Inar Travel

Moldova

Əhali 3555200 nəfər

Sahə 33846 km2

Rəsmi dil moldav, rumın

Turun qiyməti 540

Moldova "Krikova" kompleksi əsl yeraltı şəhərdir. O, öz küçə, prospekt və bulvarları ilə 80 km ərazini əhatə edir. Burada Kaberne, Aliqate, Rislina, Savinyon növlü şərablar hazırlanır. Krikova zirzəmilərində seçilmiş respublika şərablarının kolleksiyası saxlanılır ("Pasxal Qüds", "Yan Bexer" 1902-ci il buraxılış likörü və s.). Onlar və 158 ən tanınmış fransız, alman və macar şərabları tək kombinatın deyil, həmçinin bütün Moldovanın əsl sərvəti sayılır.

Kişinyov
Kişinyov
Kişinyov

1-ci gün

10:35 Təyyarənin Moskvadan Kişinyova uçuşu (Air Moldova)
11:35 Kişinyova eniş. Aeroportda qarşılama.
12:00-14:00 Kişinyov ekskursiyası.
Çətin ki başqa belə gözəl, cazibədar və yaşıl şəhər tapılsın. Buna şəhərə baxış ekskursiyası zamanı əsas mədəniyyət və tarixi mənzərələri görüncə əmin olacaqsız.
14:00-15:30 Kişinyovda “Vatra Nyamaluy” restoranında nahar yeməyi (əlavə ödəniş əsasında).
15:30-16:00 Kirov zirzəmilərinə keçid.
16:00-17:30 Kirov zirzəmilərinə ekskursiya (dequstasiya ilə).
“Krikova” kompleksi əsl yeraltı şəhərdir. O, öz küçə, prospekt və bulvarları ilə 80 km ərazini əhatə edir. Burada Kaberne, Aliqate, Rislina, Savinyon növlü şərablar hazırlanır. Krikova zirzəmilərində seçilmiş respublika şərablarının kolleksiyası saxlanılır (“Pasxal Qüds”, “Yan Bexer” 1902-ci il buraxılış likörü və s.). Onlar və 158 ən tanınmış fransız, alman və macar şərabları tək kombinatın deyil, həmçinin bütün Moldovanın əsl sərvəti sayılır.
17:30-18:30 Kişinyova transfer. Oteldə yerləşmə. Asudə vaxt.

2-ci gün

08:00-09:00 Hoteldə səhər yeməyi.
09:00-10:45 Benderə transfer.
10:45-12:30 Bender qalasına ekskursiya.
Bu köhnə qala XV-XVI əsrlərdə Moldova knyazları tərəfindən inşa edilmişdir.
Bu qala 1538-ci ildə Osmanlar tərəfindən zəbt edilmişdir(Soltan Süleymanın başçılıq etdiyi yürüş zamanı) və 1542-ci ildə gücləndirilərək Osman vilayətinin mərkəzinə çevrilmişdir (sonralar vilayətə ətraf Moldova kəndləri də daxil edilmişdir). Qalanın divarları bu günə qədər qorunub saxlanılır.
12:30-13:00 Benderdən Tiraspola transfer.
13:00-14:00 Tiraspola baxış ekskursiyası.
Tiraspolda siz keçmiş zamana dönərək, SSRİ-yə səyahət edə bilərsiniz. Şəhər üzrə ekskursiya İkinci Dünya müharibəsindən saxlanılan tank və Lenin heykəlinin ziyarətindən başlayacaq. Şəhər keçmiş Sovet İttifaqının xəyaləti təəssüratını yaradır. Bununla belə, şəhərdə hökm sürən rənglər ahəngi sizi təəccübləndirəcək (misal üçün, müasir memarlığın bariz nümunəsi “Sheriff” futbol kompleksi).
14:00-15:30 Tiraspolun Kumanyok restoranında nahar(əlavə ödəniş əsasında).
15:30-17:00 Kitskan kilsəsinə ekskursiya.
Kitskanda yerləşən Müqəddəs Novo-Nyames kilsəsi ruhlanmaq və dua etmək üçün ən uyğun məkandır. Ekskursiyanın sizi Moldovanın şairanə diyarına, gətirəcəkdir. Burada, 64m-lik qaladan heyrətamiz mənzərə açılır. Monastır muzeyini din mədəniyyətini və tarixini sevənlər mütləq qiymətləndirəcək. Muzey tək möhtəşəm ikonaları ilə deyil, həmçinin XVIII-XX əsrlərdən qalan kitab, xaç və qədim rəsmlərə sahibdir.
17:00-18:30 Kişinyova trasnfer. Asudə vaxt.

3-cü gün

06:00-09:00 Səhər yeməyi. Hotel nömrələrinin azad edilməsi
09:00-09:30 A.S. Puşkinin ev muzeyinə transfer.
09:30-11:00 A.S. Puşkinim ev muzeyinə ziyarət.
A.S. Puşkinin ev muzeyi XIX əsrin 20-ci illərindən qorunub saxlanılır.
Şair burada yaşamiş və ilk əsərlərini burada yaratmışdır. Evin yanında Puşkinin Bessarabiyada yaşayarkən ziyarət etdiyi kilsə yerləşir.
11:00-12:00 Kurk kilsəsinə transfer.
12:00-13:00 Kurk kilsəsinə ekskursiya.
Bizə çatan rəvayətlərə əsasən, Kurk kilsəsinin təməli 1720-ci ildə tatarların hücumundan qaçan Iordaniy Kurk tərəfindən qoyulmuşdur. Iddia olunur ki, kilsə görkəmli memar Rastrellin memarlıq planı əsasında inşa edilmişdir. İki il bundan öncə bərpa işlərinin nəticəsində kilsə Moldovanın ən gözəl məkanlarından birinə çevrilmişdir.
13:0-13:30 Köhnə Orxeyə keçid.
13:30-14:30 Butuçanı kəndində pansionda nahar yeməyi. Kəndlilər tərəfindən yetişdirilən tərəvəzlərdən hazırlanan nahar folklor ansamblı ilə müşayiət olunacaq. Nahardan sonra siz etnoqrafik proqramda iştirak edə bilərsiniz.
14:30-16:00 40 min illik tarixə malik Köhnə Orxey amfiteatrına ekskursiya.
Mağaralar, qayalar, köhnə şəhərlər, nekropollar, zahidlər…. Yox, bu tarix kitabından olan söz toplusu deyil. Bütün Moldovanın tarixi burada, açıq səma altında, Köhnə Orxey muzey kompleksindədir. 40 min il bundan öncə ilk insanların məskən saldığı ərazini ziyarət etməyə dəyər. Sonradan burada tatarlar və digər millətlər məskən salmışdır.
16:00-17:00 Aeroporta transfer.
19:00 Kişinyovdan Moskvaya uçuş (Air Moldova).

Proqramın qiyməti adambaşı 540 AZN-dir. Aviauçuş əlavə olaraq ödənilir.