Inar Travel

Peru: inklər hara qeyb olublar?

Əhali 31151643 nəfər

Sahə 1285216 km2

Rəsmi dil ispan

Turun qiyməti 2200

Peru: inklər hara qeyb olublar? Heç yana! Onlar burdadılar. Sadəcə olaraq biz onları görmürük...

Lima
Titikaka gölü
Bayestas adaları

1-ci gün. Lima

Hava limanında görüş. Otelə transfer.

2-ci gün. Lima

Limada hava istidir! Okean isə çox böyükdür. Üfüqün arxasında uzaq Asiya dayanır!

Vitse-kral cazibəsinə malik müstəmləkə Limaya ziyarət: Mərkəzi meydan, Kafedral kilsə, Prezident sarayı, San-Fransisko monastırı, “Quaka Puklyana”-inklərin ibadət etdiyi məkan. O, gilli kərpicdən piramida formasında tikilib. Ekskursiyanın davamında gözəl parkları, meydanları və prospektləri ilə cəlb edən müasir rayonlardan keçəcəksiniz. Məsələn, cəlbedici çimərliklərin, fəal ticarətin və gecə həyatının ahəngini təmsil edən Miraflores rayonu. Sakit okeana tərəf baxan nəhəng “İki And sevgili” abidəsinin yerləşdiyi romantik “Sevgi parkını” ziyarət edin.

3-cü gün. Lima – Parakas – Naska

Parakasa yollanma.

Parakasa çatdıqda, limanda qayığa minib Ballestas adalarına səyahət edəcəyik. Yol üstü  Martin və Talpo çimərliklərin arasında Parakas körfəzinin şimal-qərbində yerləşən bərkimiş qumdan hazırlanmış məşhur Şamdan şəkilini görəcəyik. Şamdan “Üç Xaç” və “Üçbaşlı əsa” kimi də adlanır. Bu qumüstu şəkilin uzunluğu 120 metrdən çoxdur. “Kiçik Qalapaqos” adlanan Balestas adaları dəniz aslanları, Humboldt pinqvinləri, delfinlər, qutanlar və daha iki yüz quş növü üçün doğma ev sayılır. Təxminən iki saatdan sonra Parakas limanına qayıdış və İka şəhərinə yola düşmə. Restoranda nahar. Nahardan sonra, istəyinizlə bənzərsiz Uakaçina oazisini seyr edə bilərsiniz. Bu oazisin suları müalicəvi xüsusiyyətlərə malikdir. Oazis landşaft gözəlliyi ilə seçilir, palma və hündür qum təpələri ilə əhatə olunub.

Naska şəhərinə yollanma. Oteldə yerləşmə.

4-cü gün. Naska –  Arekipa

Sahəsi 350 km2 olan sirli və məşhur Naska xətləri üzərində uçuşu həyata keçirmək üçün aerodroma transfer. Ən dəqiq görünən və populyar xətlər kalibri, it, meymun, hörümçək, astronavt, kondor və s. təsvir edir; hər birinin dərinliyi 30 sm-dir. Otelə səhər yeməyi üçün qayıdış. Reys avtobusu ilə Naskadan Arekipaya yola düşmə. Arekipaya gəlmə və oteldə yerləşmə.

5-ci gün. Arekipa

Arekipa şəhərinə ekskursiya. Arekipa müstəmləkə memarlığın bariz nümunələri qorunan böyüklüyünə görə Perunun ikinci şəhərdir.

Selva Aleqra kimi müasir rayonlarının, Plaza de Armas (Mərkəzi meydan) və əsas kilsənin ziyarəti. Məşhur Santa Katalina monastırına səfər. Monastırın təməli 1579-cu ilin sentyabr ayında Müqəddəs Sevilyalı Katalinanın himayəsi altında qoyulub.1970-ci ilə qədər monastırın qapıları kənar dünya üçün bağlı qalıb. Məhz buna görə məbəd XVI-XVII əsrlərin abu-havasını qoruyub saxlamışdır.  Katalinanın qaranlıq otaqları və keçidlərində günəşin işığında əlvan işıq zolaqlarını və maraqlı işıq məqamlarını tutmaq istəyən fotoqraflar üçün  bura əsl cənnətdir.

