Inar Travel

Şri-Lankaya ekskursiya

Əhali 20277597 nəfər

Sahə 65610 km2

Rəsmi dil sinqal və tamil

Turun qiyməti 900

Şri-Lankaya ekskursiya Kolomboda şəhər gəzintisi. Biz ümid edirik ki, sizə bir gün ərzində maksimum görməli yerləri göstərə biləcəyik. Lakin burada çox ləngiyə bilmərik – qarşıda bizi maraqlı şəhərlər gözləyir! Pinnavela – Dambulle. Fillərin ən böyük qoruğuna ziyarət – burada əllidən çox fil növü var! Sonra biz Dambulleda mağara məbədində baş çəkəcəyik. Dambulleda hündürlüyü 110 metr olan təcrid olunmuş qaya üzərində eramızdan əvvəl I əsrdə tikilmiş Qızıl mağara məbədi yerləşir. Bu məbəd buddist incəsənətinin şah əsərləri olan 5 mağaradan ibarətdir. Hər mağara Buddanın həyatını təsvir edən səhnələr, freskalar və çox gözəl məbəd rəsmləri ilə bəzədilib.

Şri-Lanka
Şri-Lanka

1-ci gün.

Kolomboda şəhər gəzintisi. Biz ümid edirik ki, sizə bir gün ərzində maksimum görməli yerləri göstərə biləcəyik. Lakin burada çox ləngiyə bilmərik – qarşıda bizi maraqlı şəhərlər gözləyir !

2-ci gün.

Pinnavela – Dambulle. Fillərin ən böyük qoruğuna ziyarət – burada əllidən çox fil növü var! Sonra biz Dambulleda mağara məbədində baş çəkəcəyik.

Dambulleda hündürlüyü 110 metr olan təcrid olunmuş qaya üzərində eramızdan əvvəl I əsrdə tikilmiş Qızıl mağara məbədi yerləşir. Bu məbəd buddist incəsənətinin şah əsərləri olan 5 mağaradan ibarətdir. Hər mağara Buddanın həyatını təsvir edən səhnələr, freskalar və çox gözəl məbəd rəsmləri ilə bəzədilib.

3-cü gün.

Siqiriya  Şir qayası. Bu əfsanə haqda isə sizə bələdçimiz danışacaq. ☺

4-cü gün.

Xabarana. Kandi. Geniş ekskursiya sizi yerli əhalinin həyat və məişəti ilə tanış edəcək.

5-ci gün.

Peradeniya . Asiyanın ən gözəl botanika bağlarından birinə ekskursiya.  Ramboda şəlaləsi – mütləq baxılası təbiət möcüzəsi.

6-cı gün.

Ölkənin ən yaxşı çimərliyində istirahət. Siz buna layiqsiniz!

Proqramın qiyməti – adambaşı 900 AZN-dən başlayır.

Qiymətə daxildir:

  • Qalma
  • Rusdilli bələdçinin müşayiəti ilə ekskursiyalar
  • Viza

 Aviauçuş əlavə olaraq ödənilir.