Siz Sevilyaya şəhərin xüsusi atmosferə sahib olduğuna əmin olmaq üçün gəlirsiniz? Siz Sevilyada tələsmədən gəzərək sizi maraqlandıran abidələrə baxmaq istəyirsiniz? Siz Sevilyaya – cəlbedici korrida və ehtiraslı flamenko şəhərinə unudulmaz xatirələr almaq üçün səyahət edirsiniz? Sevilyanı bir günə sevmək heç də asan iş deyil! Biz Don Kixotun sevgi lirikası və Karmenin qaraçı eşqi şəhərinə bir ekskursiya əlavə etməklə sizə kömək edəcəyik! Biz zəmanət veririk ki, siz bəşəriyyətin əsrlərlə boyu heyran olduğu şəhərdə hər şeyi görəcəksiniz:
- Velaskes, Surbaran və Murilyonun şəhəri;
- Trayan, Adrian və Sezar kimi imperatorların şəhəri;
- Məşhur dənizçi Kolumbun son mənzilini tapdığı şəhər;
- UNESCO tərəfindən qorunan məşhur abidələr;
- Mudexar, barokko, qotika və Sevilya plateresko üslublarında inşa edilmiş təkrarolunmaz memarlıq abidələri;
- Sevilya zadəganlarının ən bahalı və cah-calallı sarayları;
- Yəhudi məhəlləsinin ən ensiz və romantik küçələri;
- Ən böyük qotik kilsə;
- İbero-Amerikan sərgisinin ən bahalı layihəsi;
- Sevilyada heç vaxt olmamış dahi bəstəkar Motsartın xatirəsinə ucaldılmış ən yaxşı abidə;
- Avropanın barokko üslubunda inşa edilmiş ən gözəl kilsə;
- Avropanın ən qədim hələ də fəaliyyətdə olan kral iqamətgahı…
Bu ekskursiya proqramının qiyməti – adambaşı 250 AZN təşkil edir.
Qiymətə daxildir: peşəkar rusdilli bələdçi xidmətləri.