Inar Travel

Saraqosa – Valenisya – Madrid – Barselona

Əhali 46464052 nəfər

Sahə 505990 km2

Rəsmi dil ispan

Turun qiyməti 1600

Saraqosa – Valenisya – Madrid – Barselona Kafedral kilsə, köhnə saray, malikanə və kilsələrin baxışı ilə Ramblas küçəsinə piyada ekskursiya. Eşampl rayonu, Montjuik dağı, Kataloniya və İspaniya meydanları ,Olimpiya limanı və məşhur memar Antoni Qaudinin şah əsərləri Saqrada Familiya məbədi, Qrasiya meydanı və Güel parkına baxış ekskursiyası. Montserrat ekskursiyası – Kataloniyada ən gözəl qaya abidələrindən biri. Burada dəniz səviyyəsindən 700 metr hündürlükdə benediktlilərin monastırında Kataloniyanın himayəçisi - «Qara Madonnanın» möcüzəvi heykəli qorunub saxlanılır.

Barselona
Valensiya
Madrid

1-ci gün

Barselonaya gəliş. Aeroportda qarşılanma, otelə transfer və yerləşmə. Kafedral kilsə, köhnə saray, malikanə və kilsələrin baxışı ilə Ramblas küçəsinə piyada ekskursiya. “İspan kəndi” muzeyində, açığ səma altında əsl Katalan üslubunda şam yeməyi. “Sehrli fəvvarə” işıq və musiqili şousu. Gecələmə.

2-cü gün

Səhər yeməyi. Eşampl rayonu, Montjuik dağı, Kataloniya və İspaniya meydanları ,Olimpiya limanı və məşhur memar Antoni Qaudinin şah əsərləri Saqrada Familiya məbədi, Qrasiya meydanı və Güel parkına baxış ekskursiyası.

3-cü gün

Səhər yeməyi. Montserrat ekskursiyası – Kataloniyada ən gözəl qaya abidələrindən biri. Burada dəniz səviyyəsindən 700 metr hündürlükdə benediktlilərin monastırında Kataloniyanın himayəçisi – «Qara Madonnanın» möcüzəvi heykəli qorunub saxlanılır. Otelə geri dönmə. Asudə vaxt. Gecələmə.

4-cü gün

Səhər yeməyi. İspaniyanın üçüncü ən böyük şəhəri olan Valensiyaya transfer. Kafedral kilsəsi, Mərkəzi bazar, Elm və İncəsənət şəhəri və Meriyaya baxışla piyada ekskursiya. Qatarla Madridə transfer. Oteldə yerləşmə. Gecələmə.

5-ci gün

Səhər yeməyi. Qran Via və Alkala küçələri, Puerto del Sol, İspaniya meydanı və Retiro parkına baxış ilə Madridə ekskursiya. Asudə vaxt. Axşam VIII əsirdə “Köhnə Madridin” tarixinin başlandığı məkan, meydan və küçələrində piyada gəzinti. Tipik məkanları birində şam yeməyi və flamenko tamaşası. Gecələmə.

6-cı gün

Səhər yeməyi. Ispaniyanın qədim paytaxtı Toledoya ekskursiya. Orta əsrlər memarlıq ansamblı, onun Kafedral kilsəsi, məscid, sinaqoq və monastırların mənzərəsi. Ənənəvi Toledo sənəti olan “damaskene”, marsipan və toledo poladi ilə tanışlıq. Madridə dönüş. Asudə vaxt. Gecələmə.

7-ci gün

Səhər yeməyi. Qatarla Araqon vilayətinə transfer. Nuestra Senyora de Pilar bürcü, Birja, La Seo kilsəsi, Yepiskop sarayı, Ebro dənizkənarı və digər əsirlərin incəsənət abidələrinə baxışla piyada ekskursiya. Qatarla Barselonaya transfer. Oteldə yerləşmə və gecələmə.

8-ci gün

Səhər yeməyi. Aeroporta transfer. Turun sonu.

Turun qiyməti-adambaşı 1600 AZN-dən başlayaraq.

Qiymətə daxildir.
* Seçilən otellərdə yaşayış (səhər yeməyi daxil);
*2 nahar və yaxud şam yeməyi
*marşrutla uyğun hərəkət
*rusdilli bələdçi ilə ekskursiyalar (Madrid və Barselonada – qrupda 6 nəfərlə, Saraqosa və Valensiyada individual olaraq)
*bütün transferlər
*giriş biletləri
*tibbi sığorta

Ödənişə daxil deyil:
*aviauçuş
*viza

Diqqət:
Tam individual xidmət üçün əlavə ödəniş +195 AZN.
Istirahəti davam etdirmək istəyənlər üçün dəniz kənarında otel rezervasiyası da mümkündür.
Proqramda dəyişikliklərin baş verməsi mümkündür.