı: səhər yeməyi. Kuimbra üzrə ekskursiya. Universitet, kitabxanaya, Santa Kruj kilsəsi və “Miniatür Portuqaliya” parkına səfər. Həmin ərazidə istehsal olunmuş xüsusi ağ şampan şərabı ilə süfrəyə verilən südlü donuz əti ilə  məşhur Melyadada nahar. Bussako saray və parkına və Luzu kurortuna səfər. Portuya(120 km) yola düşmə, çatma, oteldə yerləşmə. Asudə vaxt.

Çərşənbə günü: səhər yeməyi. Qədim Portu şəhərinə piyada ekskursiya: kafedral kilsə və Müqəddəs Fransisk kilsəsinə səfər. Dora çayı boyu su səyahəti. Oteldə Dora çayı vadisində hazırlanmış quru şərabla nahar. Nahardan sonra şəhərdə asudə vaxt.

Cümə axşamı: səhər yeməyi. Braqa şəhərinə, Bom Jezuş kilsəsinə və Kafedral baş kilsəsinə, Hemorayeş şəhərinə şəhər qəsri və Müqəddəs Migel kilsəsinə ekskursiya. Portuya geri qayıtma. Himaraişdə nahar. Portuya qayıtma və şərab anbarında portveyin dequstasiyası.

Cümə günü: səhər yeməyi. Portudan Lissabona yola düşmə, yol üstündə 1159-cü ildən tampliyerlərin iqamətgahı Tomara və monastıra baş çəkmə. Tomarda ənənəvi restoranda nahar. Lissabonda hava limanına transfer. Lissabondan uçuş (və ya proqramın davamı olaraq Lissabon Rivyerasında, Alqarve və ya Madeyra adasında istirahət).

Qiymətə daxildir: Marşrut turu boyu  dörd ulduzlu otellərdə yerləşmə, nəqliyyat xidmətləri və bələdçinin müşayiəti. Seçimə uyğun qidalanma ( səhər yeməyi və ya səhər və axşam yeməkləri).

NÖVBƏTİ MUZEYLƏRƏ GİRİŞ BİLETLƏRİ SƏYAHƏT QİYMƏTİNƏ DAXİLDİR:

Batalya kilsəsi

Alkobasa kilsəsi

Kuimbra və Portoda Kafedral baş kilsələr

Kuimbra Universiteti

Kuimbrada Santa Kruj kilsəsi

Braqada Kafedral kilsə və Bon Jezuş kilsəsi

Himarayeş şəhərində qəsr

Himarayeşdə Müqəddəs Migel kilsəsi

Portoda şərab dequstasiyası

Diana qəsri; Universitet; Müqəddəs Fransisk kilsəsi; Müqəddəs Braj kilsəsi

NÖVBƏTİ OBYEKTLƏRƏ GİRİŞ BİLETLƏRİ ƏLAVƏ OLARAQ ÖDƏNİLMƏLİDİR (ADAMBAŞI):

Lissabon »» Müqəddəs Georq kilsəsi – 7,5 € ; Okeanarium – 13 €

Evora »» Kafedral kilsə – 1,50 € ; Loiş kilsəsi – 3 €; “Sümüklər üstə” kilsə – 2 €

Kuimbra yolunda »»  Alkobasa monastırı – 6 €; Batalya monastırı – 6 €

Kuimbra »» kitabxana –  7 €; Miniatürdə Portuqaliya – 8,95€

Portu »» Müqəddəs Fransisk kilsəsi – 5 €; Dora çayı boyunca su səyahəti – 10 €

Tomar »» Monastır – 7 €

Bussaku»» Saray və Park – yayda 30 € (bütün qrup üçün), qışda isə pulsuz.

Proqramın qiyməti – adambaşı 550 AZN-dən başlayaraq.