Demək olar ki, evlər və sanatoriyaların hamısı İtaliyanın yeni renessans üslubunda tikilmişdir. Kurort meşə və maraqlı yerlərə və abidələrə aparan çoxsaylı turistik cığırlarla əhatələnib. Mineral bulaqlar bu yerlərdə artıq XVI əsrdən məlum idi. Kurort şəhər statusunu 1866-ci ildə almışdır.
Sanatoriyalardan, otellərdən, müalicəvi mənbələr və müəssisələrdən ibarət şəhərin tarixi mərkəzi 1889-cu ilə aid sütunlar sırası ətrafında təmərküzləşmişdir. Şəhərdə təxminən 40-a yaxın orqanizmdə metabolizm pozulması əleyhinə müsbət təsir göstərən müalicəvi mənbələr mövcuddur.
Marianske Lazne kurort şəhərdir və böyrək xəstəlikləri, sidik kanalları, sümük aparatı, nəfəs borusunun nevroloji səbəblərindən sıradan çıxması, maddələr mübadiləsinin pozulması, endokrin və onkoloji xəstəliklər üzrə müalicəni nəzərdə tutur.
Dünyanın digər kurortlarından heç biri belə zəngin müalicəvi bulaqlar diapazonuna malik deyildir. Karlovı Varı mənbələrindən fərqli olaraq, bu mənbələr – dayaz, soyuq sulardır. Şəhərin özündə 40 müalicəvi mənbə var, şəhərin kənarlarında isə onların sayı 100-ə yaxındır. Bütün mənbələr temperaturu 7-10oC olan soyuq, turş, yüksək minerallaşma dərəcəsi olan və dəmir tərkibli mineral sulardır. Mənbələrdən olan suyun kimyəvi tərkibinə görə mineral suların 3 növü müşahidə olunur: tərkibində qlauber duzları olmaqla duzlu-qələvili, karbon-dəmirli və sadə turş sular. Bu sular içmək, inhalyasiya ( mineral suyun buğu ilə nəfəs alma müalicə üsulu ) və vanna üçün istifadə edilir. Mineral mənbələrdən əlavə müalicə üçün kurort yaxınlığında olan müalicəvi palçıqlardan və təbii karbon qazlı mənbələrdən (Marii qazı) istifadə edilir.