1-ci gün. Rio de Janeyro
Rio de Janeyro hava limanına enmə. Rusdilli bələdçi ilə görüş, otelə transfer.
2-ci gün. Rio de Janeyro
Səhər yeməyindən sonra Rio de Janeyro şəhərinə ekskursiya: İsa Məsihin nəhəng heykəli, məşhur “Qənd Başı” dağı.
3-cü gün. Rio de Janeyro
Rusdilli bələdçi ilə Tijuka meşəsinə tur (cip avtomobildə). Bu şəhər zolağında yerləşən dünyanın ən böyük tropik meşələrindən biridir. Geriyə qayıdanda heyrətamiz mənzərəni (okean üstündə uçan deltaplanlar) seyr etmək üçün Pepino çimərliyində dayanacaq.
4-cü gün. Rio de Janeyro – Foz de İquasu
Bələdçisiz aeroporta transfer, Foz de İquasuya uçuş. Qarşılama və otelə transfer.
5-ci gün. Foz de İquasu
Cəngəlliklərdə “Makuro-safari”. Daha sonra qayıqda ecazkar gəzinti. İquasu Dövlət Qoruğunun yanında yerləşən Quşlar parkına ekskursiya. Siz möhətşəm rəngarəng çalarlı quşların uçduğu tropik meşənin ortasında yerləşən nəhəng volyerlərə səyahət edəcəksiniz.