Inar Travel

Palma-de-Mayorka

Əhali 46464052 nəfər

Sahə 505990 km2

Rəsmi dil ispan

Turun qiyməti xxx

Palma-de-Mayorka Palma-de-Mayorka Mayorkanın paytaxtıdır. Mayorka Aralıq dənizində yerləşən Balear adalarının ən böyüyüdür. Bu, yalnız adanın deyil, eyni zamanda bütün arxipelaqın paytaxtıdır. Balear ada qrupuna Mayorkadan savayı Minorka, İbisa, Formentera və çoxlu sayda xırda adacıqlar daxildir. Palma-de-Mayorka enində 20 km, uzunluqda 25 km olan eyni adlı buxta ətrafında yerləşir. Belə bir fikir var ki, Palma-de-Mayorka körfəzi dünyanın ən gözəl körfəzi hesab olunan Neapolla eyni səviyyədədir.

Palma- de-Mayrorka
Palma- de-Mayrorka

Palma-de-Mayorka Mayorkanın paytaxtıdır. Mayorka Aralıq dənizində yerləşən Balear adalarının ən böyüyüdür. Bu, yalnız adanın deyil, eyni zamanda bütün arxipelaqın paytaxtıdır. Balear ada qrupuna Mayorkadan savayı Minorka, İbisa, Formentera və çoxlu sayda xırda adacıqlar daxildir. Palma-de-Mayorka enində 20 km, uzunluqda 25 km olan eyni adlı buxta ətrafında yerləşir. Belə bir fikir var ki, Palma-de-Mayorka körfəzi dünyanın ən gözəl körfəzi hesab olunan Neapolla eyni səviyyədədir.

Palma-de-Mayorkanın əsası Roma konsulu Sesil Metell tərəfindən qoyulub Palma ağaclarının yarpaqlarından hazırlanmış çələngindən tac qoyaraq, o, e.ə. 122-ci ildə dəniz sahilində, təpəcikdə, mənzərəli bir yerdə şəhərin salınması üçün göstəriş verir. Konsulun palma çələnginin şərəfinə şəhərə Palma-de-Mayorka adı verilir.

Körfəzin hər iki tərəfi adanın ən populyar kurort zonalarıdı. Onlar adada ən uzun plyajla birləşiblər. Burada, palmaların kölgəsində çoxlu mağaza, restoran və barlar yerləşir.

Palma de Mayorka buxtası dünyanın ən gözəl buxtalarındandır, yerli liman isə çoxlu sayda səyahət gəmilərini qəbul edir.

Dəniz suyunun kristal təmizliyi, nağıl tək çimərliklər, körfəzlər, uçurumlu qayalıqlar, əlçatmaz dağlar, meşə qoruqları, güllü-çiçəkli bağlar, palma vadiləri və küknar meşələri bu kurortu əsl cənnət məkanına çevirir. Ona görə də bu şəhərə xüsusi şərəf verərək, hər il kral ailəsi avqustda buradakı Marivent qəsrində istirahət edir. Həmin vaxt hər il ənənə halını almış Kral Kuboku uğrunda yelkən yarışları keçirilir. Qədim Almudayn qəsrində isə İspan Krallığının rəsmi qəbulları keçirilir.

Kral ailəsindən başqa bir çox məşhur şəxsiyyətlər Palma- de-Mayrorkanı öz sevimli kurortları adlandırırlar. Burada “Formula-1” yarışlarının qalibi M. Şumaxer, məşhur tennisçi B. Beyker, top-model K. Şiffer, aktyor M. Duqlas və s. ulduzlar özlərinə malikanə tikdirmişdir.

Palma-de-Mayorkanın çimərlikləri, adanın ən sakit və mənzərəli sayılan rayonu paytaxtdan 14 km qərbdə, Palma-Nova buxtasında yerləşir. Eyniadlı kurort çox gözəl çimərlikləri, sahilboyu uzanan mənzərəli, yavaşca Maqaluf kurortuna keçən liman bölgəsi, “Marineland” əyləncə parkı və istirahət edənlərin fikrincə Mayorkanın ən yaxşı kazinosu olan “Palladium” ilə məşhurdur.

Digər kurort – Playa de Palma 8 km uzunluğa malik ağ qumlu çimərlik zolağı ilə məşhurdur. Əsas turist kompleksi Arenal milli koloritli mətbəxi, çoxsaylı gəzinti imkanları və əyləncəli və idman məşğələləri ilə tanınır. Çimərliyin yaxınlığında tennis meydançaları, akvapark və mini-qolf meydançaları var.

İlyetas kurortunda digər kurortlara xas olan uzun çimərliklər yoxdur; əvəzində təklikdə istirahət üçün rahat və balaca yerlər var (sahil zolağının buxta və uçurumlu qayalarla kəsişdiyi səbəbindən İlyetas bu tipli yerlər ilə zəngindir). İspan krallarının yay iqamətgahı – Marivent sarayı məhz İlyetasda yerləşir.