Inar Travel

Litva

Əhali 2904391 nəfər

Sahə 65300 km2

Rəsmi dil litva

Turun qiyməti 550

Vilnüs
Vilnüs

Səfərin 1-ci günü:

Moskva/Belorussiya vağzalından Vilnüsə yola düşmə.

Səfərin 2-ci günü:

Vilnüsə çatma. Dəmiryolu stansiyasında və ya avtobus vağzalında şirkət nümayəndələri ilə görüş. Köhnə şəhər kafesində səhər yeməyi. Şaulaya yola düşmə (təxm. 200km). Bu yerin yanında Litvanın müqəddəs ziyarətgahı sayılan Xaç dağları var. O, Kalininqrad-Riqa yolunun üstündə Şaulay şəhərinin 12 km-də yerləşir. Üzərində təxminən əlli min xaç qoyulan təpənin xaricdən məzarlığa oxşamasına baxmayaraq, bu elə deyil. Yerli inanca görə, Xaç dağlarında xaç qoyan adama uğur gələcək. Nahar. Dəyirmana səfər. Burada ev sahibəsi – dəyirmançı milli geyimdə çörəyin bişmə prosesindən danışacaq və göstərəcək, həmçinin qonaqları çovdardan və buğda unundan hazırlanmış təzə çörək ilə qonaq edəcək. Küləklə işləyən dəyirmanla tanışlıq. Palanqaya getmə (təxm.195km). Mehmanxanada yerləşmə. Asudə vaxt. Palanqa mehmanxanasında gecələmə.

Səfərin 3-cü günü.

Palanqa ilə tanışlıq. Palanqa sahilboyu 24 km ərazidə yerləşir. Palanqa – həm passiv, həm aktiv istirahət edənlər üçün əla istirahət yeridir. Qum çimərliklər, malikanəsi olan köhnə park, velosiped yürüşləri, mədəni-əyləncəli tədbirlər hər il buraya turist axınını cəlb edir.
Kəhrəba Muzeyi. Asudə vaxt. Öz plyajları və qum təpəcikləri ilə məşhur olan Baltik dənizkənarı boyunca gəzinti. “HBH” əyləncə mərkəzində şam yeməyi. Bu mərkəzin milli mətbəxli restoranları və “İozas alus” adlı pivəbişirmə yeri, mehmanxanası, kempinqi, heykəltəraşlıq parkı, hamamı, at tövləsi və quşxanası, suvenir mağazaları, basketbol, voleybol, futbol və peyntbol ilə məşğul olmaq üçün müxtəlif idman meydançaları var. Palanqa mehmanxanasında gecələmə.

Səfərin 4-cü günü.

Səhər yeməyi. Klaypedaya yola düşmə (30km). Klaypeda (188,8 min sakinli şəhər) – Baltik dənizində, şimal qitəsinin donmayan limanı və Litvanın yeganə liman şəhəridir. Klaypeda qədim vaxtlardan mühüm ticarət mərkəzi olmuşdur: hələ XIII əsrdə buraya şimaldan (Baltik dənizi sahilləri) və Qərbi Avropadan tacirlər gələrdi. Klaypedaya ekskursiya. Köhnə şəhər. Kurş körfəzindən bərəyə keçid. Kurş qum səhrasına ekskursiya. Kurş qum səhrası – bu Avropanın ən mərkəzində taleyin və insanların qoruyub saxladığı unikal, özünməxsus bir yerdir. 1961-ci ildə Kurş qum səhrasının Litvaya düşən hissəsində şəhər salınmış və xəritədə Nerinqa adlandırılan məskən yaranmışdır. Nerinqa – Baltik dənizi regionunda ən gözəl kurort şəhəridir. 2000-ci ildə Kurş qum səhrası mədəni landşaft obyekti kimi UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmişdir. Etnoqrafik “Balıqçı evi” muzeyinə səfər. “Nida”da nahar.
Palanqaya dönüş. Palanqa mehmanxanasında gecələmə.

