Inar Travel

Mançester

Əhali 63395574 nəfər

Sahə 243809 km2

Rəsmi dil ingilis

Turun qiyməti xxx

Mançester Mançester İngiltərənin böyük şəhərlərindən biri olmaqla yanaşı, ölkənin futbol paytaxtıdır. Səhərdə çoxlu sayda mağaza, restoran və klub yerləşir. Mançester şəhəri xəritədə dairə formasını yaradan rayonlardan ibarətdir. Mançesterin mərkəzi onun işgüzar və ticarət rayonudur. Burada əsas dövlət və özəl müəssisələr yerləşir. Mərkəzi rayondan sonra, sənaye kvartalları və yaşayış binaları diqqəti cəlb edir. Bu rayonu iki və üç mərtəbəli qədimi evlər əhatə edir. Şəhərin növbəti dairəsi varlı şəxslərin evləri yerləşən rayondur. Növbəti dairəni şəhər kənarında səs-küydən uzaq olan, son zamanlar sakinlərin ən çox köçdüyü rayon təşkil edir.

Mançester
Mançester

DİQQƏTƏLAYİQ YERLƏR:

Şəhərin əsas meydanı olan Albert meydanında möhtəşəm qotik mərkəzi bina yerləşir. Həmin meydanda yerli siyasətçi və filantrop Qladstonun heykəli ucalır. Şəhərin muzey və qalereyalarından Ci-Meks sərgi zalını, Mançester Elmə və Sənaye muzeyini və Şəhər rəsm qalereyasını xüsusilə qeyd etmək lazımdır.

ƏYLƏNCƏ:

Mançesterdə müxtəlif bar, restoran və klublarda maraqlı vaxt keçirmək mümkündür. Xüsusi məşhurluğu ilə bir neçə klub, kafe restoran və kino zalını özündə cəmləşdirən “The Printworks” əyləncə mərkəzi seçilir. Müxtəlif bayram və əyləncə gecəsi təşkil olunan “Teasers” rəqs klubuna baş çəkməyə məsləhət görülür. Klub iki mərtəbəli binada yerləşir. Hər mərtəbədə fərqli üslubda musiqi səslənir. Maraqlı və əyləncəli klublar sırasından “Sankey’s Soap” klubunu qeyd etmək lazımdır. Balaca olmağına baxmayaraq, bu klub çox insanı məşhur DJ-lərin çıxışları ilə özünə cəlb edir.

OTELLƏR:

Mançesterin otelləri həm şəhər mərkəzində, həm də şəhər ətrafında yerləşir. Burada siz istədiyiniz kateqoriyaya malik otel tapa bilərsiniz. Oteldə sizə hər şəraiti olan rahat otaqlar təklif olunacaq. Mançesterdə olan otellərin çoxunda idman zalı, restoran, bar və digər əyləncə və rahatlığınız üçün nəzərdə tutulmuş obyektlər vardır.

MAĞAZALAR:

Mançester İngiltərənin böyük ticarət şəhərlərindən biridir. Burada çoxlu ticarət mərkəzi, qastronom, mağaza və bazarlar mövcuddur. Ticarət mərkəzləri sırasında Avropanın ən böyük ticarət mərkəzi sayılan “Trafford Center”-i xüsusilə qeyd etmək lazımdır. Ticarət mərkəzində dünyanın müxtəlif brend mağazalarını, kafe, kinoteatr və əyləncə mərkəzlərini tapa bilərsiniz. Məşhurluğu ilə seçilən növbəti ticarət mərkəzi 200-dəm çox mağazası olan “Arndale Centre”-dir. Mançesterin olunmağa layiq ticarət mərkəzlərindən biri də Ələddin mağarasının xatırladan “Affleck’s Palace” ticarət mərkəzidir. Mərkəzin 5-mərtəbəli binası müztəlif mağaza və ticarət sıralarını özündə cəmləşdirir. Şəhərdə öz ucuz qiymətləri ilə tanınan “Primark” supermarketində siz geyim, ayaqqabı və digər lazımi əşyaları əldə edə bilərsiniz.