Inar Travel

Tirana

Əhali 2893005 nəfər

Sahə 28748 km2

Rəsmi dil alban

Turun qiyməti xxx

Tirana Albaniyanın paytaxtı olan Tirananın tarixini təməli XVII əsrin əvvəllərində Osman hökmdarı Süleyman Paşa tərəfindən qoyulmuş məscid və hamamdan başlayır. Həmin mühüm məqamdan 400 il ötəndən sonra Tirana görkəmli türk tikililəri, italyan və ağır sovet memarlığı ilə genişlənib yetərincə müasir bir şəhərə çevrilə bildi. Indi o, turistlərə tarixi abidələrlə yanaşı maraqlı gecə həyatı, gözəl restoranlar və digər məkanları ilə istirahət bəxş edir. Hətta darıxdırıcı yerli raykom binaları şən rənglərə boyanıb: narıncı-qırmızı zolaqlar və çəhrayı-bənövşəyi dairələr bu binaların rəng palitrasını təşkil edir.

Tirana
Tirana

Albaniyanın paytaxtı olan Tirananın tarixini təməli XVII əsrin əvvəllərində Osman hökmdarı Süleyman Paşa tərəfindən qoyulmuş məscid və hamamdan başlayır. Həmin mühüm məqamdan 400 il ötəndən sonra Tirana görkəmli türk tikililəri, italyan və ağır sovet memarlığı ilə genişlənib yetərincə müasir bir şəhərə çevrilə bildi. Indi o, turistlərə tarixi abidələrlə yanaşı maraqlı gecə həyatı, gözəl restoranlar və digər məkanları ilə istirahət bəxş edir. Hətta darıxdırıcı yerli raykom binaları şən rənglərə boyanıb: narıncı-qırmızı zolaqlar və çəhrayı-bənövşəyi dairələr bu binaların rəng palitrasını təşkil edir.

Tirananın görməli yerləri şəhərin mərkəzində yerləşir: Skanderberq meydanı, Milli tarix muzeyi, Ehtəm-Bey məscidi, Saat gülləsi və s.

Meydanın mərkəzində Albaniyanın milli qəhrəmani olan Skanderberqin heykəli ucalır. Muzeydə şəhərin tarixi haqqında məlumat almaq olar. Oraya qədim dövrdən kommunist erasına kimi Albaniyanın keçdiyi bütün tarixi səngərləri nümayiş etdiyi çoxsaylı artefakt və eksponatlar vardır. Saat Gülləsi şəhərin ən qədim tikililərindən biri və Tirananın simvoludur.

Qədim  Alban memarlığın görkəmli nümunəsi Petrella Sarayıdır. Onun tarixi Skanderberqin bacısının adı ilə bağlıdır və 2000 ildən artıq dillərdə gəzir. Bu, Albaniyanın ən yaxşı qorunub saxlanılan qəsrlərindən biridir.

Səyahət proqramının qiyməti fərdi səkildə hesablanır və səyahət vaxtından (mövsümündən) asılıdır.