Səfərin 5-ci günü:

Səhər yeməyi. Palanqadan Kaunasa yola düşmə (təxm. 230km). Nyamunas və Neris çaylarının qovşağında yerləşən və Litvanın böyüklüyünə görə ikinci şəhəri olan Kaunasa ekskursiya. Vilnüsdən 100 km aralıqda yerləşən Kaunas çox qədimi, əsası 1362-ci ildə qoyulmuş Litvanın ikinci paytaxt şəhəridir. Çyurlyonis muzeyi. İblislər Muzeyi. ”Bernyalyu ujeyqa” restoranında nahar. Asudə vaxt.
Vilnüsə yola düşmə. Mehmanxanada yerləşmə. Vilnüsdə mehmanxanada gecələmə.

Səfərin 6-cı günü:

Səhər yeməyi. Müqəddəs Həvarilər Pyotr və Pavl kilsəsinə – XVII əsrin memarlıq abidəsinə səfər. Bu, Litvanın barokko üslubunda salınan ən görkəmli arxitektura abidəsidir və buna görə də onu çox vaxt “barokko mirvarisi” adlandırırlar. Üç gölün arasında yerləşən Trakay (30km) şəhəri – Litvanın qədim paytaxtına səfər. Trakayda ekskursiya. Şəhərin ən görməli yeri – Qalve gölünün ortasındakı adada yerləşən məşhur Trakay qəsri. Qeyd etmək lazımdır ki, bu, Şərqi Avropada yeganə ada üzərində olan qəsrdir. Trakay qəsri*- orta əsrlərə məxsus Litvanın ən böyük müdafiə tikilisidir. Onun sahəsi 1,8 hektara bərabərdir. Tikilinin mərkəzində müdafiə qülləli möhkəm qala divarları ilə əhatələnmiş knyazlıq sarayı yerləşir. Suvenirlərin alışı. Restoranda karaim mətbəxi. Karaim menyusunda məşhur xörək kibinay sayılır. Kibinay – undan aypara şəklində kəsilmiş, içərisində bol soğanlı və ədviyyatlı ət tikələri olan pirojkidir. Bu qədimi populyar yemək üçün Litva Böyük knyaz Vitautasa minnətdar olmalıdır. Məhz o, 600 il öncə Litvaya karaimləri gətirmiş, onlar isə öz növbələrində “kubinay” yeməyini ortaya çıxarmışlar. Qəribəsi odur ki, Litvada iki-üç mindən az karaimlər yaşamış, lakin onların “kibinay”ı sülhcəsinə bütün ölkəni fəth etmişdir. Vilnüsə qayıdış.

Vilnüsdə ekskursiya: Kafedral meydanı- şəhərlilərin sevimli görüş yeri, Qediminas adibəsi. Burada şəhərin yaranmasıyla əlaqədar sizə əfsanələr danışacaq, Şərqi Avropanın ən qədimi universitetlərindən birini göstərəcəyik. Burada siz unikal qotik üslubda tikilən Müqəddəs Anna və Bernardinlilər kilsəsini görəcək, şəhərin qədimi döngələrindən keçəcək, Avropa məhəllələrində gəzəcək, I Pyotrun A.S.Puşkinin ulu babasını xaç suyuna saldığı çox qədimi Cümə kilsəsini görəcəksiniz. Buradan Ratuşa (bələdiyyə) meydanına çıxacaqsınız. Vilnüsü XVI əsrdə mühafizə edən qala divarlarına məxsus və bu günə qədər qalan yeganə Müqəddəs Darvazadan keçəcəksiniz. Bütün xristian dünyasında ehtiramla yad edilən Müqəddəs Məryəmin ikonası daşla hörülmüş kiçik kilsədə saxlanılır.
Asudə vaxt. Vilnüs mehmanxanasında gecələmə.

Səfərin 7-ci günü:

Mehmanxanada səhər yeməyi. Otaqların azad edilməsi. Asudə vaxt.

Vilnüs muzeylərinə baxmağınızı (Litva milli muzeyi, Litva incəsənət muzeyi, məşhur Litva knyazları Qəsri, Vilnüs dövlət Qaona yəhudi muzeyi, Aleksandr Puşkinin ədəbiyyat muzeyi, soyqırımı qurbanları muzeyi) və alış-veriş etməyinizi məsləhət görürük. Vağzala (“Panorama” otelində qalanlara dəmir yolu stansiyasına və avtobus vağzalına transfer qiymətə daxil deyil) və ya hava limanına transfer. Moskvaya yola düşmə.

Səfərin 8-ci günü:

Moskvaya, Belorussiya vağzalına çatma.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşına 550AZN-dən başlayaraq (aviauçuş və viza rüsumu xaric).