Inar Travel

Lüksemburq

Əhali 549680 nəfər

Sahə 2586 km2

Rəsmi dil Lüksemburq, Fransız, Alman

Turun qiyməti xxx

Lüksemburq Böyük Lüksemburq Hersoqluğu sahəsinə görə orta Rus rayonuna (2587 km2), əhalisinə (400,000 sakin) görə isə orta şəhərə bərabərdir. Avropa İttifaqının bu kiçik üzvünün beynəlxalq əhəmiyyəti bir çox millətlərarası institut və təşkilatların və beynəlxalq bank strukturlarının Lüksemburqun paytaxtında təmərküzləşməsindən ötəri gəlir.

Lüksemburq
Lüksemburq

Görməli yerlər:

  • Konstitusiya meydanı;
  • Vağzalyanı məhəllə;
  • Notr-Dam kilsəsi;
  • Yezuit kollegiumu;
  • Müqəddəs Maksimin Trir abbatlığının refigiumu (sığınacağı);
  • Giyom meydanı;
  • Böyük hersoqlar sarayı;
  • Milli tarix və mədəniyyət muzeyi;
  • Müqəddəs Mişel kilsəsi;
  • Le-Bok;
  • Bok qazamatları;
  • Şemin de la Korniş;
  • Qrund və Pfaffental (şəhərin aşağı əyalətləri);
  • Peskator muzeyi.

Mədəniyyət və incəsənət

Dil

Almaniya, Fransa və Belçika kimi qüdrətli dövlətlər ilə həmsərhəd olmasına baxmayaraq, bu kiçik dövlət tək Lüksemburqa xas olan xüsusi mədəniyyəti roman və alman mədəni məkanlarının kəsişməsində müvəffəqiyyətlə qoruyub saxlayır. Bu, xüsusilə dilə aiddir. Lüksemburqlular öz doğma Lüksemburq dilində (mozel-frank dialekti) qürur və təşəxxüslə danışırlar. İşgüzar hesab olunan fransız dili ilə bərabər, ölkədə alman dili də geniş yayılmışdır. Ölkənin dörddə bir hissəsini əcnəbilər təşkil edir.

Qısa tarixi ekskurs

963-cü ildə qraf Ziqfrid Balıq bazarının yerində, keçmiş roma yollarının kəsişməsində Lutsiliburxuk qalasının təməlini qoymuşdur. Sonralar qala Lütselburq (“kiçik qala”) adını almışdır. Həmin qala müasir şəhərin mərkəzinə və Lüksemburq qraflarının ailə yuvasına çevrildi. 1814-1815-ci illərdə keçirilmiş Vyana konqresi Lüksemburqu Alman İttifaqının tərkibində böyük hersoqluq elan etmişdir. 1839-cu ildən bu günə bəri Lüksemburq müasir sərhədlərini qoruyub saxlamaqdadır.

Birləşmiş Avropada

1948-ci il – Lüksemburq bitərəfliyindən imtina edərək, Avropanın siyasi inteqrasiyasında əhəmiyyətli rolunu geri qaytarmışdır.
1949-cı il – ölkə NATO-ya üzv seçilmişdir.
1951-ci il – paytaxt Kömür və Polad ittifaqının qərargahı seçilmişdir.
1957-ci il – ölkə Avropa İqtisadi Birliyinə (“ümumi bazar”) üzv olmuşdur.
1958-ci il – Belçika və Niderland ilə birlikdə, Lüksemburq “BENİLÜKS” iqtisadi-gömrük ittifaqını təsis etmişdir.
1966-cı il – Lüksemburq Avropanın ən əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdir.
1995-ci il – Lüksemburq şəhəri “Avropa mədəniyyət paytaxtı” seçilmişdir.

Proqramın qiyməti individual olaraq hesablanır.