Bu ekskursiyanın əsas məqamları:
Siz Messinanın əzablı tarixi barədə qəmim əhvalatları eşidəcək və öz tarixi boyunca dəfələrlə faciələr yaşamış, lakin hazırda sanki bütün bunlar olmamış kimi bu qədər gözəl görünən şəhərə valeh olacaqsınız.
Bu şəhərdə sizi çoxlu binalar, saraylar, muzeylər və meydanlar sizi gözləyir.
İstənilən dayanacaqda siz avtobusdan enə və xoşunuza gələn istənilən yerə, muzeyə, binaya və s. Istədiyiniz qədər tamaşa edə və sonradan avtobus ekskursiyasını davam etdirə bilərsiniz. Sizi məhdudlaşdıran yalnız zamandır — bilet sadəcə 24 saat qüvvədədir.
Təsvir:
Öz tarixi boyunca bu Siciliya şəhəri dəfələrlə dağıdıcı zəlzələlərə. Sunamilərə şahid olmuş, 1943-cü ildə bombardmanlarla darmadağın edilmişdir. Lakin indi şəhərin xarici görünüşünə baxarkən deməzsən ki, ötən əsrin yarısı boyunca buralar xarabalıq olmuşdur. Burada yenidən tikilərək bərpa olunmuş binalar çoxdur. Hazırda bu, məhəllələri az qala Messina boğazının Siciliya sahillərinə dirənən gözəl şəhərdir. Messina boğazı həmin boğazdır ki, onu qədim zamanlarda vahiməli Sssilla və Xaribda qoruyurdular.
Şəhərlə tanışlığa Kilsə meydanından (Piazza del Duomo) başlayın. O, şəhərin düz mərkəzində yerləşir. Burada siz Kafedral kilsənin zənglərinə qədər dırmana, yaxud günorta vaxtı bu zənglərin səslərinə qulaq asa, mənalarına tam bir kitabça həsr olunmuş bürünc fiqurların animasiya göstərisinə tamaşa edə bilərsiniz. Burada siz dünyanın ən böyük astronomik saatını da görəcəksiniz. Gözəl fontan isə meydanın yaraşığıdır.
Messina kafedral kilsəsi (Duomo di Messina) norman üslubunda tikilib və Siciliyada ən cəlbedici kilsə sayılır. Kilsənin taleyi o qədər də asan olmayıb. O, 1197-ci ildə təqdis olunub, bir neçə dəfə yanğına şahidlik edib, 1908-ci ildə isə zəlzələ nəticəsində dağılıb və sonradan bərpa olunub. Qotik üslubda tikilmiş 3 əsas qapıya nəzər yetirin, onların hər birinin fərqli cizgiləri var ki, bunlar da mərmərlə tərtibat və XIV əsrin adi həyat mənzərələrinin təsvirləridir. Kristo Re kilsəsi də sizin ziyarətinizə dəyir. Onun qəribə gözəlliyi olan günbəzvarı qübbəsi və sarı daş hasarları var.
Messinadakı Siciliya limanına girişdə sizi Madonna dela Letteranın heyləki qarşılayır — o, şəhərin qoruyucusudur. Madonna əllərində içərisində “Sizi və sizin şəhərinizi qoruyuram” sözləri yazılmış məktub tutub.
Burada dayanın, tələsmədən gəzmək üçün Via Qaribaldi küçəsinə çıxın. Bu, şəhərin əsas küçəsidir. Şəhərin tikilişinin xarakterik cəhəti odur ki, uzun düz küçələr şəhərin tən ortasından keçir və birbaşa liman doklarına dirənir.
Ayaq saxlayın və gözəlliyi ilə heyran edən Vittorio-Emanuele teatrının (Teatro Vittorio Emanuele) binasına tamaşa edin. Bu teatr 1852-ci ildə açılıb. Sonradan bərk zədələnib və 1908-ci ilin zəlzələsində xəsarət almayıb. Neptun fontanına baxın, bu, İtaliyanın birləşməsinin simvoludur. Neptun və Sssillanın heykəlləri XII əsrdəkilərin surətləridir; amma Regional muzeyi ziyarət etsəniz, orijinalları da görə bilərsiniz.