Fəaliyyət göstərən qadın monastırı (burada 20 yaxın rahibə yaşayır) nəhəng divarlarla əhatə olunan və ispan şəhərlərinin adlarını daşıyan (Toledo, Qranada və s.) kiçik küçələr ilə şəhər içində şəhərdir. 1580-ci ildə tikilən monastır turistlər üçün yalnız 1970-ci ildə açıq elan olunmuşdur. Bu andan etibarən xristian məbədi dərhal Arekipanın əsas görməli yerinə çevrilmişdir. Monastırın daxili həyətləri güllərlə bəzədilib, qalereyalarında isə portağal ağacları bitir. Burada İspan zadəgan ailələrinin qızları olan bir çox rahibələr tamamilə təcrid olunmuş şəkildə həyat sürmüşdür.

6-cı gün. Arekipa – Çivay

Avtobusla Çivaya yollanma. Yol üstü biz  müxtəlif qəsəbələri, Çaçani dağını, Misti aktiv vulkanı, vikunyaların otladığı Kanyauas çölünü görəcəyik. Orada da Visnasçan, la Pulyera, Kalali, Sivayo və Çivayı ziyarət edib, sənətkarlar bazarına və kilsəyə baş çəkəcəyik. Yerləşmə. Çivay qəsəbəsində gecələmə.

7-ci gün. Çivay – Puno

Səhər tezdən  dünyanın ən dərin kanyonunun gözəlliyini seyr etməyə yollanacağıq. Burada həmçinin “Krusdel Kondor” vadisi yerləşir. Siz əzəmətli kondorların sehrli uçuşunu seyr edə biləcəksiniz. Vadinin inanılmaz gözəlliyi gözünüzün önündə fantastik dekorasiya kimi canlanır: kənd təsərrüfatı üçün düzəldilən xüsusi sahələrdən tutmuş, kanyon Kolkaya açılan möhtəşəm mənzərəsi ilə  kondorların uçuşunu seyr etmək üçün “Krus del Kondor” baxış meydançasına kimi hər şey möhtəşəmdir. Meydançaya baş çəkdikdən sonra Pinçolye və Maka qəsəbələrində dayanacaqlar edib, Çivay şəhərciyinə qayıdırıq. Gözəl kilsəsi ilan Yanke qəsəbəsinə də səfər edəcəyik. Dərhal sonra nahar etmək üçün otelə qayıdırıq (nahar proqram qiymətinə daxil deyil). Punoya yollanma. Yerləşmə. Salamlama qismində  sizə Mate de Kola içkisi təklif olunacaq (koka bitkisinin yarpaqlarından düzəldilən ənənəvi Peru içkisi).

8-ci gün. Puno.

Dünyanın ən yüksək dağlıq gölü olan Titikaka gölü boyunca qayıqda səyahət. Bu müqəddəs göl Peru və Boliviya arasında keçən sərhəddə yerləşir və Cənubi Amerikada böyüklüyünə görə ikincidir. Titikaka Aymara dilində “Daş puma” mənasını daşıyır. Keçmiş vaxtlardan bu günə kimi  yerli əhali göl boyunca bitən qaçışdan qayıqlar hazırlayır, evlər hörülür. Biz tam qamışdan tikilən üzən adanı (“Uros”) görəcəyik. Otelə qayıtma. Axşam ink hökmranlığı dövründən qabaq inşa edilmiş “Çuypas Siyustani” dini tikiliyə səyahət.

