Oksford orijinaldır. Yerli sakinlərin fikrincə, Oksford möhtəşəm bir şəhərdir. Bu möhtəşəmliyi tək universitet ənənələrində yox , həm də xüsusi coğrafi mövqedə görürlər. Ona görə də şəhər sakinlərinin yanında Oksfordu müxtəlif “kontrast şəhərlərlə” müqayisə edib onları qıcıqlandırmış olarsınız. Qədim Oksford dünyaca məşhur olan Temza və İngiltərə hüdudlarından kənarda az tanınan Ceruel çaylarının arasında özünə məxsus bir adada yerləşir. Temza çayına təhlükəsiz sakitliyi olan bir çay anlamında baxanların fikri bəzən səhv olur. Bu tələsmədən axan, ensiz çayın özünə məxsus zalım xüsusiyyəti vardır. Çay orta əsrlərdə olduğu kimi bu gündə müntəzəm olaraq öz məcrasından kənara çıxır. Belə hallarda çay şəhərin tarixi mərkəzi ilə bərabər həm də ətraf rayonlara da böyük xəsarət yetirə bilər.2007-ci ildə Temza çayının məcrasından çıxması əsl fəlakətə çevrildi. O zaman müstəqil şəkildə fəlakətlə mübarizə apara bilməyən Oksfordun köməyinə bütün ölkə ilə bərabər bütün Avropa gəlmişdir.

Hal-hazırdaki Oksfordu universitetsiz təsəvvür etmək mümkün deyil. Yalnız bu həmişə belə olmayıb. Oksford İngiltərənin ən qədim şəhərlərindən biridir və universitetin yaranma tarixi ilə şəhərin yaranma tarixi heç cür uyğun gəlmir. Oksford haqqında ilk məlumata universitetin yaranmasından 3 əsr qabaq – 912-ci ilə aid tarixi sənədlərdə rast gəlinib. Özü özlüyündə “Oksford” sözü sakson mənşəli bir sözdür.
Beləliklə, Oksford heç nədə iddiası olmayan İngiltərənin qədim şəhərlərindən biridir. Qeyd edək ki, Oksford Normand işğalı zamanı bir neçə binanın dağıdılmasına baxmayaraq, bir o qədər də xəsarət almamışdır. XX əsrin ortalarına kimi Oksford həm də sənaye mərkəzi hesab olunurdu. Lakin zaman keçdikcə Oksfordun sənayesi rəqabətə dözməyərək zəyifləmişdir. Universitet isə sürətlə inkişaf edərək dünyanın ən mötəbər təhsil ocaqları arasında ön yerləri tutur. Oksford universitetinin əzəli rəqibi olan Kembricdən 30 il əvvəl, 1201-ci ildə inşa olunduğu hesab edilir. Buna görə də Oksford özünü İngiltərənin ən qədim universiteti hesab edir.