Köhnə ipək tikiş fabrikinin binasında indi Peloritano muzeyi yerləşir və orada saxlanan, zəlzələlərdən və müharibələrdən zərər görmüş saraylardan və kilsələrdən çıxarılaraq xilas olunmuş bir çox incəsənət əsərləri ilə böyük maraq kəsb edir. Muzeydə arxeologiya, zərgərlik və tətbiqi incəsənət kolleksiyaları təqdim edilir ki, bunlar orta əsrlər, İntibah və daha gec dövrlərə aiddir.
Messinada öz ritminizdə səyahət edin. Biletiniz sizə imkan verir ki, sutka ərzində şəhərdə bizim avtobusla hərəkət edəsiniz və yol boyunca audiobələdçiyə qulaq asasınız, bununla da özünüz üçün şəhərin tarixinin yeni səhifələrini açmış olacaqsınız, eyni zamanda sizin xoşunuz gələn yerdə düşmək və aramla gəzərək şəhərin fotoşəkillərini çəkmək imkanınız var.
Əgər səs-küylü küçələrdən bir az yorulsanız, təbiətin qoynunda keçmək olar. Şəhər həyatından uzaqda, Laqi di Qansirridə dincəlmək imkanınız olacaq.
Şəhərin görməli yerlərinin sırasında Nəbatat bağını, Dəniz biologiyası institutunu və məşhur Messina universitetini də göstərmək olar. Şəhər böyüyür və inkişaf edir. Burada gözəl şəhər akvariumu var. 22 akvariumda 60 növ Aralıq dənizi balıqları və dəni faunası muzeyi təqdim olunub.
Messina fəal həyat yaşayır — burada daim müxtəlif sərgilər, yarmarkalar keçirilir. Kilsə meydanında yayda tez-tez pulsuz caz və klassik musiqi konsertləri verilir.
Gecə həyatı həvəskarları üçün Messinada gecə-gündüz işləyən pablar, barlar, kafelər, gecə klubları var. Şəhərdə nəinki günorta, gecə də getməli yerlər az deyil.
Diqqət edin:
Ekskursiyaya müxtəlif dillərdə qulaq asmaq imkanı var. Bu dillərdən birini — ingilis, italyan, fransız, ispan, alman və rus — seçə bilərsiniz.
İstifadə üçün əvvəlcədən müxtəlif dillərdə yazılmış ekskursiya bələdçiləri təqdim olunur. Yazını dayandırmaq, yavaşlatmaq, tezləşdirmək mümkündür ki, bu da istifadədə rahatlıq yaradır.
Şəhər turu bütün il ərzində fəaliyyət göstərir.
Əldə etdiyiniz vahid bilet 1 sutka (24 saat) ərzində keçərlidir. Başqa sözlə, bu biletlə siz xoşunuz gəldiyi istənilən yerdə düşərək muzeyləri gəzə, görməli yerlərə tamaşa edə, sonra isə biletdə göstərilmiş vaxtda istədiyiniz vaxt yolunuzu davam etdirə bilərsiniz.
Yollanma vaxtı:
A marşrutu üzrə ilk ekskursiyanın başlama vaxtı: 09:00
B marşrutu üzrə ilk ekskursiyanın başlama vaxtı: 09:30
Şəhər turu ekskursiya avtobusları 60 dəqiqəlik intervallarla hərəkət edirlər.
Ekskursiyanın davamlılığı:
A marşrutu — 50 dəqiqə
B marşrutu — 90 dəqiqə
Mövsümiliyi:
İl boyunca
Ekskursiyanın başlama yeri:
1 №-li dayanacaq