Brüqqe Flandriyanın incisi və Belçikanın bir nömrəli turist şəhəridir. 2002-ci ildə şəhərə ziyarətə gələn turistlərin sayı 6 milyon təşkil etdikdə, Brüqqe Avropanın mədəniyyət paytaxtı seçilmişdir. Brüqqenin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilib. Şimali Venesiya adlandırılan su kanalları ilə cizgilənmiş bu şəhər heç kəsi özünə qarşı laqeyd qoymaz. Avropada ilk hospital və birja məhz Brüqqedə yaradılmışdır. Orta əsrlərdə parlaq dövr yaşamış şəhər daha sonra bir neçə yüzillik sükut içində olmuşdur. Sənaye təsirinə məruz qalmayan bu şəhər bu günə kimi öz qədim simasını saxlamışdır. Ensiz küçələri boyunca gəzinti və humanist adət-ənənələri ilə tanışlıq heç bir yerin bəxş edə bilməyəcəyi qədimlik abu-havasını bəxş edir. Bələdçi ilə gəzinti zamanı siz Sevgi gölünü, dahi Mikelancelonun işi olan Brüqqe Madonnasını, Əsas meydanda yerləşən Qədim Belfortu görə bilərsiniz. Burada saysız hesabsız kiçik suvenir mağazalarında isə siz zövqünüzə və istəyinizə uyğun suvenir ala bilərsiniz. Burada sizə dünyaca məşhur olan yüksək keyfiyyətlə hazırlanmış şokolad təklif edəcəklər.
Bizimlə çalışan peşəkar bələdçilər Sizə ölkənin və səfər etdiyiniz şəhərin tarixi, memarlığı və yerli sakinlərin mentaliteti haqqında maraqlı məlumatlar verməklə bərabər, Sizə harada dadlı yeməklər və əla növ Belçika pivəsi dada biləcəyiniz haqqında məsləhətlər verəcəklər.
Gəzinti sizə uyğun olan yerdən başlayacaq (məsələn otelinizin salonundan və ya dəmir yol vağzalından).
Bəhs olunan səfər paketinin qiyməti – adambaşı 250 AZN-dən başlayır.