9-cu gün. Puno – Kusko

Kusko şəhərinə avtobusla qayıtma. Siz  3600 m. hündürlüyündə yerləşən Peru, Boliviya və Çili ölkələrinə aid olan  hündür Altiplano yaylasını ziyarət edə biləcəksiniz. Avtobusun pəncərəsindən siz dəvə ailəsinin Peru növünə aid olan alpakaları, vikunyaları və lamaları, eləcə də Perunun digər köklü sakini olan Aymara hinduların icmalarını seyr edə biləcəksiniz. La Raya və Pukarada dayanacaq. Sikuanidə nahar. Yolüstü “Rakçi” arxeoloji kompleksində dayanmaqla, siz inklərin memarlığına xas olmayan yarımdairəvi formalı tikililərinə Virakoçi məbədində seyr etmək imkanın qazanacaqsınız. Kusko şəhərinə çatma, oteldə yerləşmə. Axşam asudə vaxt.

10-cu gün. Kusko.

Kusko şəhərinə ekskursiya. Məşhur  “Korikança” (Günəş məbədi) məbədinə və  yaxınlıqda yerləşən Kusko şəhərin dörd tarixi xarabalığına ziyarət: “Saksauaman” qalası – Kusko şəhəri ilə bərabər dünyanın yeddi möcüzələrindən biri sayılan  və ümumi uzunluğu 360 m olan üç platforma üstündə yerləşən möhtəşəm arxeoloji kompleks; “Kenko”- dini-mərasim mərkəzi. Burada  hündürlüyü 5m 90 sm olan pumaya oxşar daş qaya var; “Puka Pukara” – inklər dövrünün hərbi və inzibati mərkəzi. “Tambomaçay”- həmçinin “İnklərin hamamları” kimi tanınır.

Günün ikinci yarısında, siz  özünüz sərbəst olaraq,bu muzeyləri ziyarət edə bilərsiniz (biletlər daxildir)

Tarixi regional muzeyi

Müasir sənət muzeyi

Korikança muzeyi

Xalq sənəti muzeyi

Paçakutek monumenti

Folklor sənəti mərkəzi (Kusko musiqi və rəqs teatrı)

Axşam folklor proqramı ilə  milli restoranda şam yeməyi. Kusko şəhərinin ənənəvi yeməkləri və xalq rəqslərinin unudulmaz şousu. And melodiyaları hər zaman vokal müşahidə ilə ifa olunur.

11-ci gün. Kusko – Maçu-Pikçu – Kusko

Vağzalın dəmir yol stansiyasına transfer. Qatar bizi Aquas Kalyantes şəhərciyinə aparır. Bütün gün ərzində  inklərin itmiş şəhəri kimi tanınan Maçu-Pikçuya ekskursiya. Maçu-Pikçu (Qoca Dağ) XV əsrdə inklərin imperatoru Paçakutek tərəfindən tikdirilmişdir. İspanlar ink imperiyasını zəbt etdikdən sonra şəhər üç əsr boyu unudulmuş qalmışdır. Onu 1911-ci ildə amerikalı professor Hiram Binqhem aşkar etmişdi. Şəhər ərazisi bütövlüklə daşdan tikilib: məbədlər, xarici nərdivanlar, su qaynaqları və  “andenas” adında əkinçilik üçün nəzərdə tutulan terraslar. Arxeoloqlar hesab edirlər ki, Maçu-Pikçu dini təyinatlı bir şəhər idi. Binqhem qazıntılar zamanı yalnız qadınlardan ibarət məzarlığı aşkar edib və qədim şəhərin akyasların (gənc qadınların) böyük monastırı və Kusko imperatorunun sığınacağı olduğunu iddia edib. Maçu-Pikçu 32,592 ha sahəsində yerləşir. 2007-ci ildə şəhər UNESCO tərəfindən Dünyanın Yeddi Möcüzəsindən biri elan olunmuşdur.

Nahar.

12-ci gün. Kusko – Lima.

Səhər yeməyi. Hava limanına transfer. Lima şəhərinə uçuş. Limada beynəlxalq reysinizə keçid.

Proqramın qiyməti – adambaşı 2200 AZN.

Qiymətə daxildir: yerləşmə, qidalanma, transfer, daxili uçuşlar, ekskursiyalar, bələdçilər, muzey və qoruqlara biletlər.

Qiymətə daxil deyil: aviauçuş.