Inar Travel

“Peterburqun romantikası”

Əhali 146267288 nəfər

Sahə 17125407 km2

Rəsmi dil rus

Turun qiyməti 300

“Peterburqun romantikası” Ümumi məlumat: Bu turda siz Peterburqun gözəlliyindən zövq alacaqsınız . Siz Petropalovsk və Smolnıy məbədlərinin zəng qülləsinə qalxacaqsınız. Ağ gecələr zamanı İsaakiyev məbədindən görünən gecə Peterburqun gözəlliyini seyr edib açılan körpülərə baxacaqsınız. Sizi Peterburqun ruhani aləminin tarixi və Peterqof və Qatçinanın məşhur park-saray kompleksi ilə tanışlıq gözləyir.

Ümumi məlumat: Bu turda siz Peterburqun gözəlliyindən zövq alacaqsınız . Siz Petropalovsk və Smolnıy məbədlərinin zəng qülləsinə qalxacaqsınız. Ağ gecələr zamanı İsaakiyev məbədindən  görünən gecə Peterburqun gözəlliyini seyr edib  açılan körpülərə baxacaqsınız. Sizi Peterburqun ruhani aləminin tarixi və Peterqof və Qatçinanın məşhur park-saray kompleksi ilə  tanışlıq gözləyir.

Yerləşmə: Sankt-Peterburqun mehmanxanalarında şəraitli  1- və 2- yerli otaqlar

Əlavə çarpayı: “Polyustrovo” mehmanxanası açılan çarpayı  ikiyerli otaqlara verilir, yaş həddi yoxdur.

“Sankt-Peterburq” mehmanxanası- açılan çarpayı  ikiyerli otaqlara verilir, yaş həddi yoxdur.

Qidalanma: Proqram üzrə

Turun proqramı:

1-ci gün. Bazar

Mehmanxanaya gəlmə:

  • Müstəqil transfer
  • Fərdi transfer: dəmir yolu vağzalı və ya aeroport – mehmanxana

Saat 9:00-dan 10:00 qədər mehmanxananın zalında turistik şirkətin nümayəndələri ilə görüş. Dəqiqləşdirilmiş ekskursiya proqramlarının əldə edilməsi. Əlavə ekskursiyaların sifariş olunması.

13:00. Avtobusla mehmanxanadan ayrılma. I Pyotrun Evi və Petropavlovsk qalasına ziyarəti nəzərdə tutan ekskursiya. Petropavlovsk məbədinin zəng gülləsinə çıxış və  möhtəşəm Neva çayının  sahilkənarına, körpülərinə, və eləcə də məbədlərin qızıl günbəzlərinə seyr etmək imkanı.

Avtobusla mehmanxanaya qayıdış.

2-ci gün. Bazar ertəsi.

Səhər yeməyi.

10:00. Avtobusla mehmanxanadan ayrılma. Olqina və Tsaritsın pavilyonlarının (Fermer sarayının) ziyarətini nəzərdə tutan ekskursiya.

Avtobusla Sankt-Peterburqa qayıdış.

Metro stansiyasının yaxınlığında ekskursiyanın sonu.

3-cü gün. Çərşənbə axşamı

Səhər yeməyi

10:00. Avtobusla mehmanxanadan ayrılma.

Ermitaj və İsaakiyev məbədinin ziyarətini nəzərdə tutan ekskursiya.

20:00. “Sankt-Peterburq –  Ağ gecələr şəhəri” gecə ekskursiyası. Siz Şimal Paytaxtının  ən gözəl yerlərini və eləcə də körpülərin ayrılmasını şəhərin  ən romantik vaxtında seyr edəcəksiniz. Bu, həqiqətən unudulmaz bir görüntüdür!

Ekskursiya iştirakçıları İsaakiyev məbədinin  gülləsinə qalxacaqlar. Siz 262 pillə yuxarı qalxaraq, qırx üç metr hündürlükdən açılan gecə Sankt-Peterburqun həyəcan verici mənzərəsinə seyr edəcəksiniz.

Mehmanxanaya qayıtma (müddət: 22:00-02:30)

4-cü gün. Çərşənbə

Səhər yeməyi

10:00. Avtobusla mehmanxanadan ayrılma.  Qatçina sarayının  və parkın ziyarəti ilə təşkil olunan “Sirli  imperator I  Pavel” adlı ekskursiya. Siz ingilis cəngavərlərinin qəsrlərini xatırladan  sarayı və mənzərəli gölləri və pavilyonları ilə  romantik parkı seyr edəcəksiniz. Bura  imperator I Pavelin xasiyyəti və zövqü ilə  tamamilə uyğun şəkildə qurulmuşdur.

Avtobusla mehmanxanaya qayıtma.

5-ci gün. Cümə axşamı

Səhər yeməyi

Otaqların azad edilməsi.

09:00. Avtobusla Moskva vağzalına gediş. Əşyaların saxlama kameralarına təhvili.

Sampsoniyev məbədinin və Smolnıy məbədinin zəng gülləsinin ziyarəti ilə təşkil olunan “ Quş  uçuşu  hündürlüyündən Sankt-Peterburqun romantikası” adlı ekskursiya. Burada şəhərin ən hündür  baxış meydançasından bağçaların və pakların yaşıllığında batan Sankt-Peterburqa seyr edəcəksiniz.
Şəhərin mərkəzində asudə vaxt.

“Quş  uçuşu  hündürlüyündən Sankt-Peterburqun romantikası” turunda əlavə ödənişli ekskursiyalar:

Peterqofdan Sankt-Peterburqa  Fin körfəzi ilə “Meteor” gəmisində qayıdış.

Davamiyyət- 30 dəq.

Qiymət: böyüklər/tələbələr- 490 rubl, şagirdlər/7 yaşa qədər uşaqlar- 390 rubl.

Gəmi ilə çaylar və kanallar boyunca “Şimalın Venesiyası” ekskursiyası

Ekskursiya şəhərin mərkəzində bitəcək.

Davamiyyət:1 saat.

Ekskursiyanın qiyməti: böyüklər/tələbələr – 490 rubl, şagirdlər/ 7 yaşa qədər uşaqlar – 440 rubl.

Rusiyanin birinci okeanariumunun və “Sankt-Peterburqun əfsanələri. Xəyalətlər ərazisi” attraksionunun ziyarəti

Siz biletləri ayrıca Okeanariuma və ya “Sankt-Peterburqun əfsanələri. Xəyalətlər ərazisi” attraksionuna əldə edə bilərsiniz.

Ekskursiya şəhərin mərkəzində bitəcək.

Qiymət: böyüklər – 1300 rubl, tələbələr/ 12 yaşdan yuxarı uşaqlar – 1100 rubl. “Sankt-Peterburqun əfsanələri. Xəyalətlər ərazisi” attraksionu 12 yaşa qədər uşaqlara məsləhət görülmür.

Proqramın qiyməti – adambaşı 300 AZN təşkil edir. Aviauçuş əlavə ödənilir.

Qiymətə daxildir: mehmanxanada yerləşmə, proqram üzrə qidalanma, nəqliyyat təminatı (avtobus), ekskursiya proqramı, bələdçi xidməti.