Inar Travel

Baltikyanı ölkələrin üç paytaxt şəhərinə səfər

Əhali 1313271 nəfər

Sahə 45227 km2

Rəsmi dil latış, litva, eston

Turun qiyməti 550

Baltikyanı ölkələrin üç paytaxt şəhərinə səfər UNESCO-nun qorunan şəhərlər siyahısına salınan Köhnə şəhərdə piyada ekskursiya gəzintisi: daşlardan döşənmiş dar küçələr, vahiməli şəhər divarları, mühafizə qalaları – Gombul Marqarita və Uzunduraz Herman; İlham mənbəyi adlandırılan Riqa şəhərinə qısa ekskursiya: şəhərin mərkəzi modern-art üslubunda xas müasir memarlığa malikdir: Köhnə şəhərdə piyada ekskursiya. Vilnüsdə ekskursiya. Şəhərin əsas xarakterik xüsusiyyəti- özünəməxsus mədəniyyətlərin qarışığı. Müxtəlif memarlıq üslublarında tikilən kilsələr – Müqəddəs Anna, Müqəddəs Kazimir, Kafedral kilsəsi və Müqəddəs Nikolay və Müqəddəs Ruh kilsələri – şəhərin iftixar duyulacaq yerləri sayılır.

Vilnüs
Riqa
Tallin

Səfərin 1-ci günü (çərşənbə axşamı)

18:00- Moskva/Leninqrad vağzalından Tallinə yola düşmə.

Səfərin 2-ci günü (çərşənbə)

Tallinə çatma. Dəmiryolu stansiyasında görüş. UNESCO-nun qorunan şəhərlər siyahısına salınan Köhnə şəhərdə piyada ekskursiya gəzintisi: daşlardan döşənmiş dar küçələr, vahiməli şəhər divarları, mühafizə qalaları – Gombul Marqarita və Uzunduraz Herman; Ratuşa (bələdiyyə) meydanı, gildiya – bütün bunlar qədimiliyi sevən şəxslər üçün Köhnə Tallini unikal bir yerə çevirir.
Asudə vaxt. Siz axşamı orta əsrlərə məxsus məşhur “Old Hansa” restoranında keçirə və ya «Lakoma» kafesində estoniya marsipanının dadına baxa, köhnə Tallinin gecə həyatı ilə tanış ola və ya xatirə suveniri ala bilərsiniz.

Səfərin 3-cü günü (cümə axşamı)

Səhər yeməyi. Latviyaya səfər. Səfər kurort şəhəri olan Pyarnudan təşkil olunur. Siqulduya ekskursiya. Siquldada siz köhnə və təzə qəsr görəcəksiniz, Lativanın ən böyük qum mağarasına – Qutmanya mağarasına baxacaqsınız, burada Turayda Qızılgülü haqqında əfsanəni eşidəcəksiniz. XIII əsrə məxsus Turayda qəsrinə səfər edəcəksiniz və burada qəsrin mühafizə qalasından qədim Qaui çayının möhtəşəm mənzərəsinə seyr edəcəksiniz. Axşam Riqaya səfər. Asudə vaxt. Riqa mehmanxanasında gecələmə.

Səfərin 4-cü günü (cümə)

Səhər yeməyi. Yurmalaya ekskursiya. Kurort şəhərinin tarixi. Özünəməxsus ağacdan tikililəri olan və Lielupdan Dobultaya qədər məsafədə yerləşən rayon. Məşhur festivalların və müsabiqələrin keçirildiyi Dzintari konsert zalı. Sizin dənizə getmək və şəhərin mərkəzi küçəsində – Yomas küçəsində gəzmək kimi və burada kəhrəbadan hazırlanmış suvenirlər almaq və səliqəli kafedə oturmaq imkanınız olacaq. Riqaya qayıdış.

İlham mənbəyi adlandırılan Riqa şəhərinə qısa ekskursiya: şəhərin mərkəzi modern-art üslubunda xas müasir memarlığa malikdir: Köhnə şəhərdə piyada ekskursiya. Ratuşa (bələdiyyə) meydanı, Konventa sarayı və Qarabaşlılar Evi, orta əsrlərə məxsus evlər, qala divarları və qüllələr, Məşhur Domskiy kilsəsi, Müqəddəs Pyotr və Yekabın kilsələri, İsveç qapıları və Köhnə şəhərin füsunkar təkrarolunmaz yerləri…

Səfərin 5-ci günü (şənbə)

Səhər yeməyi. Litvaya yollanma. Vilnüsdə ekskursiya. Şəhərin əsas xarakterik xüsusiyyəti- özünəməxsus mədəniyyətlərin qarışığı. Müxtəlif memarlıq üslublarında tikilən kilsələr – Müqəddəs Anna, Müqəddəs Kazimir, Kafedral kilsəsi və Müqəddəs Nikolay və Müqəddəs Ruh kilsələri – şəhərin iftixar duyulacaq yerləri sayılır. Sizi təəccübləndirəcək küçələr və saraylar, yəhudi kvartalı, universitet, Vilnüsün orta əsrlərə məxsus qala qalıqları.

Səfərin 6-cı günü (bazar)

Səhər yeməyi. Mehmanxanadan yola düşmə. Trakay – Litva knyazlığının qədim paytaxt şəhərinə ekskursiya. Şəhər göllərin ortasında yerləşir və qala divarları ilə əhatələnib. Bu yer vaxtilə məşhur knyaz Vitautasanın əsas yaşayış yeri olmuşdur.

İndi bu yer Mərkəzi Avropada yeganə ada qəsridir ki, burada tarixi muzeylər fəaliyyət göstərir və tətbiqi incəsənətin ekspozisiyaları var. Qəsrə səfər.

Səfərin 7-ci günü (bazar ertəsi)

Moskvaya (Belorussiya vağzalına) dönüş.

Proqramın qiyməti – adambaşına 550 AZN-dən başlayaraq (aviauçuş və viza rüsumu xaric).