Seyşel Adaları Respublikası (ingiliscə Republic of Seychelles, fransızca République des Seychelles, seyşelcə Repiblik Sesel) Şərqi Afrikada, Hind Okeanının qərb sahillərində (ekvatordan cənubda) yerləşən ada dövlətidir. Adalar Afrika qitəsindən 1600 km aralıqda, Madaqaskar adasından şimalda yerləşir.
Respublikaya 115 ada daxildir; onlardan əhalisi olan yalnız 33 ada var.
Dövlətin ərazisi 455 km2 təşkil edir. Adaların ən böyüyü Mae adasıdır (142 km2). Mae adasında respublikanı n paytaxtı – Viktoriya şəhər və beynəlxalq hava limanı yerləşir. Digər böyük adalar: Siluet, Praslen, La-Diq və s. Bundan əlavə, arxipelaqa xeyli kiçik mərcan adaları daxildir.
Dövlətin əhalisi isə təqribən 88 min nəfərə bərabərdir (2010).