Inar Travel

Buxarestdə təsviri gəzinti

Əhali 19942642 nəfər

Sahə 238391 km2

Rəsmi dil rumın

Turun qiyməti 500

Buxarestdə təsviri gəzinti Buxarest 10% rumın əhalisi, ümumillikdə isə 2 milyon sakini olan bir şəhərdir. Rumıniyanın digər şəhərləri ilə müqayisə olunduqda, Buxaresti gənc şəhər adlandırmaq olar. Buxarest haqqında ilk məlumata əfsanəvi knyaz Vlad Sepeşin 1459-cu ilə aid qədim tarixçələrində rast gəlmək olar. Buxarest bir müddət Drakulanın knyaz iqamətgahı olmuşdur. Şəhərin 2003-cü ildə 544 ili tamam olanda, Knyaz Sarayının dağıntıları yanında Vlad Sepeşin büstü qoyulmuşdur. 1659-cu ildə Buxarest Rumıniyanın Valaxiya knyazlığının paytaxtı seçilmişdir. Şəhər tez inkişaf etməyə davam edir və 1862-ci ildə Rumıniyanın paytaxtı elan olunmuşdur. O vaxtdan bəri şəhər paytaxt statusunu əldən vermir.

Buxarest 10% rumın əhalisi, ümumillikdə isə 2 milyon sakini olan bir şəhərdir. Rumıniyanın digər şəhərləri ilə müqayisə olunduqda, Buxaresti gənc şəhər adlandırmaq olar. Buxarest haqqında ilk məlumata əfsanəvi knyaz Vlad Sepeşin 1459-cu ilə aid qədim tarixçələrində rast gəlmək olar. Buxarest bir müddət Drakulanın knyaz iqamətgahı olmuşdur. Şəhərin 2003-cü ildə 544 ili tamam olanda, Knyaz Sarayının dağıntıları yanında Vlad Sepeşin büstü qoyulmuşdur. 1659-cu ildə Buxarest Rumıniyanın Valaxiya knyazlığının paytaxtı seçilmişdir. Şəhər tez inkişaf etməyə davam edir və 1862-ci ildə Rumıniyanın paytaxtı elan olunmuşdur. O vaxtdan bəri şəhər paytaxt statusunu əldən vermir.

Osmanlı imperiyası tərəfindən işğalı, selləri, rus-türk-avstriya müharibələrini, XIX əsrin ortalarında böyük yanğını, Dünya Müharibələrini və kommunizm inqilabını yaşamış Buxarest Rumıniyanın 550 illik tarixini canlandıran və özündə cəmləşdirən bir şəhərdir.

Təxmini XX əsrin ortalarına qədər memarlığında fransız motivlərini əks etdirən Buxarest “Şərqin Balaca Parisi” adlandırılırdı. Şəhərin möhtəşəm binaları, sarayları və enli bulvarları XIX əsr məşhur fransız memarlarının istifadə etdiyi üslub əks etdirir. İkinci Dünya müharibəsi və Çauşesku rejimi zamanı tarixi abidələrin dağıdılması şəhərin gözəlliyinə xələl yetirdi. Keçmiş diktator Çauşeskunun əmri ilə şəhərdə fəaliyyət göstərən çoxsaylı fabrik və zavodlar ətrafında fəhlələr üçün dəmir-betondan inşa edilmiş gecələmə evləri istismara verilmişdir. Buna görə də bu gün Buxaresti “təzadlar şəhəri” adlandırırlar. Şəhərdə qədim gözəl üslublarla sosialist tikililəri qonşuluq edir. Bəzən heç təsəvvür belə etmək olmur ki, hündür sosialist binasının arxasında, gözə çarpmayan bir məhəllədə əsl sənət əsəri olan XVII-XVIII əsrə aid kilsə və knyaz sarayı gizlənib. Mixay Emineskunun xatirəsinə ucaldılmış abidə, Ateneya binası və yaxud Kral sarayı yanında duraraq siz heç təsəvvürünüzə gətirə bilməzsiniz ki,  100 metr irəlidə qarşınıza sarı fəhlə binası çıxacaq.

Xoşbəxtlikdən şəhər XX əsrin əvvəllərində onu Şərqi Avropanın ən gözəl paytaxtlarından biri edən memarlıq abidələri özündə qoruyub saxlamışdır. İndiki zamanda məşhur olan Stavropoleos, Lipskan, Blenar piyada küçələri yerləşən köhnə şəhərdə siz XVII-XVIII əsrlərə aid olan sənətkar və tacir evlərini görə bilərsiniz. Paytaxtın şimal hissəsi xüsusi gözəlliyi ilə göz oxşayır: məşhur Kiselöv parkı, Xerestreu parkı, Floryaska gölü məhz burada yelərşir. Paytaxtın şimal hissəsində sənaye rayonlarına daha az rast gəlinir Burada daha çox ölkə səfirlikləri yerləşən yaşıl bulvarlar, saray məhəllələri və fərqli memarlıq üslublarına aid edilən XIX əsr villalar yerləşir. Burada siz renessans, neobarokko, eklektika, rumın üslubu olan brınkovenesk, şərq və Bizans üslublarının ahəngini seyr edə bilərsiniz. Sadalanmış üslublardan şəhərdə əsasən eklektika dominantlıq edir.

Buxarestdə gəzinti zamanı siz yoldaş Nikolae Çauşeskunun nəhəng layihələrindən biri olan Parlament sarayını görəcəksiniz. Bina Rekordlar Kitabında sahəsinə görə Pentaqondan sonra ikinci və həcminə görə üçüncü yerə layiq görülmüşdür. Sahəsinə görə Avropanın ən böyük meydanlarında biri olan Unirya meydanı, fəvvarəli Birlik bulvarı və “Rumıniyanın Elisey çölləri” sizi valeh edəcəkdir. Maraqlı və diqqətəlayiq obyektlərdən biri də keçmiş kral Ferdinandın Kral Sarayıdır. Filarmoniya Zalının yerləşdiyi Rumın Ateneya səfər isə sizin şəhər haqqında xatirələrinizdə silinməz iz qoyacaqdır.

Biz həmçinin şəhərin Şimal Darvazalarını, Zəfər Tağını və digər memarlıq və tarixi abidələri görəcəyik (Hava Qəhrəmanları monumenti, Roma canavarı heykəli, Cəsur Mixay heykəli, İnqilabçılar abidəsi, Stavropoleos kilsəsi, Müqəddəs Nikolay kilsəsi, Çişmijiu parkı və s.).

Şəhərin tam gözəlliyinə bələd olmaq üçün sizə piyada gəzintilər məsləhət görülür. Zabitlər evi, Kantakuzino sarayı, Sberbankın binası və d. tikililərə üzdən baxışla kifayətlənmək olmur. Sözsüz, Buxarest Avropanın ən maraqlı paytaxtlarında biridir və bu şəhərdə həqiqətən görməli çox şey var! Bu gözəllikləri görmək və qiymətləndirmək üçün bir saatlıq avtobus ekskursiyası kifayət etmir; bunun üçün şəhərə vaxt ayırmaq, onu qarış-qarış piyada gəzmək gərəkdir.

Buxarestdən ekskursiyalar:

Bran Qəsri + Peleş Sarayı + Braşov şəhəri

Poenar Qəsri və Kurtya de Arceş monastırı

Turun qiyməti (aviauçuş və viza rüsumu xaric) – adambaşı 500 AZN-dən başlayaraq.