Inar Travel

Ştutqart

Əhali 80716000 nəfər

Sahə 357172 km2

Rəsmi dil alman

Turun qiyməti xxx

Ştutqart Baden-Vürtemberq torpağı qədimdən zəhmətkeş və yaradıcı əhalisi ilə seçilib. Bu xüsusiyyət Baden-Vürtemberq torpağının sadəcə kiçik xarakteristikasıdır. Belə ki, regionu əsas fərqləndirən xüsusiyyət – buradakı dinamik və hərtərəfli zəngin həyatdır. Baden-Vürtemberq torpağının paytaxtı – yarım milyonluq əhalisi olan Ştutqartdır. Bu şəhər Almaniyanın Berlin, Münhen, Frankfurt-Mayn kimi mühüm meqapolislərindən biridir. Şəhər bir neçə təpə üzərində Nekkar çayının vadisində mənzərəli şəkildə yerləşmişdir. Buna görə də şəhər küçələri vaxtaşırı burada adlanan “şteffele” əydəmli pilləkənlərə çevrilir.

Ştutqart
Ştutqart

Baden-Vürtemberq torpağı qədimdən zəhmətkeş və yaradıcı əhalisi ilə seçilib. Bu xüsusiyyət Baden-Vürtemberq torpağının sadəcə kiçik xarakteristikasıdır. Belə ki, regionu əsas fərqləndirən xüsusiyyət – buradakı dinamik və hərtərəfli zəngin həyatdır. Baden-Vürtemberq torpağının paytaxtı – yarım milyonluq əhalisi olan Ştutqartdır. Bu şəhər Almaniyanın Berlin, Münhen, Frankfurt-Mayn kimi mühüm meqapolislərindən biridir. Şəhər bir neçə təpə üzərində Nekkar çayının vadisində mənzərəli şəkildə yerləşmişdir. Buna görə də şəhər küçələri vaxtaşırı burada adlanan “şteffele” əydəmli pilləkənlərə çevrilir. Ştutqart – universitet mərkəzi ( burada iki universitet yerləşir), Almaniyanın avtomobil mərkəzlərindən biri (“Mersedes-Benz” və “Porşe” kompaniyaları) və iri sənaye mərkəzidir. Ştutqartın relyefi və yumşaq vadi iqlimi ərazidə, xüsusilə də ətraf məkanlarda üzüm bağlarının salınmasına zəmin yaratmışdır. Burada nəinki ağ üzüm, həmçinin Almaniya üçün nadir olan qara üzüm də yetişir. Ştutqartın fəxri və Vürtemberqin ən yaxşı qırmızı şərabı “Trollinger”-dir.
Almanlar şəhərin məhz “Ştutqart” kimi adlanmasını asanlıqla açıqlayırlar: tərcümədə, “Ştutqart” madyan bağı deməkdir. Əslində isə bura at zavodunun ərazisi olub: təxminən 950-ci ildə müasir Ştutqart ərazisində hersoq Almaniyalı Lütolf at zavodunun əsasını qoymuşdur. Şəhərin adı simvolik olaraq şəhər gerbinin üzərində təsvir olunub: sarı fonda qara at.

Zamanla şəhər Vürtemberq krallığının paytaxtına çevrilir və XIX əsrin ortasına kimi bu statusu qoruyub saxlayır. Ştutqart əhalisi – şvablar indiyədək digər federal torpaqlarla müqayisədə özlərini çox müstəqil aparırlar. Belə ki, əhali Baden-Vürtemberqin müstəqilliyini unuda bilmir.

Ştutqart özünün iki əsas stadionu və bir çox idman kompleksləri ilə dəfələrlə beynəlxalq yarışmalarına ev sahibliyi etmişdir. Burada 1989-cu ildə qadın voleybolu üzrə Avropa çempionatı, 1993-cü ildə yüngül atletika üzrə dünya çempionatı, 2000-ci ildə federal əhəmiyyətli velosiped yarışları keçirilmişdir. Bu kimi tədbirlər şəhəri Almaniyanın idman mərkəzlərindən biri kimi tanıtmışdır.

“Ştutqart -21” layihəsi köhnə şəhərə yeni nəfəs bəxş edəcək möhtəşəm yenidənqurma layihəsidir. Layihə dəmiryol xətlərinin və vağzalın modernləşdirilməsini nəzərdə tutur. Bu, sərnişinlərə daha sürətli və rahat xidmət təmin edəcək. 104 hektarlıq ərazidə yeni rayon salınacaq, bağlar və parklar yenilənib abadlaşdırılacaq.

Gözəllik və incəsənət vurğunları Ştutqartın möhtəşəm muzeylərini görməklə yanaşı, həm də şəhərin opera teatrındakı artistlərin yeni işləri ilə tanış ola bilərlər. Şəhər rəsm sərgisi müxtəlif üslublara aid olan rəsmləri təqdim edir.

Nəhayət, digər istirahət növlərini üstün tutan qonaqlar yerli əhali ilə bir masa arxasında köpüklənən, əsl pivə ilə uzun-uzadı söhbət edə bilərlər. Yerli “Besenwirchaften” ənənəsinə uyğun olaraq iyul ayından dekabr ayına kimi istehsalçılardan şərab təklif edir. Üzümçülər şəxsi istehsalı olan şərabı satır və yanında ucuz qiymətə yemək də təklif edir.