Inar Travel

Lion

Əhali 66616416 nəfər

Sahə 640679 km2

Rəsmi dil fransız

Turun qiyməti xxx

Lion Lion – ezoterika və masonluğun paytaxtı, artıq Mərakeş, Havana və Sankt-Peterburq kimi şəhərlərin mənimsədiyi ideal gecə işıqlandırması modeli olan şəhər. Ölkənin kommersiya, sənaye və iqtisadi mərkəzi olan bu şəhər düz 500 ildir ki çiçəklənməyə davam edir. Elə buna görə də Lion və onun iki milyon əhalisi ölkədə aqlomerasiyasına görə böyüklükdə ikinci yeri tutur.

Lion
Lion

Lion – ezoterika və masonluğun paytaxtı, artıq Mərakeş, Havana və Sankt-Peterburq kimi şəhərlərin mənimsədiyi ideal gecə işıqlandırması modeli olan şəhər. Ölkənin kommersiya, sənaye və iqtisadi mərkəzi olan bu şəhər düz 500 ildir ki çiçəklənməyə davam edir. Elə buna görə də Lion və onun iki milyon əhalisi ölkədə aqlomerasiyasına görə böyüklükdə ikinci yeri tutur.

Lion- tanınmış rəssamlıq muzeyləri, coşqun mədəni həyatı, şən və alkoqollu klublar şəhəridir. İnkişaf etmiş universitetləri və fantastik alış-verişdən danışmaq belə artıqdır. Yaşıl parklar, gözəl dəniz kənarı və şəhərin tarixi mərkəzi Lionun UNESCO siyahısında yer alan əsl sərvətidir. Nəhayət, Lionda hətta ən avantürist qurmanlar belə bütün cəsur qastronomik fantaziyalarını şəhərin dəbdəbəli, pikant və avanqard restoranlarında həyata keçirə bilərlər.

Mərkəzdən 25 kilometr şərqdə yerləşən Lion Beynəlxalq Hava Limanı Avropanın bütün böyük şəhərlərindən (Rusiya istisna olmaqla) reyslər qəbul edir. Ən yaxşısı Moskva, Peterburq və digər böyük şəhərlərdən Parisə uçub, oradan daxili aviareys və ya qatarla Liona yollanmaqdır.

Şəhərin iki əsas vağzalı var: Gare de la Part-Dieu (və ya sadəcə Part-Dieu) Ronadan 1,5 kilometr şərqdə yerləşir və uzun məsafə qət edən qatarları qəbul edir. Gare de Perrache (və ya sadəcə Perrache) vağzalında eyni periodlu və yerli elektriçkalar və qatarlar dayanır. Ən az qatarlar adətən Gare St-Paul vağzalında dayanır. Bu vağzal Lionun qədim mərkəzində yerləşir. Biletləri hər üç stansiyadan və şəhərin mərkəzindən, SNCF Boutique (2 place Bellecour, 2;9-18:45 bazar ertəsi-cümə, 10-18:30 şənbə) ofisindən almaq olar.

Liona həmçinin sürətli THV qatarı ilə, Paris Lion vağzalından (60-80 avro, 2 saat, hər 30-60 dəqiqədən bir gediş), Lilldən (70-80 avro, 3 saat 15 dəqiqə yol), Nantdan (70 avro, 4 saat 15 dəqiqə), Bonndan (20-25 avro, 2 saat 15 dəqiqə), Dijondan 920-30 avro, 2 saat 45 dəqiqə) və Strasburqdan (45-50 avro, 5 saat 15 dəqiqə) getmək olar.

Şəhərdə həmçinin bütün Fransadan avtobus reyslərini qəbul edən Eurolines, İntercars və Linebus (daha çox İspaniyadan) kimi avtovağzallar da var.

Qədim şəhər – Lion şəhərinin tarixi hissəsi Sona çayının sahili boyunca yerləşir.

Preskil (Presquile) – şəhərin mərkəzində, Rona və Sona çaylarının birləşdiyi yerdə yerləşən yarımadadır. Burada icra hakimiyyəti, Belkur meydanı (place Bellecour), butiklərlə dolu küçələr, bir çox restoran və barlar, Opera, Selesten teatrı, muzeylər, həmçinin heykəltəraş Bartoldinin əl işi olan fəvvarənin yerləşdiyi Terro meydanı (place des Terreaux) yerləşir.

Dyu Şanj (place du Change, “Dəyişiklik meydanı) meydanı yaxınlığında yerləşən Sen-Jan küçəsi və kvartalı Lionda ən çox ziyarət olunan yerlərdən biridir. Küçəni İoan Xaçvuranın şərəfinə adlandırıblar və o, Müqəddəs İoan kilsəsinin önündə bitir.

Hakimiyyət meydanı (Place du gouvernement) – Lionun ən gözəl meydanlarından biridir. Onu qədim, dörd mərtəbəli evlər əhatə edir. Evlərin mərkəzində isə hakimiyyət binası yerləşir. Meydan düzbucaq formasındadır və çay daşları ilə döşənib.

Həmçinin Lionun mərkəzindən keçə Merser küçəsi bir-birindən olduqca fərqlənən iki hissəyə bölünür. Cənub- piyada zonadır və çoxsaylı restoranları, barları, İntibah dövrünə aid evləri ilə səyahətçiləri cəlb edir.