Inar Travel

Şarm əl-Şeyx

Əhali 89127000 nəfər

Sahə 1010407 km2

Rəsmi dil ərəb

Turun qiyməti xxx

Şarm əl-Şeyx Şarm əl-Şeyx kurortu turistləri əyləncə bolluğu ilə cəlb edir. Buradakı “ərəb Las-Veqasında”- Naam körfəzində həyat bütün hər saniyə qanayır. Elit ticarət mərkəzləri, idman meydançaları, kazino və hər yerdə məşhur olan gecə klublarının qapıları turistlərin üzünə daima açıqdır. Hadab adlı rayon sizi yeni akvaparkı ilə sevindirəcək. Burada həm uşaqlar, həm də böyüklər doyunca əylənə bilərlər. Şirkətimiz müştərilərə əlavə yük üçün icazə də təqdim edir, buna görə də Şarm əş-Şeyxə səfəri böyük alış-verişlə tamamlaya bilərsiniz.

Şarm əl-Şeyx
Şarm əl-Şeyx

Şarm əl-Şeyx kurortu turistləri əyləncə bolluğu ilə cəlb edir. Buradakı “ərəb Las-Veqasında”- Naam körfəzində həyat bütün hər saniyə qanayır. Elit ticarət mərkəzləri, idman meydançaları, kazino və hər yerdə məşhur olan gecə klublarının qapıları turistlərin üzünə daima açıqdır. Hadab adlı rayon sizi yeni akvaparkı ilə sevindirəcək. Burada həm uşaqlar, həm də böyüklər doyunca əylənə bilərlər. Şirkətimiz müştərilərə əlavə yük üçün icazə də təqdim edir, buna görə də Şarm əl-Şeyxə səfəri böyük alış-verişlə tamamlaya bilərsiniz. Siz şəhərdə asanlıqla özünüzə və yaxınlarınıza orijinal hədiyyələr seçə bilərsiniz. Lakin onu da qeyd etmək lazımdır ki, Şarm əl-Şeyxə bilet özü-özlüyündə ən arzuolunan hədiyyədir.

Yerli mağazalardakı qiymətlər öz demokratikliyi ilə sizləri sevindirəcək. Bununla birlikdə, siz Köhnə şəhərdəki əsl şərq bazarnıda –  “Old Market”-də unikal alış-veriş imkanı əldə edəcəksiniz. Şarm əş-Şeyxdə istirahət edərək yeni biliklər əldə etməyi sevən şəxslərin də xoşuna gələcək, çünki burada Ras-Məhəmməd və Nabk milli qoruqları yerləşir. Bu qoruqlar mərcanların rəngarəngliyi ilə seçilirlər.

Sualtı dünya biliciləri isə Şarm əl-Şeyxə səfərdən əsl həzz alacaqlar.

Əyləncələr:

Şarm əl-Şeyxin gecə həyatı gündüzün çimərliklərinə, dənizə və ekskursiyalara gözəl əlavədir. Şarm əl-Şeyxin mirvarisi — turizm mərkəzi — Naam körfəzidir;  burada çoxsaylı otellər, ticarət mərkəzləri, restoranlar birlikdə dünyaca məşhur kurort şəhərini formalaşdırır.

Naam körfəzi boyunca uzanan şıq sahil mağazalarla, diskotekalarla və restoranlarla zəngindir. Sahildəki çoxsaylı şərq restoranlarında rahatca mütəkkələrə söykənərək gözəl ətirli tütünlü qəlyanlar (alma ətrini məsləhət görürük) çəkə və əsl hilli türk qəhvəsi içə bilərsiniz.

Çoxları Şarm əl-Şeyxdə dünyaca məşhur Hard Rock Cafe və Pacha kafelərinin yerləşdiyi barədə öyrənəndə məəttəl qalır!

V nəhayət, hamıya məsləhət görürük ki, Iberotel Club Fanara otelinin yaxınlığında yerləşən El Fanar diskotekasına baş çəksinlər. Axşamlar boulinq zalını da ziyarət etmək olar. Uşaqları isə FUN TОWN attraksionlar parkına aparmaq məsləhətdir.

Ekskursiyalar:

Musa dağı (2285 m) hər il minlərlə zəvvarın baş çəkdiyi yerdir. Əfsanəyə görə, məhz burada Musa peyğəmbər 10 ehkamı almışdır. Deyilənlərə inansaq, Gün doğarkən burada Tanrı bütün günahları bağışlayır. Dağın yamacında, Tanrının Musa ilə söhbət etdiyi yerdə Müqəddəs Yekaterina monastırı yerləşir. Bu, fəaliyyətdə olan ən qədim pravoslav monastırıdır.

Rəngarəng kanyon təbiətin bu yerlərə bəxş etdiyi növbəti hədiyyədir. Göy qurşağının bütün rənglərini – ağdan tutmuş, parlaq qırmızıya qədər – özündə əks etdirən daş və qum qayalar sizi nəfəsinizi dərmədən bu gözəlliyə tamaşa etməyə vadar edəcək.

Şarm əl-Şeyxdən avtobusla və ya təyyarə ilə Qahirəyə və Luksora qədim Misir abidələrinin, dünyanın yeddi möcüzəsindən birinin olduğu yerlərə ekskursiyalar təşkil olunur.

Səyahətin qiyməti fərdi olaraq hesablanır və turistin öz seçim və arzularından asılıdır. Uçuş təfərrüatları da qiymətə təsir edir. Məsələn, Bakıdan Şarm əş-Şeyxə reys yoxdur. Buna görə də, ən əlverişli variant kimi Şarm əl-Şeyxə Tbilisidən, və yaxud Dubay, Qətər, İstanbul, Moskva və ya Kiyevdən uçmaq olar.

Uçuş nəzərə alınmadan turun adambaşı minimal qiyməti 250 AZN-dir.