Inar Travel

Neapol

Əhali 60795612 nəfər

Sahə 301340 km2

Rəsmi dil italyan

Turun qiyməti xxx

Neapol Roma və Milandan sonra Neapol İtaliyanın üçüncü ən böyük şəhəridir. Hal-hazırda bu şəhərdə 1,5 milyon nəfər əhali yaşayır. Şəhər Neapol körfəzindən şimalda yerləşir. Neapol körfəzi Genuya şəhərinin körfəzindən sonra həcminə görə ikincidir. Körfəz boyunca çoxlu sayda böyük və kiçik şəhərlər var.

Neapol
I Umberto qalereyası

Roma və Milandan sonra Neapol İtaliyanın üçüncü ən böyük şəhəridir. Hal-hazırda bu şəhərdə 1,5 milyon nəfər əhali yaşayır. Şəhər Neapol körfəzindən şimalda yerləşir. Neapol körfəzi Genuya şəhərinin körfəzindən sonra həcminə görə ikincidir. Körfəz boyunca çoxlu sayda böyük və kiçik şəhərlər var.

Əminliklə demək olar ki, Neapol körfəzi sahilin ən çox insan yaşayan regionudur. Yunan-roma sivilizasiyası burada özünün bariz izlərini qoyub. Ən məşhur `abidə` qədim Pompey şəhəridir ki, o, 79-cu ildə Vezuvi vulkanının qurbanı olub.

Neapol şəhərinin yaranmasının dəqiq tarixi məlum deyil. Arxeoloqlar və tarixçilər əmindirlər ki, onun ilk sakinləri qədim yunanlar olublar, daha dəqiq desək, qonşu Kumda yaşamış işğalçılar. Lakin bu hadisənin konkret təfərrüatlarını müəyyən etmək mümkün olmayıb.

Bəziləri belə fərziyyə irəli sürürlər ki, Neapol, yəni “yeni şəhər” Paleopoloya, yəni “köhnə şəhərə” qarşılıq olaraq yaranıb. Digərləri bundan əvvəlki yaşayış məskənlərini inkar edirlər və belə düşünürlər ki, kumlular şəhəri elə indiki yerində — via Foria küçəsi ilə dəniz sahili arasında salıblar. İstənilən halda Neapolun yeri İtaliyada olduqca uğurlu seçilib. Möcüzəli iqlimi, zəngin bitki aləmi, gözəl limana panorama — şəhər məşhurluğunu hələ Qədim Roma zamanında qazanmışdı. O zaman bu dövlət əsrlərlə inkişaf etmiş və tənəzzül illərinə, yadelli işğallarına baxmayaraq, inkişaf edirdi.

Etiraf etmək lazımdır ki, burada hakimiyyətdə olmuş yadellilər — bizanslılar, qotlar, normanlar, şvablar, anji, araqonlular, burbonlar, fransızlar — buranı yalnız istila etməyiblər, həm də şəhərə azacıq da olsa töhfə veriblər. Bu da öz növbəsində neapolitan sivilizasiyasının harmonik mənzərəsini yaradır.

Romul Avqustul, Tankred, II Fridrix, Karl I Anji, I İoanna, Ferdinand I Araqonlu, Hbsburqlu II Filip, vitse-kral Toledolu Don Pedro, İoahim Mürat — bu, yerli tarixdə ambisiyaları və layihələri, hərislikləri və əliaçıqlıqları, soyuq hesablamaları və ağılsızlıqları ilə silinməz izlərini qoymuş hökmdarların qısa siyahısıdır. Onların hakimiyyətindən bir çox monumentlər — kilsələr, heykəllər, evlər, körpülər, meydanlar şəhərə yadigar qalmışdır…

Bu təmtərağın və aclığın, müharibənin və sülhün arasında Neapol heç zaman bir əsas dəyərini itirməyib ki, bu da müstəqilliyidir. Ən repressiv hakimiyyətlər dövründə belə şəhər əhalisi öz azadlıqsevərliliyini qoruyub saxlaya bilib və bu bəzən gur üsyanlara, məsələn, məşhur Mazanyello üsyanına gətirib çıxarırdı.

Amma bütün bu zülmkarlara boyun əyməmək kimi incəlikləri də kənara qoysaq, əminliklə deyə bilərik ki, hər bir neapollu qəribə bir daxili azadlığa malikdir və bu onların daxili aləminin bir hissəsidir və ola bilsin ki meydanlarda və mitinqlərdə özünü büruzə vermir. Əsrlər boyunca öz varidatları uğrunda mübarizə aparmış yerli əhali “neapollu” adlandırılan xüsusi termin əldə edə biliblər. Başqa heç bir şeylə bu xalqın yenilməz həyat eşqini, onun enerjisini, humanistliyini, məğrurluq hissini və bütün çətinlikləri dəf etmək bacarığını izah etmək olmaz.

Neapol sözün əsl mənasında incəsənət şəhəridir: burada incəsənət torpağın özündən, ən adi məişət detallarından, xalq mahnılarından, rəqslərdən yaranır və gözəl memarlıq abidələrində, rəssamlıq və heykəltəraşlıq əsərlərində təcəssümünü tapır. Şəhərin küçələri, sözün hərfi mənasında yüksək səviyyəli monumentlərlə bəzədilib və Neapolu əmələ gətirən o əhali ilə dolub daşır. Yerli əhalinin bəzən başa düşülmədiyindən tənqid olunan həyat tərzi başqa heç bir şeylə səhv salına bilməz. Şəhərin qonaqları qəribə səhnələrin şahidi olurlar: küçələrdə quldurlar, qaçaqmalçılar, avaralar, cəsur “bambini” və “raqassilər”, yerli ləhcənin özünəməxsus səsləri, günah və müqəddəslik. Sizə elə gələ bilər ki, heç İtaliyada deyilsiniz, amma qarşınızda olan Apennin yarımadasının təkrarsız simasıdır. Təsadüfi deyil ki, ötən əsrin əvvəllərində bu diyarları gəzmiş Pavel Muratov, sənətşünas qələmini kənara qoyaraq, yalnız buradakı abu-havanı qələmə almışdır: “Neapolda olmayan insan xalq həyatının bütün gözəlliklərini görməyən insandır”. Və indiki dövrdə də bu böyük şəhər qonaqlarına qədim və dərin mədəniyyətin atmosferini yaşadır və bundan əlavə, bayram əhval-ruhiyyəsi, “yaşamaq bacarığını” aşılayır ki, bunlar hamısı neapollulara xasdır.

Görməli yerləri:

Neapola tur sifariş etməklə, siz aşağıdakı görməli yerləri gəzə bilərsiniz:
– Bələdiyyə meydanı (Piazza del Municipio), Sant Elmo qalası (Castel Sant`Elmo); Maskyo Ancionio (başqa deyimlə Anjuy donjonu), Kral sarayı;
– I Umberto qalereyası (Galleria Umberto I);
– Müqəddəs Ferdinand kilsəsi;
– Karita meydanında (Piazza Carita) Santa Anna dey Lombardini kilsəsi (Chiesa di S. Anna dei Lombardi);
– Eyniadlı meydanda Cezu Nuovo kilsəsi (Chiesa del Gesu Nuovo);
– Eyniadlı küçədə San-Karlo teatrı (Tearto di S. Carlo);
– Plebişito meydanında (Piazza del Plebiscito) San Françesko di Paola kilsəsi (Chiesa di S. Francesco di Paola);
– Kavur meydanında (Piazza Cavour) Milli Arxeologiya Muzeyi (Museo Archeologico Nazionale).